NƏ VAXTSA AĞI QARADAN SEÇMƏYİN VAXTI GƏLƏCƏK
(Türk folklorunun estetikası və mənəvi əqidəsi)
Elizbar CAVELİDZE
İndi “Dədə Qorqud”un boylarında bir çox şeirin təhlili bizi çox uzağa aparar və lazım da deyil, çünki yeni bir şey verməyəcək bizə. Lakin müəyyən yenilik təklif edən bəzi nümunələr üzərinə hər halda diqqətimizi çəkməliyik.
Bu dəfə şəfəqin şölə saçmasını əks etdirən şeiri yenə də gətirmək istəyirəm ki, buna qarşı da mən artıq bu şeirin obrazı ifadə etməsinə və çalarlarının zərifliyinə görə öz fikrimi ifadə etdim. Lakin bu dəfə onu bu ritmik strukturun baxış dairəsi ilə müzakirə etmək istəyirəm. Şeir 12 hecalı sətirlə başlayır və sonra onu 10 hecalı, 14 hecalı, 15 hecalı və 17 hecalı sətirlər əvəz edir. Bu şeirin sətirlərinin hecalarına münasibətlər sxemi belə təqdim olunub: I) 2+2+1+3+4=12; II) 3+2+3+4=12; III) 3+2+1+2+4=12; IV) 3+2+3+2+4=14; V) 2+3+3+2=10; VI) 2+3+3+2+3+2=15; VII) 2+2+2+3+1+3=13; VIII) 1+3+4+4+3+2=17. Aşkardır ki, bu şeirin başlanğıc sətirləri ritmik konstruksiyaya uyğun olaraq dolğundur, ritm ünsürü də dörd hecalı seqment ilə təqdim olunub. Lakin sonra ritmik konstruksiyanın pozulması halı baş verir ki, bu da qanunauyğunluq çərçivəsinə yerləşə bilmir. Halbuki, təhlil olunan şeirin qavranılması səmərəsinin itməməsi təqdirəlayiqdir. Mənim fikrimcə, bu şeir evfonik səviyyəsi ilə zəngindir ki, bu da şeirin srtrukturunun üfüqi və şaquli məhvərlərində aşkar edilmişdir. O cümlədən, şaquli məhvərdə səslərin sonrakı münasibətinə rast gəlirik: Sal-qum//Sal-qum, gay-say, go-ga, dağ-değ, şaquli məhvərdə isə sözün başlanğıcı mövqeyində bizə rast gəlir: Sak-sak-sak-sak, sözün sonu mövqeyində isə ritmlik ünsürlərin bu cür təkrarı varımızdır: Əsdigində-adıqda-adıqda-adıqda adıqda çağda-çağda-dəgəndə-çağda. Düşündürücü haldır ki, məhz elə evfonik səviyyənin zənginliyi bu şeirin ritmik nöqsanlarını örtür.
Lakin elə burada qeyd etməyə bilmərəm ki, “Dədə Qorqud”un bədii mətnində ritmik strukturun qanunauyğunluğu tədricən özünü büruzə verir, əksər hallarda da bu cür sxemlə təqdim olunur. Dörd hecalı sxem 4+4+4 (2+21+2+21+2+2=4/4+4; və ya 2+2+4+2+2=4/4/4, ya da 4+4+2+2/4/4/4). Bizə başqa sxemlər də rast gəlir: 2+2+3 (7), 4+3 (7), 1+3+3 (7), 2+3+3 (8), 1+3+4 (8), 2+3+3 (8). Eyni zamanda 7/8 hecaların bir şeir çərçivəsində əvəzlənməsi təbiidir və xalq şeiri üçün xarakterikdir. Lakin hecalara bu cür münasibət də bizə rast gəlir: 9/7/8/10, bu da yenə ondan xəbər verir ki, birincisi, Oğuz şeir strukturu həmin vaxtlar formalaşmamışdır, ikincisi, bu şeirlər oxunur, mahnı zamanı intonasiya və avazın dəyişməsilə bu qüsurların düzəldilməsi asandır. Halbuki, artıq qeyd etdiyim kimi, hər halda əsas vurğu sətrin sonlarına edilirdi ki, bu da heç də nadir hallarda olmayaraq sözlər qrupunu və istərsə də tam cümləni təşkil edirdi. Dədə Qorqud Dirsə xanı oğlunun həvəsləndirilməsinə çağıranda bu cür kəlməni təkrar edir: “Hey Dirsə xan, beglik vergil bu oğlana, taxt vergil, erdemlidir” və ya onu əvəzləyən “hünerlidür” leksik vahidini işlədir.
Sonra Dirsə xanın verməli olduğu şeylərin (bəylik, at, qoyun, dəvə, altun başlı ev və sair) sadalanması gəlir, lakin ritmlik hesab olunan sözlər dəyişməzdir və təkrar olunur: erdemlidir, hünerlidür. Bu təkrarlama isə oxucuda təlqin və təsir gücünü kəsb etdirir.
Burada mütləq vurğulamalıyam ki, təhlil olunan şeirləri, eləcə də sətrin sözün başlanğıcı mövqeyində səslərin, hecaların, söz və istərsə də cümlələrin təkrarı və yaxud poetikada anafora olaraq adı çəkiləni xarakterizə edir, bu da ki, şeiri kompozisiya olaraq qaydaya salır, semantik olaraq zənginləşdirir və ən başlıcası, şeirin emosiya, istərsə də estetik arenasını artırır, onu daha çox təəssürat oyadıcı edir və anaforaya heç də az rast gəlməyimizə baxmayaraq, o hər halda kanonik xarakter deyildir və qanunla qaydaya salınmamışdır.
