2023-cü ildə Gürcüstanda baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində 442 nəfər dünyasını dəyişib, 7310 nəfər isə xəsarət alıb.
Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, ötən il ölkədə 5594 yol-nəqliyyat hadisəsi baş verib. Onlardan ən çoxu paytaxtda qeydə alınıb.
Qəzaların ehtimal edilən səbəbi olaraq isə yüksək sürət, içkili vəziyyətdə nəqliyyat vasitəsini idarə etmək, qarşıdan gələn nəqliyyat zolağına keçmək, yaxud ötmə qaydalarının pozulması, piyadaların yolu keçmək qaydalarını pozması, məsafənin qorunmaması və başqa növ hərəkət qaydalarının pozulması qeyd olunur.
Qəza növlərinə gəldikdə isə DİN-in statistik məlumatlarına əsasən, 1855 hal hərəkət edən nəqliyyat vasitələrinin iştirakı ilə baş verib. Bu zaman 104 nəfər dünyasını dəyişib, 2898 nəfər isə xəsarət alıb. Həmin dövrdə piyada keçidində 1638 toqquşma faktı qeydə alınıb, nəticədə 95 nəfər dünyasını dəyişib, 1665 nəfər xəsarət alıb.
Qeyd edək ki, 2022-ci ildə ölkədə 5469 qəza baş verib, nəticədə 430 nəfər dünyasını dəyişib, 7517 nəfər xəsarət alıb.
Mənbə: ipn.ge