Nə vaxtsa ağı qaradan seçməyin vaxtı gələcək

(Türk folklorunun estetikası və mənəvi əqidəsi)

Elizbar CAVELİDZE

 

 

Ata-oğul münasibətlərinə paxıllığa və şəxsi rifaha görə qırx xain igidin görünməsi ziyan vurur, vəhşilik ilə atanı o dərəcəyə çatdırırlar ki, öz dilədiyi və Tanrının verdiyi oğlunu ölümcül yaralamağa ərk etdirilər. Bu vəhşi igidlərin fəaliyyətinin ortaya çıxması hər şeydən öncə süjetin inkişafını gərginləşdirir, dinamizmə və gərginlə fəaliyyət inkişafını kəsb etdirir.

 

Bundan başqa, burada insanların müəyyən qrupunun vəhşiliyi, özlərinin rihafı barədə düşünməsi təsvir olunur ki, bu da feodal quruluşda hər yerdə yayılmışdı və ölkənin inkişafının düzgün gedişini dağıdırdı. Konkret halda ata cəngavərə münasib ola bilmir. Lakin yalmız təhlil olunan rəvayətdə özünü göstərən xainlik və vəhşilik Dirsə xanın doğmalıq instinktini üstələyi, oğlu və əzizinə olan duyğuya nisbətən şəxsi “mən”i daha yüksəkdə tutur. Öz təhlükəsizliyi zəminində əmələ gələn şübhəyə görə şəxsi təhlükəsizliyi səbəbi üzündən öz oğluna qıyır. Bu Oğuz etikasının görüş dairəsinə görə məqbul olmayan davranış barədə ozan susur və yox deyir.

 

Lakin ananın xalq üçün etik və əxlaqi olaraq məqbul olan siması və hərəkəti öz-özlüyündə atanın nakişi, başqa cür, Oğuz üçün münasib olmayan davranışını ifşa edir. Hər halda Dirsə xanın xatunu necə davranır? Əvvəlcə öz xanına üz tutur:

 

“Dilək ilə bir oğul güclə buldum.

Yalnız oğul xəbərin, a Dirsə xan, degil mana!

Qarşu yatan Ala dağdan

                   bir oğul uçurdunsa, degil mana!

Qamın aqan yügrək sudan

                  bir oğul aqıtdınsa, degil mana!

Aslan ilə qaplana

    bir oğul yedirdinsə, degil mana!

Qara tonlu, azğun dinlü kafirlərə

             bir oğul aldırdınsa, degil mana!

Xan babamin qatına bən varayım,

Ağır xəzinə, bol ləşkər alayım,

Azğun dinlü kafirə bən varayım.

Paralanub Qazılıq atımdan enməyincə,

Yenümlə alca qanım silməyincə,

Qol-bud olub yer üstinə düşməyincə

Yalnuz oğul yollarından dönməyəyim!”

 

Artıq bu müraciətdən də Dirsə xanın xatununun-valideyn olaraq siması yaxşı görünür... O öz oğlunu xilas etmək üçün aslan kimi cəsarətlidir və bunu yalnız  təkcə söz ilə deyil, əməl ilə də ifadə edir. Ata minən ana yaralı və ölümə məhkum edilmiş oğlunun izinə düşür və onu acı-acı ağlayır:

 

“Qara qıyma gözlərin uyxu almış, açğıl axı,

Ol ikicə sünücügün uzun olmiş, yığşur axı,

Tanri verən tatlu canın seyranda imiş, endi dəxi,

Üz-gözündə canun varsa, oğul, xəbər mana!

Qara başım qurban olsun, oğul sana!”

 

Sonra müsibətə düçar olmuş ana təbiətə, Qazılıq dağına, çaylara, otlata, ceyranlara qarğıyır və onların məhvini diləyir. Sonra istəyir ki, bilə bu bədbəxtliyi kim törətdi: pələng, yoxsa aslan. Huşa gələn oğul anasına təsəlli verir və ona deyir ki, nahaqdan təbiəti qarğıyırsan. Qazılıq dağının suçu yoxdur, qarğış etmək  istəyirsənsə, babama qarğa, bu suc, bu günah babanın üzündəndir (K.D.Q., səh. 41; D.K.K., səh. 12; O.D.D.K.K. səh. 45).

 

Burada daha bir maraqlı cizgi özünü bürizə verir. Oğlanı boz atla və yaşıl libasda görünən müqəddəs Xızır  xilas edir və üç dəfə yarasını əli ilə sığallayıb deyir ki, bu yara ölümcül yara deyil, dağ çiçəyi, ana südü yarana məlhəm olacaqdır. Müəyyən olunduğu kimi, dini-mifik aləmdə və ələlxüsus, xalq arasında yaşıl libasa bürünmüş xilaskar Xızırın siması yayılmış idi (Bu barədə ətraflı, bax: Ocak Ahmet Yaşar, İslam Türk İnanclarında Hızır, yaxut Hızır-İlyas kültü, Türk kültürünü Araşdırma Estitütü, 1989. Eləcə də Elizbar Cavelidze, Türk ədəbiyyatı mənbələri, III, Aşik Paşa, səh. 83-90). Elə burada unutmamalıyıq ki, oğuzların xalq təbabətində əsas mənbə və vasitə dağ otları və çiçəkləri idi.

