2024-cü ildə gürcü dili hazırlıq tədris proqramına Azərbaycan və ermənidilli ümumi qabiliyyət testləri əsasında qəbul olmuş tələbələrin maliyyələşdirməsi ikiqat olub və nəticədə maliyyə qazanan tələbələrin sayı artıb. Bu barədə Gürcüstanın Xalq Müdafiəçisi Levan İoselianinin hesabatında deyilir. Hesabat 2024-cü ildə ölkədəki insan hüquqları və azadlıqlarının vəziyyəti ilə bağlıdır.
“1+4” təhsil proqramı çərçivəsində hər il 200 ermənidilli və 200 azərbaycandilli tələbə maliyyə qazanır.
Ombudsman 2025-ci ilin yayında Gürcüstan parlamentinə təqdim edilmiş hesabatda milli azlıqların müdafiəsi və mülki inteqrasiya haqqında təhsil hüququ kontekstində qeyd edib ki, tələbələrin maliyyələşdirilməsi üçün məbləğin ayrılması və artırılması təcrübəsinin növbəti təhsil ilində də həyata keçirilməsi mühümdür.
Xalq Müdafiəçisi hesabatda konkret statistika qeyd edib. Statistikaya görə, 2024-cü ildə vahid milli imtahanların nəticələrinə əsasən, gürcü dili üzrə hazırlıq təhsil proqramlarına ermənidilli, azərbaycandilli və osetindilli testlər əsasında ümumilikdə 1483 abituriyent qəbul olunub. Onlardan ali təhsil müəssisələrinə ermənidilli testlə 423, azərbaycandilli testlə 1055, osetindilli testlə 5 abituriyent qəbul olunub. 1483 abituriyentdən 26 %-i dövlət qrantı qazanıb. Bu göstərici 2023-cü illə müqayisədə mühüm dərəcədə artıb.
Ombudsman bunu nəzərə almaqla Gücüstan hökumətinə tövsiyə ilə müraciət edir ki, 2025-2026-cı tədris ili üçün vahid milli imtahanlarda yalnız azərbaycandilli, ermənidilli ümumi qabiliyyət testləri, eləcə də osetindilli testlərin nəticələri əsasında qəbul olmunmuş tələbələrin dövlət təhsil qrantı ilə maliyyələşdiriləsi üçün ayrılmış məbləğ artırılısın.
Xalq Müdafəçisi hesabatda daha bir mühüm problemdən yazır: “Baxmayaraq ki, gürcü dilində hazırlıq proqramına qəbul olmaq üçün abituriyentlərin azərbaycandilli/ermənidilli məktəb/bölmə bitirməsi vacib deyil, bu barədə ictimaiyyətin bir qismində yanlış məlumat var. Onların fikrincə, gürcüdilli məktəbdə/sektorda təhsil aldığı halda abituriyentlər bu proqrama qəbul ola bilməyəcəklər. Bu, azərbaycanilli, eləcə də ermənidilli icmada bu proqram haqqında məlumatlandırma istiqamətində işləməyin vacibliyini göstərir”.
Mənbə: edu.aris.ge