Yeni dövr yeni tələbi və yeni camaatı əmələ gətirdi. Təhkimçiliyin ləğvindən sonra Rusiyada başlanmış hərəkat Gürcüstana da daxil oldu. Millətdə azadlıq ideyası yetişdi.

Camaatı qaraçoxeli romantikası, bu şənlik və xoş dinlənilən şeirlər daha elə də maraqlandırmırdı. Əgər əvvəllər fəhlələr və sənətkarlar özlərinin amkrosundan başqa heç kimə fikir vermirdilərsə, indi onlar narodniklərlə və Sibirdə sürgündə olan camaatla da tanış olurlar, əgər əvvəllər Tiflisin bohemik şairilərini dinləyirdilərsə, indi siyasi məğzli yazılara da can atırdılar.

Tiflis Jandarmeriyasının arxivində belə bir sənəd qorunub saxlanılır. Tiflis Jandarmeriyasının agenti öz həyatının çox hissəsini gizli polis xidmətində keçirən və eyni zamanda dəmir yolunun işçiləri deposunda  çilingər işləyən kimsə İvan Akladski elə bacarıq göstərdi ki, işçilərin özləri də ona etimadla yanaşırdılar və inqilabi dairənin əsas rəhbəri də seçilmişdi. Bax, məhz elə İvan Akladski 1883-cü ildə Tiflis Jandarmeriyasının rəisinə belə bir məlumat ötürür:

“... İşçilərə gəldikdə, mən özümə borc bilirəm sizə məlumat verim ki, əksər hissəsi inkişaf ediblər və imperiyanın siyasi əhval-ruhiyyəsinə böyük diqqət yetirirlər. Siyasi proseslər barədə yazıların yerləşdirildiyi qəzet nömrələrinə birbaşa aludəlik edirlər” (Bax: “Былое”, 1924-cü il, səh. 95).

Tiflisin bu tərəfində isə, daha dəqiq, Ortacala rayonunda, şəhərin kasıb camaatı Mirzoyevin toxuculuq fabrikində işləyirdi. P.Umikaşvili bu fabrikə ilk dəfə qədəm qoyan şəhər gəncliyini belə xarakterizə edir: “Bu bizim sayaq şəhərin oğlanları çox mərdlik, fərasətlilik göstərirlər və öz işlərində kifayət qədər ustalaşıblar” (Bax: “Droeba”, 1872-ci il, №3).

Lakin bu “ustalaşma” mane olmurdu ki, “bizim sayaq şəhərin oğlanları” tətil edəydilər və maşınların ətrafında xəbərdarlıq hasarının çəkilməsini tələb edəydilər. Bu iptidai dövrün maşınları “sayəsində” ay elə keçmirdi ki, bir neçə fəhlə xəsarət almayaydı və işləyən sənətkarlar etiraz əlaməti olaraq kantorun pəncərələrini qırmayaydılar. Çox hallarda qiyamın sakitləşdirilməsindən polis də çəkinirdi (Mix. Çodrişvili nəql edir: “Mirzoyevin toxuculuq-əyirmə fabrikində maşın bir fəhlənin qolunu qopartdı. Bu fəhləni xarpuxlu adlandırırdılar, soyadı yadımda deyil. (Bu fəhlənin soyadı Geurk Markozov idi. Xalq teatrlarının aktyoru Vano Markozovun atası idi - İ.Q.). Bu xəsarət almış fəhlə sağalandan sonra küçənin əmanəti oldu. Fabrikin xozeyni nəinki nəsə bir şeylə ona yardım etdi, qapıdan da bir daha buraxmadı. Sonra bu fəhlə qapı-qapı gəzirdi və mərhəmət diləyirdi” (Bax: “Mənim sərgüzəştim”, 1927-ci il, Saxelqami, səh. 71)

Elə başdanca qeyd etmək lazımdır ki, bu fəhlələrin ilk başlanğıc əlifbası bazar üçün nəşr olunan qədim ədəbiyyatın müxtəlif nağıl kitablarının avazının vericilərinin də Givişvili, Skandarnova, Haziranın olduğu şəhər xalq poeziyası idi.

Bu, bəziləri üçün mübaliğəli görünə bilər.

