Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının və Bütün Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı və Türkiyədə fəaliyyət göstərən Aziz Mahmud Hüdayi Vəqfinin dəstəyi ilə Ramazan ayında paytaxt Tbilisidə, Marneuli rayonunun İkinci Kosalı, Sadaxlı, Hacıisə, Kürtlər, Qullar, Lejbəddin kəndlərində, Qardabani şəhərində və Qardabaninin Vaxtanqisi, İstisu (Vaqzal) kəndlərində, Bolnisi rayonunun Qoşakilsə, Gülaver, Faxralı və Saraclı kəndlərində, Dmanisi rayonunun Yırğançay, Hamamlı kəndlərində, Kaxeti bölgəsinin Qaraçöp və Pankisi dərəsində iftar süfrələri təşkil edilib. Həmçinin Marneuli Rayonunun Vin Sovxoz, Xixani, Sadaxlı, Birinci Kosalı kəndlərində, Qardabani şəhərində və Vaxtanqisi kəndində, Rustavidə, Dmanisi rayonunun Məmişli, Kaxeti bölgəsinin Çantliskuri və Qaraçöp kəndində, Zalqa şəhərində və Ağbulaq rayonunun Cincğaro kəndində qadınlar üçün iftar süfrələri açılıb.
Həmçinin minə yaxın ailəyə ərzaqlardan ibarət Ramazan sovqatı verilib.

GYMD VƏ AZİZ MAHMUD HÜDAYİ VƏQFİNİN DƏSTƏYİ İLƏ İFTAR SÜFRƏLƏRİ AÇILIB VƏ RAMAZAN SOVQATI PAYLANIB
1572
Digər
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə
istinad mütləqdir!
Digər