Gürcüstanda 165 kişinin tək ata statusu var, 1 kişi isə övladlığa uşaq götürüb. Bu barədə Dövlət Xidmətlərinin İnkişafı Agentliyindən bildiriblər.
Agentliyin statistikasına əsasən, 2024-cü ilin 18 martına olan vəziyyətə görə, Gürcüstanda ümumilikdə 8762 nəfərə tək valideyn statusu verilib. Buradan isə, qeyd etdiyimiz kimi, 166-sı kişi cinsinin nümayəndəsidir.
8582 qadına tək ana statusu verilib ki, onlardan 14 nəfəri övladlığa uşaq götürənlərdir.
Müvafiq statistikaya görə, 2023-cü ildə cəmi 2518 qadına və 110 kişiyə tək valideyn statusu verilib.
Mənbə: bpn.ge