Sənədləri dindirək:

Qocaman sənətkar Mixa Çodrişvili öz “sərgüzəştində” yazır: “...Halbuki, şəhərə gələnə kimi əlifbanı əzbər bilirdim, lakin sözləri birləşdirmək və ifadə etmək çətinimə gəlirdi. Bu halda dükanlarda “viveskalar”ın  yazıları mənim hoyuma yetdi... Küçələrəcə vurulmuş afişalar və küçələrdəcə tapılan afişa cırıqları mənim məktəbim, universitetim və müəllimim idi ki, onların vasitəsi ilə də yazı-pozunu öyrəndim və əlyazmanı da ayırd edirdim.  “Ğaramaniani” və sair kimi odövrkü ədəbiyyatı da oxuyurdum. (Bax: elə orada, səh. 69).

İkinci canlı şahid fəhlə-tikişçi Niko İtriyevdir. Bu proletariat yazıçısı xatirələrində Eqnate Ninoşvili barədə yazır və yeri gəlmişkən söyləyir: “Eqnateni gördüyüm məqam oldu, məncə 1893-cü ildə, gürcü fəhlələrinin oxu kitablarını, “Ğaramaniani” və başqa məzmunsuz kitabları tərtib edən zaman. Mən də bu ədəbiyyatla böyüyürdüm. Bir dəfə bazar günü Aleksandr bağının üst yanında köhnə kitablarla alver edənlər arasında  almaq üçün “Ğaramaniani”nin növbəti qollarından birini gəzirdim. Məhz elə bu zaman bir ortaboyludan bir az hündür və arıq kişi qəfil rastıma çıxdı. Bu Eqnate Ninoşvili idi. Əlini çiynimə qoydu və məndən soruşdu: “İndi başlayırsan, cavan oğlan, kitablar oxumağa?” Skandarnovanın mahnılarından başlamış  “Ğaramaniani”də qurtarmış oxuduğum kitabları ona sadaladım. Həmsöhbətim bir az gülümsədi, sonra məni bir kitab ticarətinə apardı və “Vəhşilik və təhsil” və “Köhnə vaxtlar insanlar necə yaşayırdılar?” kitablarını aldırdı. “Ğaramaniani”ni almaq üçün daha pulumun qalmadığına narahat idim... (Bax: “Muşa”, 1923-cü il, № 141).

Fəhlə-ozan Şakro Naftluğelinin avtobioqrafiyası üçüncü şahid olaraq bizə yarayar. “Yazmağa necə başladım, – Naftluğeli yazır, – sıra olaraq mənim də yadıma düşmür, lakin işim xatirələrlə olduğundan, mən də xatırlayacağam”... Sonra yazıçı yeniyetməlik dövrünün hadisəsini, mahnı yarışının keçirildiyi Müqəddəs Barbare kilsəsinin həyətini, onun üçün də şeir söylədiyi kimsə “Xeço əmi”ni xatırlayır. Bu əmi abbasılıq bağışlayıb və deyib ki, bu abbasını ona görə verirəm ki, kitab alasan, oxuyasan, öyrənəsən və daha yaxşı yazasan. “Bu zaman, – Naftluğeli davam edir, – 11-12 yaşlarımda olardım. Sevindim ki, zəhmətim bəhrəsini verdi və bağışlanılmış abbası əlimdə o birisi gün Avlabara çıxdım, David Givişvilinin şeirlər kitabını aldım, oxumağa başladım, onu əzbərləyənə kimi gecə başımın altına qoyurdum, gündüz qoltuğumda gəzdirirdim, bəzən də onu təqlid edirdim...” (Bax: Komunisti”, 1927-ci il, № 99).

Fəhlə-şair G.Şinatexeli də mənə yazdığı məktubunda qeyd edir: “Gürcü ədəbiyyatını mənə Haziranın şeirləri öyrətdi”.

Başqalarının arxasınca daha düşmürük. Bizim sözlərin təstiq olunması üçün bu dörd canlı nümunə də kifayətdir! Biri “Ğaramaniani” ilə öz bilik əlifbasını başladı, o birisi Skandarnovanın şeirləri ilə böyüdü, üçüncüsü David Givişvilinin şeirlərinin aludəsi idi, dördüncüsü Haziranın mahnılarını öz ədəbi karyerasının başlanğıcı olduğunu göstərir. Bir sözlə, oxucunun gördüyü kimi, bu müəlliflər aralarında da özlərinin fəaliyyət göstərməli olduğu sənətkarlar dairəsində böyük rol oynamışlar.