Burada bir neçə nümunə gətirək:
...Altun yüzük senin degil-dir,
Altun yüzükdə çok nişan var-dur,
Altun yüzügi istər-isən nişanın söylə! (O.D.D.K.K., səh. 95).
Şeirlər silsiləsinin son üç sətrinin başlanğıc pozisiyasında altun yüzük sintaqmının müxtəlif hallarda təkrarı və eyni zamanda üfüqi səviyyədə fonemlərə münasibətdə zəngin səslənməni gücləndirir və Bamsı Beyrəklə onun yavuqlusu, nişanlısı, sevgili adaxlısının gələcəyi barədə həlledici rol oynamalı olan qızıl üzüyün əhəmiyyətindən danışır.
Əgər o şeirdə nida formasında üzərə çıxırsa və növbəti demək olar ki, bütün sətirlər təkrarlanırsa daha kəskin təəssürat oyadır. Öz-özlüyündə peşmançılığı və kədəri əks etdirən bu nida konkret halda bir növ kədər təbilinin çalınmasını bizə xatırladır. Barı, dinləyək:
Vay al duvağum eyesi!
Vay alnum, başum umudı!
Vay şah yigidum!
Vay şehbaz yigidüm!
. . .
Vay Kazan Begün ınağı
Vay kulın oğuzun ımrencesi Beyrek! (Elə orada, səh. 81)
Daha çox yayılan sətrin son pozisiyasında səslərin, sözlərin, cümlələrin təkrarlanmasını, daha doğrusu, epiforanı, müəyyən olunduğu kimi, ritmin funksiyasını da yerinə yetirir, bu aspektdə müzakirə etməliyik. Sətirlərin semantik baxış dairəsi ilə qarşılıqlı qarşıdurma başqa cür ilk sətirdə hansı bədbəxtliyin baş verməsi rəmzi olaraq verilmişdir. Lakin ikinci sətirdə qeyd edilmişdir ki, ozanın bu barədə xəbəri yoxdur. Məhz elə bu sonuncu cümlənin təkrarlanması ilə deyiləcək sözün əsas qayəsi özünü büruzə verir. Belə məsələn:
Qarşu yatan qara dağım yıqılubdur,
Ozan, sənin xəbərin yoq.
Kölgəlicə qaba ağacım kəsilübdür,
Ozan, sənin xəbərin yoq.
Dünyəlikdə bir qardaşım alınubdur,
Ozan, sənin xəbərin yoq.
Çalma, ozan, ayıtma, ozan! ( Elə orada, səh. 88-89).
Gətirilən çıxarışda bütün sətir təkrar olunur: “Çalma, ozan, ayıtma, ozan” baş verən bədbəxtlik barədə: (Qarşu yatan qara dağım yıqılubdur. Kölgəlicə qaba ağacım kəsilübdür və sair) və bu təkrarlama isə bir tərəfdən Beyrəyin başına gələn bədbəxtliyi tündləşdirir və ikinci tərəfdən qəhrəmanın tələbini doğruldur ki, ozan düyündə çalmamalıdır.
Bu cür bütöv sətrin təkrarlanması başqa kontekstdə bizə rast gəlir. Buğac öz anasına izah etmək istəyəndə ki, Qazlıq dağı və onun sakini deyil, onun atası günahkardır:
Qazlıq dağının günahı yoqdur.
Bitərlidə otlarına qarğamağıl,
Qazlıq dağının suçı yoqdur.
Qaçar keyiklərinə qarğamağıl,
Qazlıq dağının günahı yoqdur.
Arslanla qaplanına qarğamağıl,
Qazlıq dağının suçı yoqdur.
Qarğar isən, babama qarğa,
Bu suç, bu günah babamdandır!
Nümunələri yenə çox gətirmək olar, lakin düşünürəm ki, yuxarıda gətirilən də kifayətdir. Ona inanmaq üçün ki, sətrin başlanğıcında sədaların, istərsə də bütün cümlələrin təkrarı ilə ozan öz poetik düşüncələrinin məqsədinə çatmağa nail olur ki, bu da estetik arenanı yaratmaqdan və dinləyiciyə, istərsə də oxucuya kontekstin müvafiq müsbət, istərsə də mənfi əhvali-ruhiyyəsini oyatmaqdan başqa bir şey deyildir. Diqqətəlayiqdir ki, buna ədəbiyyatda artıq yaxşı bərqərar olunmuş hər cür bədii trafaretsiz danışıq dili ilə nail olur. Barı, xatırlayaq:
Yağrının-da qa-l-qan oy-nar ba-ba-sı-nın
Qa-dir qo-r-sa, başın kə-sə-yim!
(Ya varmayam? )Ya g-ələm, ya gəlməyəm,
Ya qa-ra buğ-ra-nın
köksi altında qa-lam!
Və -ya bu-ğanın buy-nuzında ilişəm.
Ya qa-ğ-an asl-anın qa-y-nağında di-di-ləm.
Ya varam, ya varmayam,
Ya gələm, ya gəlməyəm!.. (K.D.Q. 114)
Və bu şeir “Yenə görüncə bəg baba, xatun ana, əsən qalun!” kəlməsi ilə bitir.
Gürcü dilindən tərcümə edən: Mirzə MƏMMƏDOĞLU