 

Lakin indi elə birinci sözə gələk.

 

Müəyyən edilir: Bu boyda  hadisələrin inkişafı düzxətli, bunun başqa rəvayətləri də xarakterizə etdiyi kimi, deyildir və qırıqlarla və yaxud gözlənilməz sapmalarla inkişaf edir. Belə, məsələn, həmin qırx xain yenə də fəaliyyət arenasına çıxır. Onlar eşidəndə ki, oğlan sağdır, anladılar ki, Dirsə xan onları yaman günə qoyacaqdı. Dirsə xanı tutmaq, kafirlərə yönəltmək qərarına gəldilər. Elə də etdilər – ağ əllərini ardına bağladılar və qıl sicimi boynuna taxdılar. Ağ ətindən qan çıxınca döydülər, önə atdılar və ata minib yola düşdülər.

 

Lakin bu xainlərin müxənnətliliyini eşidəndə, Dirsə xanın xatunu öz oğluma üz tutdu: “Yüri, oğul, baban sana qıydısa, sən babana qıymağıl” və düşməndən onu xilas elə dedi. Bu da ana-xatunun yüksək əxlaqını göstərir. Biryolluq elə burada deyəcəyəm ki, döyüşçü xüsusiyyətləri ilə gözəlləşən və igid kimi döyüşə cəsarətlə çıxaraq öz oğlunu xilas etmək üçün canından keçməyə hazır olan Dirsə xanın xatununun simasında odövrkü ideal həyat yoldaşı və ana siması verilib. Budur, məhz bu cür qadın tipi oğuzlar üçün tənbəl qadın deyildir, məqbul və fəxrdir. Qadınların siması barədə aşağıda da söhbət açmalı olacağıq və indi yalnız onun bəyanatı üzərində dayanacağam.

 

Bu cür ananın oğlu ananın qədrini də bilir. Burada qanadlı kəlmə təkrar olunur: “Oğlan anasının sözin sımadı”. Bu da Oğuz tayfalarında anaya pərəstişdən və sarsılmaz nüfuzundan xəbər verir. Oğlan namərdləri təqib edir. Onlar bir yerdə dincəlirdilər və qırmızı şərab işirdilər. Onlar Buğacı gördülər, acgözlüyə görə hər ikisini kafirə aparmaq üçün onu da ələ keçirmək qərarına gəldilər. Lakin Dirsə xan onları əmin edir ki, əllərini açsınlar, ona qopuz versinlər və bu yol ilə elə geriyəcə qaytararam dedi. Göründüyü kimi, namərdlər döyüşdən ehtiyat edirlər və xanın tövsiyəsinə inanırlar.

 

Və nəhayət, ata ilə oğul arasında mahnı ilə bir-birlərini təqdim etmək baş verir. Onlar bir-birini tanıyırlar, xain namərdlərin üzərinə birgə hücuma keçirlər və onları qırırlar. Sonra bir-birlərinə sarılırlar və uzun müddət sevinc yaşlarını tökürlər. Ümumiyyətlə, eposun rəvayətlərinin süjetləri yaxşılıqla, xeyirxahlıqla başa çatır.

 

Rəvayətlərin kompozisiya kargahı, bir qayda olaraq, Dədə Qorqudun müdrik tövsüyəsi ilə, xanın mədhi ilə, ayinin icrası ilə yerinə yetirilir ki, bu da kompozisiya strukturunun və süjetin məhvərinin sona yetməsinin müəyyən edilmiş qaydasıdır: “Dədəm Qorqud boy boyladı, soy soyladı, bu oğuznaməyi düzdi-qoşdı, böylə dedi:

 

Anlar dəxi bu dünyaya  gəldi, keçdi.

Karvan kibi qondu, köçdi.

Anları dəxi  əcəl aldı, yer gizlədi.

Fani dünya yenə qaldı.

Gəlimlü-gedimlü dünya,

Son ucı ölümlü dünya” (K.D.Q., səh. 43; D.K.K., səh.15; O.D.D.K.K. səh. 49).

 

Rəvayətlərin qapalı müdrikliyinin bu tacqoyucu akkordu “Dədə Qorqud”un  rəvayətlərinin əksəriyyəti bir az fərqli müxtəlifliyi ilə sona yetir, bu dünyanın faniliyi, gəlimli-gedimliliyi, ölümün labüdlülüyü açıq şəkildə özünü büruzə verir. Bunu Dədə Qorqudun dünyanı dərk etməyin mühün mərhələsi, ələlxüsus isə qəhrəmanların davranışlarının şüuraltı mənasının büdpərəstlik qüvvəsi olan əxlaq təliminin təməli kimi hesab edə bilərik.