                                                              *

Yetişdilər, amma sual olunur, bu fəhlə-yazıçılar bu “yetişməkdən” necə istifadə etdilər? Qalanları öz yaradıcılıqlarını dərinləşdirmək üçün öz ustalarını xeyirsiz təqlid etmək üçün yoxsa başqa yol tapdılar? Faktdır ki, bu yeni nəsil kiçik vaxtlarındanca Givişvili-Skandarnova-Haziranın sayəsində gürcü kitabına sevgini mənimsədi. Lakin böyüyəndə və ağıl onu igidləşdirəndə, bu ozanların motivlərini rədd etdi. Mahnını, aşiqliyi, əyləncəni duyğunun şüurlu mühakiməsinə tabe etdi. 

Z.Cicinadze artıq açıqca bəyan edir: “Məgər bugünkü millətin həyatının mənzərələri kifayət qədər dəlili vermirlərmi ki, bizim üçün bu gün Q.Orbeliani, A.Cavcavadze, V.Orbeliani, Besiki, Tumanişvililər, Sayat-Nova, Skandarnova, Givişvili və başqa bu şairlər kimi şəxslər lazım deyillər?” (Z.Mtatsmindeli (Z.Cicinadze) “İoseb Davitaşvili”, 1887-ci il, səh. 47).

Gördüyümüz kimi, köhnə şairlərin inkar olunması dövrü artıq başlayırdı. Halbuki, heç kim bilmir, şeirlərini də elə həmin Z.Cicinadzenin paralel olaraq ayrıca kitab şəklində nəşr etdiyi Besiki, A.Cavcavadze, Q. və V. Orbelianilər nə günah etdi? Bəlkə ona görə ki, Skandarnova və Givişvili bu yazıçılar tərəfindən təlim görmüşdülər və yeni nəslin diqqət yetirməsi üçün köhnə yazıçıların belə yerli-dibli inkar olunması lazım idimi? Bir qulaq verin: “Məgər Orbelianilərin , – Cicinadze davam edir, – və Cavcavadzenin yetişdirdiyi yazıçılar da bənzəmirlərmi? Deməli, Givişvili və Skandarnova kimdirlər, onlardan təlimatlanmış gürcü yazıçılarının həqiqi övladları deyilsə, bəs kimdirlər? (Elə orada, səh. 42).

İstər elə, istər belə, müasir durumu təsvir edən ozanlar səhnəyə çıxırlar. Onlar arasında Z.Cicinadzenin özü də şeir qoşur:

“Zaman dəyişir və onunla onun milləti,

Lakin bizə nə? Kasıblara heç bir şey,

Əgər yenə varlıların uşaqları oxuyursa,

Bizim tərimizlə, əzab-əziyyətimizlə böyüyənlər”

                                                 və sair (Bu şeir əlyazma şəklində yayılırdı. Nəğməyə də çevirdilər. Hazırda bu şeir K.Posxveraşvili tərəfindən tərtib olunmuş “İnqilabın nəğmələri” nəğmələr toplusuna salınmışdır, 1923-cü il, səh. 37. Z.Cicinadzenin şeirləri sonralar eləcə də “Gürcü yeniyetmələrinə hədiyyə” kitabında dərc edilmişdir, 1878-ci il, səh. 17, 31 və 48).

Skandarnova? Givişvili? Bu ozanlar demək olar ki, öz vəzifələrini yerinə yetirdilər. Onların da hörmətdən düşmək dövrü gəldi. Çox qocalmışlar, yeni söz daha deyə bilmirdilər. Onların son şeirlərinə oynaqlar daha tabe olmurdu, dağılırdı, qaynar su tökülürdü. Sosial motivli müğənnilər ortaya çıxdı və şeirlər “zamanın əyləndiricisi” deyil, eləcə də kütlələrin siyasi və mədəni səviyyəsinin yüksəldilməsinə yazılırdı.

“Millətin yarası öz yaram olsun,

Yandırsın məni onun işgəncəli ruhu.

Onun taleyi ilə və talesizliyi ilə,

Alışıb yansın möhkəm ürək”...

