2024-2025-ci tədris ilinin başlanğıcına olan məlumata görə, dövlət ali təhsil müəssisələrində çalışan professor-müəllim heyətinin ümumi sayının 58 %-i qadın, 42 %-i isə kişi olub. Bu barədə Gürcüstanın Milli Statistika Xidməti tərəfindən cari ilin noyabr ayında dərc olunan “Gürcüstanda qadın və kişi 2025” adlı son hesabatda qeyd edilib.
Özəl universitetlərə gəldikdə isə, “Sakstat”ın məlumatına əsasən, burada göstəricilər belə bölüşdürülür: qadınlar – 60 %, kişilər – 40 %.
Hesabatda dövlət və özəl ali təhsil müəssisələrində professor-müəllim heyətinin cinsə görə başqa bir bölgüsünə də yer verilib. Məlum olur ki, qadın professor-müəllimlərin 43 %-i dövlət universitetlərində, 57 %-i isə özəl ali təhsil müəssisələrində çalışıb. Onların ümumi sayı 6795 nəfər olub.
Kişi professor-müəllimlər üzrə göstəricilər isə belədir: 45 % – dövlət, 55 % – özəl ali təhsil müəssisələri. Onların ümumi sayı 4660 nəfər təşkil edib.
Milli Statistika Xidməti həmçinin ali təhsil müəssisələrində əsas heyət və müqavilə əsasında çalışan əməkdaşların cinsə görə bölgüsü ilə bağlı məlumatları da yayımlayıb.
Hesabata əsasən, 2024–2025-ci tədris ilinin başlanğıcında əsas heyət arasında qadınların 17 %-i professor, 38 %-i dosent, 16 %-i assistent-professor, 17 %-i müəllim, 12 %-i isə “digər” kateqoriyaya aid olub. Ümumi sayı – 6795 nəfər göstərilib. Kişilər arasında isə 32 % professor, 36 % dosent, 12 % assistent-professor, 12 % müəllim, 8 % isə digər vəzifələrdə çalışıb. Ümumi sayı – 4660 nəfər göstərilib.
Müqavilə əsasında çalışanlara gəldikdə isə, göstəricilər aşağıdakı kimidir:
Qadınlar: professor – 2 %, dosent – 5 %, assistent-professor – 2 %, müəllim – 38 %, digər – 53 %. Ümumi sayı – 8290 nəfər.
Kişilər: professor – 4 %, dosent – 6 %, assistent-professor – 2 %, müəllim – 37 %, digər – 50 %. Ümumi sayı – 4794 nəfər.
Mənbə: studinfo.ge