5 oktyabrda dünyanın 100-dən çox ölkəsində, o cümlədən Gürcüstanda da Beybəlxalq Müəllimlər Günü qeyd olunur. Bu ənənə öz mənbəyini 1994-cü ildən götürür. İdeya isə bir neçə pedaqoji təşkilata məxsusdur. Təsisçinin sözlərinə görə, bu günü təyin etməyin məqsədi müəllimlərə dəstək olmaqdır.
Lakin elə ölkələr də var ki, orada oxşar ənənə yoxdur. Məsələn, Yaponiyada ümumiyyətlə müəllimlər günü qeyd edilmir. Əvəzində, deyə bilərik ki, Yaponiyada müəllim və onun verdiyi töhfə qiymətləndirilir.
Pedaqoqlardan biri öz qeydlərində Yaponiyada müəllimin peşə gününün olmamasından söhbət açır. Bu məsələni eşidəndə çox təəccüblənib ki, burada gələcək nəsillərin yetişdirilməsi həvalə edilmiş adamları niyə qiymətləndirmirlər.
Ancaq reallıq radikal şəkildə fərqlidir, çünki metroda qoca adam müəllimə döş nişanına görə yer verir. Müəllimlər üçün böyük endirimlə lazımi əşyalar ala biləcəkləri xüsusi mağazalar var.
Yaponiyada müəllimlər üçün nəzərdə tutulmuş sosial güzəştlər var və onlar heç vaxt sıra gözləmirlər.
Orada müəllimlik ən hörmətli peşədir. Mağazaya müəllimin daxil olması yerli sahibkarlar üçün fəxri və qürürvericidir. Metroda isə müəllimlər üçün yerlər ayrılıb.
Yapon müəllimlərinin ayrı qəbul edilmiş bayram nəyinə gərəkdir? Bir halda ki, hər bir vətəndaş onları ovcunda gəzdirir.
Mənbə: etaloni.ge