Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi, Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Qurumunun (YTB) yanında Mədəni və Sosial Əlaqələr Şöbəsinin müdiri Zülqaip Akkuşun rəhbərliyi ilə Gürcüstanda səfərdə olan nümayəndə heyəti bu gün Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının (GYMD) Rustavi şəhərindəki mərkəzi ofisində olublar.

 

“Yeni Yol” xəbər verir ki, GYMD-nin sədri Musa Hacıyev qonaqları salamladıqdan sonra təşkilatın fəaliyyəti haqqında onlara ətraflı məlumat verib. Daha sonra qarşılıqlı əməkdaşlıq və əlaqələrin perspektivləri müzakirə olunub. Görüşün sonunda tərəflər bir-birinə hədiyyələr təqdim ediliblər.

 

Qeyd edək ki, görüşdə GYMD-nin Təhsil Şöbəsinin sədri Tural Qasımov, Mətbuat və Nəşriyyat Şöbəsinin sədri Hacı Bəkiroğlu, “Yeni Yol” qəzetinin redaktoru Azər Musaoğlu, eləcə də təşkilatın əməkdaşları Elsəvər Əhmədov, Binəli İslamoğlu, Rufin Şərəyev və Kənan Süleymanov iştirak ediblər.