Müasir şəhər xalq poeziyasının ilk qaranquşları və azadlığın carçıları mülkədarlara qarşı qətiyyətlə hücuma keçən və oxumaq-təhsil almaq məsələsini ilk növbədə irəli sürən dülgərlər, çilingərlər, dərzilər, çəkməçilər, nökərlər, aşbazlar və əl buyruqçuları idilər.

“Soruşun qəzet-jurnalı,

Müxtəlif xəbərlərin!”...

“Sizin savadsızlığınıza görə,

Ağaların doludur kisəsi”,

 

“Uşaqlarınızı yaxşı böyüdün,

Ana dilini öyrədin!”

Bu didaktik tövsiyədən başqa İ.Davitaşvilinin şeirləri də vardır ki, burada da istehza utancaqlığa çalır. Bu cür şeirlər təxəllüslə dərc olunurdu və çox hallarda şəhərli “modni barişnalara” aid idi. Müəllifin rəğbətləri kəndin zəhmətkeş qadınlarına doğru yönəlmişdir. Bax, şair şəhərli ilə kəndli qadın arasında necə müqayisə aparır:

“Sənin yaxşı qadınlığını

Sənin modnan işarə etdi mənə,

Atan tikilər üfürürdü (Tiki-Gil və ya öküz dərisindən hazırlanmış mayenin tökülməsi üçün qab, tuluq - M.M.)

Sən nə ilə oldun barişna!

 

Kəndli qızın qadasın alım,

O, zəhmətin övladıdır,

Şəhərlilər! Sizdən artıqdırlar-

Ayağı çatlamışlar.

 

Modna jurnallarına

Onun borcu yoxdur, -

Bax, ərgən qızdır,

Onun qadasın alım”.

                                 və sair.

(Teatr işçisi (İ.Davitaşvilinin təxəllüsü idi) “Teatr”, 1886-cı il, № 22). İ. Davitaşvilinin bəzi məşhur şeiri bu təxəllüs ilə Vano Abaşidzenin “Teatr” jurnalında dərc olunurdu. Davitaşvili bu təxəllüsü gürcü teatrında pərdəni qaldırıb-salanın vəzifəsində işləyəndə götürmüşdür).

Tiflisin sənətkar yazıçıları arasında İoseb yaradıcılığı da bədnam şəhərin “bazar poeziyasına” heç bir xidmət daxil etməyən yeganə şairdir! Əksinə, hansısa şəhərli şeirçi-naşirin üstünə də gülür:

“Tiflisin kintosuyam,

Təriflə aldım kitabları,

Yazıram mənasız şeirlər,

Başı üstündə çəpişlərin şəklini çəkirəm” (Bax: İ.Davitaşvilinin şeirləri, Var. Xurodzenin redaksiyası, 1927-ci il, səh. 143).

İ.Davitaşvili odövrkü ziyalıların təsirinə məruz qalır.

Akaki və Quramişvili onun şeirlərinin həyat mənbəyidir. Lakin mənim fikrimcə, onun poetik artımı görkəmli  və qeyri-adi deyildi. Tədricən yetişən şair vardır və onun son şeirləri ilk qələm koloritindən olduqca artıqdır.  Degenerasiyaya məruz qalan şair vardır, hörmətdən düşür, aşağı salınır və özünün ilk şeirləri ilə fəxr edir. Lakin bir səviyyədə duran və zamanın müddətinin onun istedadının inkişafına təsir göstərmədiyi şair vardır. Bu üçüncü kateqoriyaya İ.Davitaşvili məxsusdur. Halbuki, bu halda ola bilər ki, Davitaşvili heç də o qədər günahkar deyildir, çünki şair özünün qısa həyatını yalnız əzab-əziyyətə və həyat üçün mübarizəyə sərf edib. Lakin qeyd etmək lazımdır ki, odövrkü ümumi fonda İ.Davitaşvili yenicə qədəmlərini qoymuş fəhlə-şairlər arasında ən ayırd edilmiş və formalaşdırılmış fikirlərin yazıçısı kimi hesab olunmalıdır. “Hər bir kəs, – Davitaşvili özünün ilk kitabının ön sözündə yazır, – kim olur olsun, böyük, istərsə də balaca, ictimai işə nəzər yetirilməlidir və onun yaxşı və pis olduğunun ayırd edilməsinə cəhd göstərilməlidir ki, cüzi bir şeylə də öz vətəninə və qardaşlıq çevrəsinə yardım etsin” ( Bax: “Stviri”, Varden Qosiridzenin nəşri, 1880-ci il, səh. 4).

