(əvvəli)
Həmin gecə atam baş hakimin yanına aparılanda şam yeməyindən sonra idi və hələ də yatmamışdılar, beləcə anam yorğan-döşəkdə qaldı, amma fikrə getdi. Mən onların yaxınlığında öz yorğanımın altından baxırdım, mən də bir təhər bir daha yata bilmirdim. Bəzən anam başını çıxarırdı, divar taxçasında qoyulan Məryəm ananın ikonasına rəhmdilliklə baxırdı və yenidən fikrə gedirdi. Mənim dayəm də mənim yorğan-döşəyimə yaxın yerdə küncdə oturmuşdu. Səsini çıxartmadan anama baxırdı. Əgər nəsə desəydilər, bəli, qısaca, soyuqqanlıqla deyirdilər və yenə sakitləşirdilər. Bu ərəfədə bu sözlərdən narahat olmuş halda atam da gəldi: “Cənab şahzadə, heç nə çıxmayacaq, tamamilə əliboş qaldıq”.
Bundan sonra sözünə davam etdi, hər şeyi dedi: “Ya Kaxetidə nə əhvalat baş verib və ya Markizə nə dedi; və buna görə də biz rus ordusu ilə birlikdə Kaxetiyə getmək niyyətindəyik, Markiz də tezcə gələcək”.
Bununla yanaşı sədaqətli qulluqçu Berelanı yanına çağırdı: “Berela, iki qatırla, mənim yol barxanamı gətir, mənim üçün Dilboz mavi atımı hazırla, səndən başqa yenə altı nəfər qulluqçu da gəlsin. Onların da yaxşı atları var, indi təcili Kaxetiyə yola düşməliyik (Mənim gənclik vaxtlarımda atamın daha 15 nəfər qulluqçusu var idi və onlar yaxşı qulluqçular idilər. Tavad üçün canlarından keçən sədaqətli, bütün işlərdə təcrübəyə malik idilər. Yaxşı geyinib-kecinmişdilər. Yaxşı, vicdanlı, dinc, səmimi, düzgün ürəyə malik idilər. Yaxşı silahla silahlanmışdılar, yaxşı igidlər idilər. Çox qəşəng minik atları da var idi. Yaxşı ələ malik idilər və evin xidmətçiləri də idilər. Dəlləklər, aşbazlar, mehtərlər, baytarlar, nalbəndlər idilər, bir sözlə, bu kimi şeylərdə peşəkarlaşmışdılar və nəsə lazımi bir iş çıxanda, hər bir şeydə yaxşı idilər. Atama çəkinəcəkli nə iş lazım olanda, heç bir şeyi özlərinə ayıb bilmirdilər. Təkcə atamın deyil, hər bir tavad oğlunun bu cür qulluqçuları var idi. Bu, bizim ölkənin zamanına görə, kimə nəyin lazım olduğunu bilmək üçün, o dövrkü mühit öyrənilsə, bütün bu kimilər bilirdilər və istifadə edirdilər də. Bunları köhnə qulluqçular gənc qulluqçulara öyrədirdilər və bu birindən o birisinə ötürülürdü ki, onların da bəziləri yazıb-oxumağı yaxşı bilirdilər).
O zamanlar yenə heç bir halda tavad-aznaurlar da açıq-aşkar hazır idilər, Gürcüstan xalqı hamısı birləşmişdi. Amma atam ona nəsə deyirdisə, tamamilə kədərli sözlərlə deyirdi. Anam ona dedi:
– Deyəsən narahatsan, biz nə edək, güc-qüvvət onlardadır və nəyi də istəsələr sənə əmr edə bilərlər.
