Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyinin 2023-cü il hesabatında məktəbəqədər təhsil müəssisələrinə aid dəyişikliklərdən söhbət açılır.

 

Erkən və məktəbəqədər tədris və təhsil keyfiyyətinin təmin edilməsi üçün çərçivə, eləcə də ilkin qeydiyyat üçün elektron sistem yaradılıb.

 

Erkən tədris və təhsil, yaxud məktəbəqədər tədris və təhsil və ya yalnız məktəbə hazırlıq proqramını həyata keçirən 2047 müəssisə, xidmət göstərən fərdi sahibkar özünüqiymətləndirmə həyata keçirib.

 

Həmçinin erkən və məktəbəqədər tədris və təhsil müəssisələrinin Avtorizasiya Şurası yaradılıb, Ekspertlər Korpusu formalaşıb. Erkən tədris və təhsil, yaxud məktəbəqədər tədris və təhsil müəssisələrinin avtorizasiya standartlarının bələdçisi hazırlanıb.

 

Bağçaların diaqnostik özünüqiymətləndirmə nəticələrinin analiz metodologiyası və analitiklər hazırlanıblar.

 

“Erkən və məktəbəqədər tədris və təhsil üzrə dövlət standartları” təsdiqlənib və təhsil-tədris prosesinin inklüzivliyinə əhəmiyyət verilib.

 

Nazirlik tərəfindən seçilmiş 5 bələdiyyədə (Oni, Duşeti, Keda, Dmanisi, Marneuli) mühafizədən kənar uşaq qruplarının məktəbəqədər təhsilə əlçatanlığını təmin etmək üçün strategiya və fəaliyyət planı hazırlanıb.

 

Avtorizasiya proseslərinə dəstək məqsədilə məktəbəqədər təhsil mütəxəssislərinin, sonradan isə ekspertlərin hazırlanması üçün 4 təlim-modul hazırlanıb. Modullar bu istiqamətdədir: 1. Təhsil; 2. Keyfiyyət; 3. Sanitariya, qida, gigiyena; 4. İnfrastruktur.

 

Təhsil Resurs Mərkəzinin mütəxəssisləri əlavə olaraq nazirlik tərəfindən yaradılmış təlim-modullarla hazırlanıblar. Müəllimlərin Milli Peşə İnkşafı Mərkəzi çərçivəsində 2 yeni təlim-modul yaradılıb və təsdiqlənib. Təlim-modullar “Uşağın inkişafı”, erkən təhsildə uşaq firavanlığı və hüquqlarının müdafiəsinin qayğısına qalmaq mövzusundadır. “Oyun”, sosial-emosional inkişafa dəstək, erkən təhsil kurrikulumu və onun tətbiqi haqqında təlim-modulları yenidən təsdiqlənib.

 

Erkən təhsil kurrikulumu “oyunu”nun tətbiqi məqsədilə “Erkən təhsil kurrikulumu təlim-modulu” ilə 459 təhsil və 165 inzibati heyət hazırlanıb; “Erkən inklüziv təhsil” təlim-modulu ilə 446 nəfər, “Teams” təlim-modulundan istifadə edərək isə 604 nəfər hazırlanıb.

 

Dayə-pedaqoqların peşə inkişafının təlim-modulunu təqdim edən təşkilat tərəfindən aparılan təlimlərin monitorinq qaydası təsdiqlənib.

 

Sənəddə eləcə də 2023-cü ilin dekabrın sonuna qədər “Dayə-pedaqoqların peşə inkişafının təlim-modulu”nu 3027 nəfərin keçdiyi, onlardan 1895 nəfərin bu təlimləri uğurla başa vurduğu haqqında söhbət açılır.

 

Avtorizasiya üzrə 217 ekspert hazırlanıb.

 

Acara regionunun 6 bələdiyyəsi üçün inklüziv təhsil strategiyaları hazırlanıb.

 

“Dayə-pedaqoqların peşə inkişafı təlim-modulu”na çağırılacaq təşkilatların müəyyən edilməsi üçün müsabiqə keçirilib. 5 yeni təşkilat müəyyən edilib, 7 yeni təlimçi uğurla hazırlanıb.

 

Mənbə: etaloni.ge