Öz dostu fəhlə-şair Mix. Qordadzeyə həsr etdiyi bir şeirdə isə odövrkü “yeni həyatın” bütöv proqramı ifadə olunub:

“Yaxşını tərifləyirsən, pisi pisləyirsən,

Modanın danlayanısan,

Çəkinmə məndən, fəhləyəm,

İcazə ver, məlumat verim,

Tanı və birgə qoşulaq

Yeni həyatın boyunduruğuna,

“Məni” yox edək, “Biz”i işlədək,

Onunla qardaşlığa təsəlli verək!” (Bu hissə 1880-ci ildə nəşr olunan Mix. Qordadzenin şeirlərinə epiqraf olaraq həsr olunur. Tam şəkildə isə İ.Davitaşvilinin şeirlər toplusunda “yeni şeirçi” başlığı ilə yerləşdirilmişdir. M.Qordadze istedadlı şeirçi, İ.Davitaşvilinin müasiri və onun dostu idi. M.Qordadze  Tolenin sabun zavodunda, sonra Gennadinin mineral sular zavodunda işləmişdir. 1919-cu ilin mayında vəfat etmişdir. M.Qordadzenin ilk kitabı 1881-ci ildə Mix. Abuladzenin əlyazması ilə çıxmışdır (“Vətən və yaxud şeirlər toplusu”).

Camaat arasına artıq yeni şüar atılmışdır: Fərdi “mən”in əvəzinə camaatın bərpa etməsi üçün “biz” lazımdır. Bu artıq sonralar Evdoşvili yönlü demokrat şairlərin inkişaf etdirdiyi tanış havadır. V.Ruxadze deyir:

“Olmasın “sənin”, “mənim”,

İctimaiyyət əncam çəksin”.

İ.Davitaşvili xalq sadəliyini təsvir edən ozandır. O dövr baxımından Davitaşvilinin tematikası müəyyən xətt daşıyır. Bunu təkrar qeyd etmək lazımdır. Təkcə bu nəyə desən dəyər, İlya Cavcavadze – bu sözə qənaət edən azman – Davitaşvilinin istedadını öz nüfuzunun qanadları altına aldı!

İ.Davitaşvili camaatın ürəyindən bilavasitə əmələ gələn başqa şairlərə nisbətən artıq rəndələnmiş sənətkar, möhkəm ideologiya ilə təchiz olunan şairdir ki, Şio Mğvimelinin gözəl deyimini işlədək:

“Dəzgahda rəndə ilə işləyirdi,

Əyri taxtanı düzəldən zaman”.

Gürcü ədəbiyyatı müxtəlif halların təsiri ilə inkişaf edirdi. Bir tərəfdən, əgər Şərqin və Qərbin yolayrıcı bizim doğma ədəbiyyatın kassasına çoxlu özünəməxsusluq daxil etdisə, ikinci tərəfdən yuxarı və aşağı təbəqədən gələn ədəbi özfəaliyyət xalq-kitabsevərlik axınını əmələ gətirdi.

Yuxarıda qeyd etdiyimiz kimi, üzdəniraq “əyləncə” dövrünün yazıçılarını (Skandarnova, qismən Givişvili) yeni dövrün sinfi zəminində dayanan ozanları əvəz etdilər. Bu, inqilabi şüarların havada güllə kimi qısıldığı doxsanıncı və doqquzyüzüncü illərdə idi. Yüksək təbəqə şairlərinin özləri də aşağı təbəqə camaatı ilə olmağın vacibliyini hiss etdiyi vaxtlar idi. Akakinin bir şeiri var: “Eyfel qülləsində”, şair Eyfel qülləsindən aşağıda “qarışqa kimi vurnuxan camaata” baxır, nə düşməni, nə dostu seçə bilir və vurğulayır:

“Və onda dedim, əgər bilirsə,

Kim xalqdan hərdənbir uzaqlaşırsa

Və hey yuxarıya-yuxarıya doğru gedirsə,

İkisinin arasında israr edirsən?

Sözsüz, demək nə lazım itirəcək

Camaata qarşı düzgün nəzərini

Və ədalətlə ayırd edə bilməz

Yaxşılığı və pisliyi.” (Bax: “İveriya”, 1906-cı il, №12).

