Gürcüstanda pensiyaçıların sayı artır. Son 5 il ərzində pensiya alanların sayı 9,8 % artıb və bu, ümumi əhalinin 22,4 %-nə bərabərdir. Bu dövr ərzində isə əhalinin sayı 0,3 % artıb.

 

Sosial Xidmət Agentliyinin məlumatına görə, 2019-cu ildə pensiya yaşında olanların sayı 762621 nəfər idi, 2020-ci ildə bu rəqəm 783705-ə qədər artıb; pensiya yaşında olanların sayı 2021-ci ildə 793751 nəfər, 2022-ci ildə 808326 nəfər təşkil edib. 2023-cü ilin dekabr ayına olan məlumata görə, Gürcüstanda ümumilikdə 838097 nəfər pensiyaçı var.

 

Statistika Xidmətinin məlumatına əsasən, 2019-cu ildə ölkə əhalisinin ümumi sayı 3723464 nəfər təşkil edib, bu da həmin dövr üçün pensiyaçıların sayının əhalinin ümumi sayının 19,8 %-ni təşkil etməsi deməkdir. 2020-ci ildə əhalinin sayı 3716858 nəfər (pensiyaçıların sayı 21 %), 2021-ci ildə 3728573 nəfər (pensiyaçıların sayı 21,2 %), 2022-ci ildə 3688647 nəfər (pensiyaçıların sayı 21,9 %), 2023-cü ildə isə 3736357 nəfər (pensiyaçıların sayı 22,4 %) təşkil edirdi.

 

Son 5 il ərzində pensiyaçıların sayı artaraq ümumi əhalinin 22,4 %-ni təşkil edib. Bu o deməkdir ki, insanların yaşlanması prosesi fəal olaraq davam edir və əgər doğuş baxımından vəziyyət düzəlməzsə yaxın 10 il ərzində pensiyaçıların sayı 28 %-i aşacaq.

 

Mənbə: bpn.ge