Nə vaxtsa ağı qaradan seçməyin vaxtı gələcək

(Türk folklorunun estetikası və mənəvi əqidəsi)

Elizbar CAVELİDZE

 

 

Elmi ədəbiyyatda “Dədə Qorqud” haqlı olaraq qədim Oğuz ənənələrinə nüvafiq xalq söyləyicilərinin – ozanların qopuzların (simli musiqi alətidir) müşayiəti ilə oxuduğu xalq qəhrəmanlıq eposu kimi qəbul edilmişdir (Жирмунский В.М., Огузкий героический эпос и “Книга Коркуда”, стр. 242). Jirmunskinin bizi tanış etdiyinə görə, bu cür eposun iki cür növü mövcuddur: Birincisi (“Alpamış” özbək versiyası) – Burada əsərin bir hissəsi təhkiyə ilə, qəhrəmanın sözləri isə şeir formasında verilir. Nəsr hissələri yalnız birləşdirici, keçid funksiyasını yerinə yetirir. Daha sonraların olduğu ikinci növ – Burada əsas hissə nəsr ilə verilir və yalnız qəhrəmanların mahnıları və sözləri şeir ilə. “Dədə Qorqud”a gəldikdə isə, bu iki növ arasında orta yeri tutur, qəhrəmanların mənəvi əhval-ruhiyyəsi, elə götürək, söhbəti şeir formasını alır (Elə orada, səh. 242). V.Jirmunskinin görüş dairəsi məqbuldur, lakin heç də asan dəf olunmayan bir çətinlik ortaya çıxır. Məsələ burasındadır ki, bu əsərlər yaradılanda Oğuz bədii şifahi xalq ədəbiyyatında nəsr və nəzm strukturları bir-birindən ayrılmamışdır. Daha doğrusu, şeir növü, onun bünyəsi və forması formalaşmamışdır və nəsrdən heç də çox fərqlənmirdi. İllah da ki, əgər bu nəsr ritmik xarakter daşıyırdısa. Bu məsələ barədə aşağıda daha geniş söhbət açmalı olacağam. İndi isə o qeydin üzərində dayanacağam ki, “Dədə Qorqud” eposu 12  dastandan (boydan) ibarətdir ki, bunlar da, bəzi fəaliyyət göstərən qəhrəmanların adlarını nəzərə almasaq, bir-birilə əlaqədar deyildir. Bunlar ünlü, hər şeyi bilən ozan Dədə Qorqud tərəfindən söylənilən, məğzinə görə də, formasına görə də bitmiş rəvayətlərdir və buna da uyğun olaraq onlar bir kompozisiya çərçivəsinə salınmışdır. Lakin, zənn edirəm ki, əgər bu əsərlər silsiləsinin kompozisiya birliyini yuxarıda qeyd olunan prinsip ilə sizə izah etsəm səhv olar. Burada ən əhəmiyyətlisi odur ki, bu əsərlər bizə bir mənəvi əhval-ruhiyyəni, əxlaqi və böyük gözəlliyin dərk edilməsinin bir görüş dairəsini, qəhrəmanlıq və dostluğun bir məsafəsini, məhəbbət və düşmənçiliyin bir anlayışını, həyat tərzinin və ənənələrin bir mənzərəsini bizə çatdırır ki, bu da əsrlər boyu Dədə Qorqud tərəfindən aşkar edilmiş və Oğuz düşüncəsinin arxetip və rəmzi olaraq düşünülüb tapılmışdır ki, bunu da oğuzlar işləyib hazırladılar, cana gətirdilər. Bax, Dədə Qorqudu bu qəhrəmanlıq eposunu yazan necə xarakterizə edir: “Rəsul əleyhissəlam zamanına yaqın Bayat boyından, Qorqud ata deyərlər, bir ər qopdu. Oğuzun ol kişi tamam bilicisiydi. Nə dersə, olurdu. Qayibdən dürlü xəbər söylərdi.  Haq Taala anın könlünə ilham edərdi (Dedem Korkutun kitabı (Orhan Şaik Gökyayın redaktorluğu ilə) səh. 2. Bax. “Dədə Qorqudun kitabı”, Tbilisi, 1987, səh. 29). Bu qısa xasiyyətnamədən də görünür ki, bizim işimiz adi ozan ilə deyil, eləcə də onun simasında hər şeyi bilən, ilahi sirlərin moizəçisi, gələcəkdən xəbər verən və öncəgörən bir şəxs  bizim qarşımızda dayanır. V.Bartoldun müəyyən etdiyinə görə, Məhəmməd peyğəmbərin zamanında doğulmuş “nəhəng deyil, partiarx idi – xalq müdrikliyinin ən başlıca və əsas əksetdiricisi idi ki, onun da əxlaqi (mənəvi) nüfuzuna bütün xalq tabe olurdu (Бартольд В.В., Китаби Коркуд, Т.I, стр. 204).