Bizim sənətkar şairlər sözün gözəlliyinə, şeirin ümumi bünyəsinə o qədər diqqət yetirmirdilər, nə qədər ki, güclü sözlərə və inqilabi şüarlara. Məgər döyüş meydanına çıxan insan yaxalığın ağlığı barədəmi düşünür? “Məgər aclıq çəkən insan ona loxma çörəyi uzatdığın qabın o sıradan müzakirəsinə qatılarmı, qızıl sini olsun, yoxsa kirəmitin qırıqları?” (St. Crelaşvili, “İmedi”, № VII-VIII, səh. 28).

Bu zamanın tələbi idi.

Bu dövrü xarakterizə edən, şeirləri də ideyanın ümumi xarakteri olan və icmanın bütövlüyünün göründüyü  demokratik ozanlardan, qeyd etmək lazımdır ki, aşağıdakılardır: 

İ.Davitaşvili – dülgər, nəqqaş;

M.Qordadze – sabun zavodunda işləyən;

G.Xeçuaşvili – mətbəə işçisi;

İzidze – çilingər, bukinist;

G.Şinatexeli – çəkməçi;

S.Naftluğeli – metal xarratı;

N.Noşrevanidze – dərzi;

A.Baciaşvili – papirosçu, suflyor, dramaturq;

D.Ninotsmindeli – dəmirçi;

V.Kirvalidze – əl buyruqçusu;

Sv.Maisaşvili – aşbaz;

Lazare Maisuradze – çəkməçi;

İo Qarsevanişvili – çəkməçi;

M.Lelaşvili – papirosları hazırlayan;

An. Qanciskareli – “krovelçik”, tənəkə ilə dam örtən, taxtapuşçu.

Sonra bunlara Qalust Şixiani, David Qamruaşvili, İliko Mirzaşvili, İ.Dolmazişvili, G.Cabauri, M.Velissixeli, Qoça Cixaişvili, G.Çarxişvili, M.Metexeli, Yaqor Andrianov, Siamaşvili, Vaso Roinişvili, Duşetli Vano, Tsafsas-zangi, G.Zamukov, B.Davitaşvili (Buğdan Evanqulov), Kola Mindiaşvili, Mix. Devadze, Qr. Qriqoryan, Ambako Mağradze M.Lelaşvili və sair və ilaxır əlavə olundu (Biz bilərəkdən, halbuki, yönünə görə və demək olar ki, dövrünə görə yuxarıda adları çəkilən sənətkar şairlərə qohumluğu çatan ozanları (Evdoşvili, Qoşadze, Axobadze və başqaları) xatırlamırıq. Lakin peşələrinə görə fərqlənirlər və daha çox ziyalılıq qövsünə çevrilirlər).

Demək olar ki, hamısının da özlərinin yazılarının kiçik-kiçik kitabçalarının buraxıldığı bu müəlliflər yeni cəhdlərlə dolu idilər və müasirliyi ağrılı şəkildə keçirirdilər.

Səma də mənfi oldu. Əyləncə üçün heç kimə vaxtı olmadı.

“Torpaq oğlu torpağa oxuyuram,

Ulduzlara yazığım gəlmir,

Xalq məni doğdu, xalq barəsində yazıram,

Onların həyatını izləyirəm” (İzidze (İoseb İmedaşvili): “Daşqıran”, 1904-cü il, səh. 28).

Və ya:

“Fəhlə, varlını arzu etmə,

Onun kimi əzəmətli olmağı arzulama.

Əmin ol mənə, onsuz da

Sən özün şan-şöhrətsən!” (Elə orada, səh. 5)

Bu o dövrün ümumxalq cəhdi idi:

Xalq. Xalq barədə. Xalq üçün.

Köhnə vaxtlar əgər qadın təkcə mədh predmetini təşkil edirdisə və ya da “dulun” və “bakirənin” seçimi şeirin mövzusunu hesab edirdilərsə, yeni dövr “pozğun qadına” da diqqət yetirdi. Belə ki, bu da məhkəmədə hakimlərə belə müraciət edir:

“Roskob, biabırçı, fahişə adlandırırsınız,

Qanunla mənə günah oxuyursunuz

Və min böhtan uydurursunuz,

Əzab verirsiniz və acılı məzəmmət edirsiniz,

Lakin bir vaxtlar mən də ki,

Ləyaqətli ananın qızı idim

Və mən bu gün beləyəmsə,

Sizin üzünüzdəndir, camaat, sizin günahınızdır” (G.Çarxişvili “Şeirlər və poema”, 1992-ci il, səh. 72.  Çarxişvili hekayələr də yazırdı: “Varankanın əhvalatı” və qalın “Həyat və sevgi” romanı ayrıca kitab şəklində nəşr olunub).