 

Halbuki, “Dədə Qorqud”un kompozisiyasının başa çatdırılmasının daha bir mübahisə doğurmayan qayda da mövcuddur. Dədə Qorqud xana xeyir-dua verir, onu şərəfləndirir. Bu xeyir-dua da stereotip xarakter daşıyır. Buna görə də elə burada nümunə gətiririk:

 

“Qara ölüm gəldigində keçit versün!

Sağlıq ilə sağıncın, dövlətin Haq artırsun!

Ol ögdügim yuca Tanri dost olubanı mədəd irsün!

Yum verəyin, xanım:

Yerlü qara dağların, yıqılmasun!

Kölgəlicə qaba ağacın kəsilməsün!

Qamın aqan görkli suyun qurımasun!

Qanadların ucları qırılmasun!

Çaparkən ağ-boz atın büdrəməsün!

Çalışanda qara polat uz qılıcı gedəlməsün!

Dürtişərkən ala göndərin ufanmasun!

Ağ birçəklü anan yeri behişt olsun!

Ağ saqallu baban yeri uçmağ olsun!

Haq yandıran çırağın yana dursun!

Qadir Tanrı səni namərdə möhtac eyləməsün, xanım, hey! (K.D.Q., səh. 44; D.K.K., səh.15;O.D.D.K.K. səh. 49):

 

Artıq qeyd etdiyimiz kimi, xeyir-dua stereotip xarakter daşıyır, daimi və yayılan obrazları (sarp qayalı dağlar, güclü kölgə salan ağaclar, ağ, külrəngli at, qara polad qılınc, ağ birçəkli ana və sair) təkrarlayır ki, bu da folklor üçün xarakterikdir və tamamilə təbiidir. Ümumiyyətlə, unutmamalıyıq ki, invariant obrazlar ilə düşünmək Orta əsrlərin xalq, eləcə də klassik ədəbiyyatının bədii düşüncəsinin mühüm özəlliyidir və ən başlıcası, nəinki qeyri-orjinal rəngkarlıq ilə, eləcə də artıq müəyyən edilmiş obrazların təkrar edilməsi ilə eyniləşdirmənin estetik modeli yaradılır. Məhz elə bu eyniləşdirmənin estetik düzənliyində Oğuz xalqlarının bədii rəngkarlığı da düşünülür ki, bu da simaların, obrazların, affikslərin, cümlələrin və elə götürək, epizodların təkrarlanmasına əsaslanır. Belə ki, istənilən forma ilə, növ ilə təkrar təhlil üçün rəvayətlərin bədii təsviri üçün əsaslar əsasıdır və məhz elə bu prinsip ilə emosiya təsiri ekstratekstin səviyyəsinə çatmışdır. İllah da ki, xeyir-dua, mədh əsərlərinin poetik strukturu, məhz möhkəm ənənəvi və təsis olunmuş obrazların, simaların təkrarı ilə fərqlənir ki, bunu da Dədə Qorqudun yuxarıda gətirilən xeyir-duanın, mədhin icrası təstiqləyir.

 

Lakin “Dədə Qorqud”un birinci rəvayətinin əxlaqi-estetik modelinin xüsusiyyətləri barədə söhbəti bitirənə kimi, burada şəfəqin yetişdiyi anın təsviri daha münasibdir ki, bu da bizə rəngkarlıq rəsminin bir dəfə çəkilmiş kətanını xatırladır ki, bu da özünün sadəliyi ilə və Oğuz xalqının bədii düşüncəsi üçün xarakterik rəngkarlıqla fərqlənir və onu Oğuz xalqının dolğun estetik zövqünün sübutu və nümunəsi olaraq elə burada göstərirəm:

 

“Salqum-salqum dan yelləri əsdigində,

Saqallu bozac turğay sayradıqda,

Saqalı uzun tat əri banladıqda,

Bədəvi atlar issini görüb oğradıqda,

Ağlı-qaralı seçilən çağda,

Köksi gözəl qaya dağlara gün dəgəndə,

Bəg yigitlər-cılasınlar bir-birinə qoyulan çağda alar

sabah Dirsə xan qalqubanı yerindən uru durub, qırq yigidin boyma alıb, Bayındır xanın söhbətinə gəlür idi”. (K.D.Q., səh. 38; D.K.K., səh. 8; O.D.D.K.K. səh. 40).

 

“Dədə Qorqud”un, mənim fikrimcə, Oğuz estetik düşüncəsinin və qavrayışının ən yaxşı nümunəsi olan bu çıxarış ilə birinci boyun təhlilini başa çatdırıram və növbəti “Salur Qazanın evinin yağmalandığı” boyunu gözdən keçirirəm.

 

Gürcü dilindən tərcümə edən: Mirzə MƏMMƏDOĞLU