Bir sözlə, yuxarıda qeyd etdiyimiz kimi, Dədə Qorqud hər şeydən öncə əxlaq və adət-ənənələrinin carçısı və müəllimi kimi türkdilli xalqlar arasında böyük populyarlığa və məhəbbətə malikdir. Onun artıq gələcəkdən xəbər verən şəxs olaraq böyük özbək şairi Əlişir Nəvai də xatırlayır (Жирмунский В.М., Огузкий героический эпос и “Книга Коркуда”, стр. 242). Türkmən genelaogiyasının müəllifi, tamamilə xalq arasında mövcud ənənələrə və əfsanələrə istinad edən Əbül Qazi məlumat verir ki, Qorqud 295 il yaşamış və üç hökmdara vəzir olmuşdur (Кононов А.Н., Родословная турк, М.-Л.,1958, стр. 57), halbuki müəllifim sonrakı məlumatına görə, Qorqud beş xanın müasiridir (Elə orada, səh 60). Əbül Qazinin söylədiklərində xronologiya və faktiki material tarixi gerçəklikdən kənara çıxmasına baxmayaraq bir şey hər halda diqqətəlayiqdir: Hər yerdə və hər zaman Dədə Qorqud müdrik nəsiyyətverici, mənəviyyat dərsi keçən şəxs kimi qarşımıza çıxır ki, bunun da  dediyi fikir şübhə doğurmur və müəyyən görüş dairəsi ilə Dədə Qorqudun eposda çəkilmiş etnik portretinə əks-səda verir.

Qorqud bir nüfuzlu vəzir kimi ilkin mənbələrdə də xatırlanır. Belə, məsələn, Rəşidəddinin əsərində: Məşhur “Cəmi ət-Təvarix”ə (Tarixlər toplusu) (XIV əsrin başlanğıcı) daxil edilən “Tarixi-Oğuz və türkan və hekayəti-cahangiri” əsərində. Burada Qorqudun atasının da adı xatırlanır. Halbuki, Rəşidəddin də xalq rəvayətlərinə istinad edir və nəhayət o da yekun nəticə çıxarır ki, Dədə Qorqud müdrik insan, bilikli və möcüzə yaradan idi. O, gözəl sözlər söyləyirdi (güman ki, poeziya nəzərdə tutulur), 295 il yaşayıb və onun barəsində çoxlu rəvayət (hekayə) mövcuddur ki, bunlar da xüsusi forma ilə verilir (Orhan Şaik Gökyay, Dede Korkut, İst. 1938, s. XVIII-XXII).

Əbül Qazi və Rəşidəddinin Qorqud barədə xalq rəvayətlərini bizə çatdıran tarixi xronikaları, hər şeydən öncə o baxımdan maraqlıdır ki, artıq XIV-XV əsrlərdə Qorqud şəxsiyyəti bir müdrik öyüdverici kimi məşhur idi. Onun vəzirliyinə gəldikdə isə, mənim fikrimcə, bu xalq fantaziyasının bəhrəsidir və oğuzların erkən ənənəvi baxışı ilə şərtləndirilmişdir ki, bu da ideal vəzir barədə xalqın təsəvvürünə əsaslanır. Lakin həqiqətdə xalqın görüş dairəsi vəzirlik mərhələsindən kənara çıxdı. O, öncəgörən və gələcək taleyi bilən kimi bizə təqdim olunur ki, bu da artıq insanın gələcək taleyini görən şaman təbiətini-xarakterini və peşəsinin spesifikliyini daha çox bizə xatırladır. Halbuki, Şamanizm qədim türk tayfaları arasında geniş yayılan din olduğundan bu bizi təəccübləndirməməlidir.

