Türkiyədə 28 iyul tarixində Antaliyanın Manavgat şəhərində başlayan və 21 fərqli bölgədə davam edən yanğınlara müdaxilə hələ də davam edir.
"Yeni Yol" Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğınlar nəticəsində Manavgatda 3, Muğlanın Marmaris bölgəsində isə 1 nəfər həyatını itirib. Minlərlə heyvan tələf olub, meşə və əkin əraziləri ilə bölgədəki istixana sahələri də külə dönüb. Yanğınların təhlükə yaratdığı kənd və digər məskunlaşma yerlərindən əhali təxliyə olunub.
Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirlinin son şərhlərinə əsasən, 57 nöqtədə yanğınlar idarə altına alınıb, yanğının davam etdiyi yerlərdə isə vəziyyət yaxşıya doğru gedir.
Dost və qardaş Türkiyə dövlətinə və türk xalqına səbr, vəfat edənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyir və tezliklə bu yanğınların söndürülməsini arzu edirik.