Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyovun rəhbərlik etdiyi nümayəndə heyəti Qardabani Gənclər Mərkəzini (QGM) ziyarət edib.

 

"Yeni Yol" xəbər verir ki, görüş zamanı QGM-nin icraçi direktoru Hacı Hacıyev qonaqlara mərkəzin fəaliyyəti ilə bağlı məlumat verib və gələcək planlar haqqında müzakirələr edilib.

 

Görüşdə həmçinin komitənin Gürcüstan və türkdilli dövlətlər şöbəsinin müdiri Vüsal Məmmədov, Azərbaycan Respublikasının Gürcüstandakı səfirinin müşaviri Anar Rəsulov, Qardabani rayon bələdiyyəsinin sədr müavini Rəfi Orucov, Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının sədri Musa Hacıyev, Qardabani Gənclər Mərkəzinin sədri Elsevər Əhmədov və mərkəzin digər əməkdaşları iştirak ediblər.