Bir sözlə, Sırdəryadan başlamış və Azərbaycanın yamaclarına, dağ-təpələrinə qədər oğuzların köçərililiyinin və məskunlaşmasının baş verdiyi bu geniş ərazidə Qorqudun adı böyük populyarlığa malik idi və o bir çox əfsanənin baş personajı idi. Onun qəbrini də müxtəlif diyarlarda ibadətgaha  çevirmişlər, bu da ondan xəbər verir ki, türk xalqı tərəfindən müqəddəs olaraq hesab edilmişdir (Жирмунский В.М., adı çəkilən əsəri, səh. 158-173). Bununla əlaqədar sözüm onsuz da uzandı və daha deməyəcəyəm, çünki V.Jirmunskinin həqiqi baxış dairəsi ilə: “Əfsanəvi Qorqudun tarixi prototipinin müəyyən edilməsi böyük elmi marağı nə zaman təşkil edir ki: Xalq rəvayətlərinin yaratdığı və Orta Asiyanın köçəri tayfalarının patriarxal əsrlərin mühüm hadisəsinin tipik sosial ümumiləşdirməsini təşkil edən toplum simasıdır” (Elə orada, səh. 173).

Bu dəfə mənim tədqiqatımın məqsədi məhz elə türk (oğuz) xalqları tərəfindən yaradılmış müdrik Qorqudun tipik simasıdır ki, buna da oğuzlar, elə götürək, türkdilli xalqlar milli ruh hopdurmuş və özlərinin əhəmiyyətinin, mənəvi-estetik görüş dairəsinin ifadəedicisi və carçısı, hər cür dərdin dərmanı olan, hər şeyi bilən qocaman ozanı üzərə çıxartdılar.

İndi Dədəd Qorqudun hansı müdrikliyi və mənəviyyatı moizə etdiyi barədə bir neçə söz!

Qısa, lakin bu əsərin girişində bircə açıq şəkildə verilən Dədə Qorqudun əxlaqi-etik, istərsə də fəlsəfi-estetik məcəlləsi çox diqqətə layiqdir.

Hər şeydən öncə, Qorqudun dili ilə, bu əsərin gizli məqsədi bəyan edilib ki, bu da belə səslənir: “Qorqud min dedi və nəhayət, hökmranlıq yenə də kay tayfasına qayıdar. İndən belə qiyamət gününə qədər onu dəyişməyə heç kimin gücü çatmaz.”

Bu, Osmanlıların gəlişi barədə deyilib. O yerinə yetirilib və yenə də belə olacaq” (Kitabi Dədə Qorqud, Tbilisi, 1987, səh. 19 (sonralar K.D.Q.)). Dedem Korkut kitabı (hazlırlayan Orhan Şaik Gökyay, İst. 1973, s.1 (sonralar D.K.K.), Kaçalin Mustafa S., Oğuzların Diliylə Dedem Korkutun Kitabı, Ankara, 2017, səh. 21(sonralar O.D.D.K.K.).

Məlumdur ki, çağırış vərəqi ilə – bəyanatla gizli olmadan Osmanlıların dünya hökmranlığına qarşı oğuzların iradı səslənib ki, bu da onların ulu Tanrı tərəfindən başına sığal çəkilən və xeyir-duası verilən hərbi inam qüdrətini qidalandırır və möhkəmləndirir!

