Müəllim və müəllim olmaq istəyənlər üçün qeydiyyat martın 11-də başlayıb və 2 aprel saat 18:00-a qədər davam edəcək.

 

Qeydiyyat yalnız elektron qaydada Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzin veb-səhifəsində – “online.naec.ge”də mümkündür.

 

İstəyi olanlar xüsusi baş müəllim, baza peşə bacarıqları və aşağıda sadalanan istənilən fənn üzrə imtahana qeydiyyat ola bilərlər:

 

• Gürcü dili və ədəbiyyatı (ibtidai pillə);

• Riyaziyyat (ibtidai pillə);

• Təbiətşünaslıq (ibtidai pillə);

• Gürcü dili və ədəbiyyatı, riyaziyyat və təbiətşünaslıq (I-IV siniflər);

• Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat və təbiətşünaslıq (I-IV siniflər);

• Rus dili və ədəbiyyatı, riyaziyyat və təbiətşünaslıq (I-IV siniflər);

• Erməni dili və ədəbiyyatı, riyaziyyat və təbiətşünaslıq (I-IV siniflər);

• Gürcü dili və ədəbiyyatı (baza və ya orta pillə);

• Qeyri-gürcüdilli məktəblər və bölmələr üçün gürcü dili (ibtidai, baza və ya orta pillə);

• Riyaziyyat (ibtidai və orta pillə);

• İctimai elmlər: tarix, coğrafiya, vətəndaş təhsili (ibtidai və ya orta pillə);

• Təbiət elmləri: fizika, kimya, biologiya (ibtidai, və ya orta pillə);

• Xarici dillər: ingilis, alman, fransız, rus, italyan (ibtidai, baza və ya orta pillə);

• Estetik fənlər: tətbiqi və təsviri incəsənər, musiqi.

• İdman;

• İnformasiya və kommunikasiya texnologiyaları/kompüter texnologiyaları;

• Erməni dili imtahanı;

• Azərbaycan dili imtahanı.

 

Qeyd edək ki, xüsusi baş müəllim imtahanı üçün testlər erməni, Azərbaycan və rus dilinə tərcümə olunub. Həmçinin aşağıdakı imtahanlar ilk dəfə keçiriləcək:

 

• Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat və təbiətşünaslıq (I-IV siniflər) – test tapşırığı nümunələri;

• Rus dili və ədəbiyyatı, riyaziyyat və təbiətşünaslıq (I-IV siniflər) – test tapşırığı nümunələri;

• Erməni dili və ədəbiyyatı, riyaziyyat və təbiətşünaslıq (I-IV siniflər) – test tapşırığı nümunələri.

 

İstəyi olan hər kəsin yalnız bir fənn seçmək, eləcə də xüsusi baş müəllim və ya baza peşə bacarıqları imtahanını seçmək hüququ var.

 

Qeydiyyat zamanı müvafiq imtahanı gürcü, Azərbaycan, rus və erməni dilində seçmək mümkündür.

 

İmtahana qeydiyyat üçün 50 lari ödənilməlidir.

 

Mümkün ödəniş vasitələri və bank xidməti haqqı:

 

“Gürcüstan Bankı”nın ödəniş platforması vasitəsi ilə (bogpay.ge) – ödənilən məbləğin üzərinə 0,5 lari üstəgəl 1,2 % xidmət haqqı əlavə edilir;

“Gürcüstan Bankı”nın terminalı vasitəsi ilə – ödənilən məbləğin üzərinə 0,5 lari xidmət haqqı əlavə edilir;

“Gürcüstan Bankı”nın “ibank.ge” internet bankı vasitəsi ilə – ödənilən məbləğin üzərinə 0,5 lari xidmət haqqı əlavə edilir;

“Gürcüstan Bankı”nın “mBank” mobil tətbiqi vasitəsi ilə – ödənilən məbləğin üzərinə 0,5 lari xidmət haqqı əlavə edilir.

 

Təcrübəçi müəllimlərin nəzərinə:

 

Təcrübəçi müəllim statusu olan pedaqoqlar üçün fənn imtahanına, xüsusi təcrübəçi müəllim statusu olan pedaqoqlar üçün xüsusi baş müəllim imtahanına qeydiyyat pulsuzdur.

 

Əgər imtahan verən şəxs 2 aprel saat 18:00-a qədər imtahanda iştirak etmək üçün müəyyən edilmiş məbləği ödəyərsə, lakin qeydiyyat prosesini hər hansı səbəbdən sona çatdıra bilməzsə, onlara 10 aprel saat 18:00-a kimi qeydiyyatı başa çatdırmaq imkanı veriləcək. Eləcə də qeydiyyat ərizəsində (imtahan verəcəkləri şəhəri və ya fənni dəyişmək) dəyişiklik etmək imkanı yaradılacaq. Həmin müddət başa çatdıqdan sonra isə dəyişiklik etmək mümkün olmayacaq.

 

İmtahan verən şəxsin spesifik imtahan mühitinin yaradılmasına ehtiyacı varsa, qeydiyyat zamanı “xüsusi şərtləri” qeyd etməlidir, Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzə (Ünvan: Tbilisi, E.Mindeli N9), regionlarda isə yerli təhsil-resurs mərkəzlərinə 10 aprel saat 18:00-a kimi müvafiq sağlamlıq arayışını (forma N100) təqdim etməlidir.

 

Əgər imtahan verən şəxs Gürcüstanın “Ümumi təhsil haqqında” qanunu ilə müəyyən edilmiş qaydada müəllimin təhsili ilə bağlı tələbləri qane etmirsə o, imtahanda qazandığı nəticəni müəllim fəaliyyətində istifadə edə bilməyəcək.

 

Mənbə: etaloni.ge