2024-cü ilin Milli Müəllim Mükafatının qalibi 5 oktyabr – Beynəlxalq Müəllimlər Günündə elan edildi. Natia Uçava Tbilisi 126 saylı ictimai məktəbin ibtidai sinif, gürcü dili və ədəbiyyatı, riyaziyyat, tətbiqi və təsviri incəsənət, təbiətşünaslıq müəllimidir.

 

Natia Uçava kampaniyanın baş sponsoru Qudavadze-Patarkaçişvili Fondu tərəfindən 15000 lari ilə müküfatlandırılıb.

 

Qeyd edək ki, müsabiqənin baş sponsoru Qudavadze-Patarkatsişvili Fondu, qızıl sponsoru “Liberty” Bank və İlia Dövlət Universitetidir. Dəstəkçilər: EPAM Georgia, Konsultasiya və Təlim Mərkəzi (ctc), “Alte” Universiteti, İctimai televiziya.

 

Milli Müəllim Mükafatı 2017-ci ilin 13 mayında təsis edilib. Qeyd olunan təşəbbüs Gürcüstanda artıq 8-ci dəfə həyata keçrilir və müəllimlik peşəsinin populyarlaşdırılmasına yönəlmiş qlobal – “The Global Teacher Prize” şirkətinin bir hissəsidir.

 

Mənbə: edu.aris.ge