Mənim fikrimcə, türklərin məğlubedilməzliyi və hərbi qüvvələrinin yenilməzliyi barədə bu inam ta qədimdən mübariz oğuzları müşaiyət edirdi və buna görə də o qədimliyin ətrini püskürür, lakin daha çox düşündürücüdür ki, bu görüş dairəsini önə çəkmək və səsləndirmək sonralar xüsusən, bu eposun yazılı şəkildə işlənib hazırlandığı zaman və türklərin Avropanın böyük hissəsini işğal edən zaman baş verməli idi.

Növbəti kəlmə artıq Dədə Qorqudun özünü bizə xarakterizə edir. Belə ki, “Oğuz tayfalarının çətinliklərini aradan götürəni” kimi bizə təqdim olunur. Daha da artıq, öyüd-nəsihət vericidir, “nə qədər tələsik iş olsa da, ona gənəşmədən görməzdilər” və ən başlıcası, “nə buyururdusa, onu sözsüz yerinə yetirirdilər” ( K.D.Q., səh. 29; D.K.K., səh. 1; O.D.D.K.K., səh.19). Qısası, bir neçə kəlmə ilə Dədə Qorqudun Oğuz tayfalarının xilaskarı və himayədarı, nəsihət verəni, müdriki kimi və sarsılmaz mənəvi avtoritetin dolğun mənzərəsi verilmişdir.

Bundan sonra Qorqudun özü söhbətə, istərsə də mahnıya başlayır ki, bu da onunla əhəmiyyətli və diqqətəlayiqdir ki, burada bütün Oğuz xalqlarının həyat tərzinin və ənənələrinin onurğa sütunu nəql olunur. Bu tayfanın xalq müdrikliyi, əxlaqi-etik inamı qəhrəmanlıq və igidlik üzrə formalaşmış görüş dairəsi və ən başlıcası, bu tövsiyə etmələr elə lakonikliklə və sadəliklə verilmişdir ki, bunun oxucuda, istərsə də dinləyicidə bir növ heyranlığa səbəb olmaması mümkün deyil.

Lakin burada mətni nəşr edənləri qeyd etməliyəm: Şaik Gökyay və Mustafa Kaçalin bu mətnin strukturunu müxtəlif cür qəbul edirlər və birincisi onu nəsr kimi hesab edir və bizə nəsr formasında verir, ikinci isə, şeir kimi, heç də əsassız olaraq qəbil edir və şeir növü kimi bizə ötürür. Lakin bu barədə aşağıda danışmalı olacağıq və indi elə birinci deyilənə qayıdaq və Qorqudun nəyi moizə etdiyini xatırlayaq:

“Qadir Tanrı verməyincə ər bayımaz.

Əzəldən yazılmasa, qul başına qəza gəlməz.

Ölən adam dirilməz.

Çıxan can gerü gəlməz.” (K.D.Q., səh. 29; D.K.K., səh.1; O.D.D.K.K. səh. 19).

Gətirilən sətirlərdə gözəl lakonikliklə və sadəliklə islam mürəbbilərinin məğzin əsas ehkamlarının  camaat sayağı düşünülməsi verilib: Birinci: Allah istəməsə iş yerinə yetirilməz. İnsanın taleyini və talesizliyini, onun kasıblığını, istərsə də zənginliyini Tanrı müəyyən edir və bütün elə bunların hamısı Tanrı tərəfindən yazılmışdır. Qiyamət günü (İkinci dəfə dünyaya gəlmək) yetişməmiş, heç kimə heç nə edilmir və dünyasını dəyişənlər də dirilmirlər. Eyni zamanda hamı bilməlidir ki, canı çıxan bir daha geri qayıtmayacaq!

Qısası, hər şeyi müəyyən və təyin edən, insanın taleyini, istərsə də talesizliyini, ölən adamın nəyi dərk etməli olduğunu elə irəlicədən qaydaya salan ulu Tanrıdır. O, hər şeydən artıq mənəviyyatından ehtiyat etməlidir, nədənsə əgər onu itirsə, geri bir daha qayıtmayacaq, bu isə hər iki dünyada itib-batmağa və məhv olmağa bərabərdir.

 

Gürcü dilindən tərcümə edən: Mirzə MƏMMƏDOĞLU