Atam çevrildi və mənim dayəmə dedi ki, o biri otağa keçsin. O gedəndə atam qapını bağladı və anamın yanındakı skamyada oturdu, bu titrək qəlbin çırpıntıları ilə:
– Mənim şahzadəm, niyə də narahat olmayım. O, bir sizin atanız, mənim çarım İrakliyə və yurda xəyanətkarlıq bəs etmədimi, indi də yenə Baqrationilərə, eləcə də yurduma xəyanətkarlıq edim? Mən gedim və bir gürcü kişisi, gürcüyə güllə atım, mənim hökmdarlarım Baqrationilərə kömək edənlərə və öz səltənətlərini bir daha bərpa etmək istəyən mülkü azad edənlərə. Biz onlara tüfəngdən güllə atmasaq, bizi arvad-uşaqlarımızla birgə tamamilə öldürəcəklər. Axı, bundan sonra nə edim, narahat olmayım?
– Mənim məsləhətim budur ki, tamamilə kaxetililərin yanında dayanın, gedin, işi bir daha yubatmayın. Burada bizim başımıza, sizin arvad-uşaqlarınızın başına nə gəlsə də, lap elə götürək, tikə-tikə doğrasalar da bu bir şey deyildir, fəqət sizin qardaşınız kaxetililərin arxasında dayanın, – anam qətiyyətlə bunu ona dedi.
– Daha ola bilməz, artıq bir daha heç nə edə bilmərik. Onlar Kartlini tamamilə gücləndiriblər, daha kaxetililərə yaxınlaşmayacaqlar və heç bir iş görmək niyyətində deyillər. Kaxetili tavad uşaqları da orda-burda onlara meyilləniblər, şəksiz, bizim bu əhvalatımızı ruslara çatdırıblar. Bundan sonra heç kimə daha etibar etmək olmaz.
– Yəni hər şey pozuldu, korlandımı?
– Məhz elədir, mənim şahzadəm.
– İndi nə çarəmiz var, Gürcüstan əsrlər boyu rusların qulu olaraq qaldı...
– Qaldı, qalmadı, bunu Allah bilir. Siz məni bir daha sağ görməyəcəksiniz, mənim şahzadəm. Balalarımızdan muğayat olun, hamiləsiniz, ondan da.
Bu zaman anam ağladı və atam da daha dözə bilmədi. Mən də döşəkdən sıçrayıb zarımağa başladım: “Vay atam, vay atam”, – dedim. Bu zaman hər ikisi ayağa qalxıb üstümə cumub dedilər: “Sus, yoxsa, budur, qapıda ruslar var, gəlib bizi apararlar”. Qorxudan dərhal susdum. Bundan sonra atam yol paltarını geyindi və bir müddət bayıra bir daha çıxmadı, Berela içəri girəndə “tamamilə hazırıq” dedi. Rusların qorxusundan kim səsini çıxardardı? Qəlbi dolan atam bizimlə sağollaşa da bilmədi, o biri otağa, kiçik qardaşım Dimitriyə doğru yönəldi və yenicə oyanmışa baxdı, mənim dayəm də orada idi, hər ikisinə narahatlıqla dedi:
– Dayə, sizin tərbiyə etdiklərinizdən muğayat olun. Sözünü bitirən kimi dərhal getdi.
O gecə kim yatardı, rusların qorxusundan beləcə sanki susmuş halda oturmuşduq. Yaxşıca işıqlananda bizə çay gətirdilər, onda səsimizi rahat şəkildə çıxartdıq.
Bundan bir həftə sonra xəbər gəldi ki, Saqareco yaxınlığında rus ordusu bədbəxt gürcülər üzərində qələbə çalıb və bu zaman rus ordusunu bizim evimizdən çıxartdılar. Bundan sonra bizə baş çəkənlər rahat gəlib-gedirdilər. Baharın gəlişi vaxtlar idi.
Orada ki, qalib gəldilər, Kaxetinin içərilərinə doğru getmişdilər və bununla yanaşı baş hakim Markiz də gəlmişdi. Nəyə görə davam etməliyəm. Çumlağda kaxetililərlə döyüş olanda, orada atam bir döyüşçü gürcü üçün özünü həlak edib və bundan sonra baş verənləri indi xatırlayırıq.
Gürcü dilindən tərcümə edən:
Mirzə MƏMMƏDOĞLU