Müəllim məktəbdə işlə təmin olunana qədər mütləq əmək müqaviləsi bağlamalıdır. Müqavilədə tərəflərdən biri müəllim, digəri isə məktəb direktoru olur.

 

Əmək müqaviləsində tərəflər haqqında vacib məlumat, onların hüquq və öhdəlikləri, müqavilənin bağlanma tarixi və yeri, müəllimin işə başlama tarixi, əmək müqaviləsinin müddəti, iş saatı, istirahət saatı, əməkhaqqının miqdarı, ödəmə qaydası, ödənişli və ödənişsiz məzuniyyətin müddəti, həmin məzuniyyətin verilmə qaydası, tərəflərin cavabdehlik qaydası, işə qəbul edən və qəbul edilən tərəfindən müqavilənin dayandırılma qaydası, əmək müqaviləsini imzalayan tərəflərin rekvizitləri və s. mütləq qeyd olunmalıdır.

 

Direktorun əmək müqaviləsində dəyişiklik etmək hüququ varmı?

 

Əmək müqviləsində dəyişikliklər tərəflərin razılığı ilə yazılı şəkildə həyata keçirilməlidir. Ancaq istisna hallar da var. Direktor dəyişikliyi işə qəbul edilən şəxslə razılaşaraq həyata keçirmək məcburiyyətində deyil.

 

“Əmək müqaviləsində hər hansı dəyişiklik və ya əlavə yalnız tərəflərin razılığı ilə həyata keçirilməlidir. Əmək müqaviləsində qanunvericiliyə görə yaranmış mövcud şərtlərin dəyişdirilməsi zamanı işlə təmin edilən şəxsin razılığına ehtiyac yoxdur.

 

Razılığa gəlinmiş dəyişikliklər və ya əlavələr yazılı şəkildə həyata keçirilməlidir. Bu əmək müqaviləsinin ayrılmaz hissəsidir və yalnız tərəflərin müvafiq imzasından sonra qüvvəyə minir. Əmək müqaviləsində edilmiş hər hansı dəyişiklik və ya əlavəyə həmin qoşmanın 10-cu maddəsinin birinci bəndi ilə tətbiq edilmiş qayda keçərlidir”, - qanunda yazılıb.

 

(10-cu maddənin birinci bəndi: Əmək müqaviləsi ilə müəyyən edilməlidir ki, məktəbin daxili qaydası onun ayrılmaz hissəsidir. İşlə təmin edən əmək müqaviləsi bağlayana qədər işlə təmin olunanı məktəbin daxili qaydaları (belə qayda olduğu halda), sonra isə həmin qaydada edilmiş dəyişiklik və əlavələrlə tanış etməlidir).