 

Fəhlə-yazıçılar sinfi olaraq dərk olunandan sonra başa düşdülər, eşitdilər ki, kirayədarlar onların fəhlə enerjisini istismar edirdilər. Öz durumları barədə düşündülər və bu əhval-ruhiyyə onların da şeirlərində öz əksini tapdı. İndi şeir tamamilə başqa avazda yazılırdı və oxunurdu. Bu şeirlərdə haqsızlığın aradan götürülməsi üçün fəhlənin şikayəti, narazılığı və çağırışı verilmişdir. İlk inqilabi zümzümənin əsası qoyuldu, azadlıq ideyası doğuldu. Bu təmayülə yeni yaradılmış poeziya xidmət edirdi.

“Mən özümün boz xələtimi sevirəm,

Yanımda mənimlədir, mənim sədaqətlim.

Bu fəhlənin diba-atlasıdır ki,

Bunda da ki, can çıxmalıdır.

İkimizin gücümüzü-qüvvətimizi birgə sərf edək.

Bir böyük zavodda.

İkimiz də bir tavada yanırıq” (Ş.Naftluğeli “Zəhmət zamanı iniltili şeirlər”, 1904-cü il, səh. 3).

Bu sonuncu sətirlər odövrkü fəhlə-sənətkarların əməyinin dözülməz şəraitlərini açıq şəkildə təsdiq edirlər.

Lakin eyni zamanda elə onların poeziyası bütün zəhmətkeş xalqı xoş gələcəyin yaradılması üçün mübarizəyə çağırırdı. Tiflisli fəhlə kəndin kəndlisinə necə müraciət edir:

“Oyanın, kəndli kişilər,

Yuxuya getməyin, yuxu ilə baş qatmayın,

Qalxın, düşmənin üstünə yeriyək,

Mənim gürcücəyimi yadda saxlayın.

Ayılın, açın gözünüzü,

Ətrafa boylanın,

Qardaşlıq-birlik naminə.

Hər tərəfdə qan tökürlər,

Mübarizə aparın hamınız birgə,

Qəhrəmanlar qəhrəmanına layiq.

Torpaq və azadlığı

Bəxş edin övladlarınıza” (G.Şinatexeli, bax: “Mitsa” (“Torpaq”) jurnalı,1906-cı il, №12).

Bəzən köhnə fəhlə-şairlər də öz müxəmməs ustalarını təqlid edirdilər və kintoya belə bir aşiqanə şeiri dedizdirirlər:

“Bir baxmaqla düşdün mənim qəlbimə,

Ondan bəri işgəncənin sevincindəyəm,

Əgər buyursan: “Suya at özünü”,

Özümü suda boğaram, qadan alım, mənim əlimdədir.

Sən bütün məhəllənin qadınlarını gözəlləşdirirsən,

Sən gənc oğlanlara od vurursan,

Ki, əgər buyursan: “Bir daha mənə baxma”,

Elə həmin andaca gözlərimi kor edərəm” (G.Xeçuaşvili, “İsari” (“Ox”), 1911-ci il, səh. 35).

Lakin bu gecikmiş təqlidçiliyin artıq zəmini alınmışdır. Buna görə şair yeni dövrün yaratdığı ideoloji meydana qayıdır.

Sevgilisinin “həqiqəti üçün həbsxanaya salınmış müasir qadına elə həmin fəhlə-şair bax, nə dedizdirir:

“Qandallarda möhkəmlən,

Həqiqət üçün, ey qaçqın,

Əsirliyinə döz,

Heç kimə şikayət etmə.

Qorxudan-qorxaqlıqdan çəkin,

Dəyişmə öz yolunu sən.

Bil bunu, dağılacaq,

Saxta tikilən həbsxana” (G.Xeçuaşvili, II cild, 1926-cı il, səh. 183).

Gürcü dilindən tərcümə edən: Mirzə MƏMMƏDOĞLU