İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayevanın yeni kitabı nəşr edilib. İngilis dilində, “LAMBERT” Akademik Nəşriyyatında işıq üzü görən “Korporativ məsuliyyət: neft və qaz sektorunda dayanıqlı inkişafın çağırışları” adlı kitab sayca müəllifin 2-ci kitabıdır.
A.İsayevanın “Yeni Yol”a verdiyi məlumata əsasən, kitabda neft və qaz sektorunun qarşılaşdığı davamlılıq, korporativ sosial məsuliyyət, sektorun dayanıqlı inkişafla bağlı uğurlu və ya uğursuz olması, tənzimləyici orqanların, o cümlədən sənayenin özünün sektorda dayanıqlılığı necə inkişaf etdirə biləcəyindən bəhs edilir.
Müəllif bildirib ki, kitab neft və qaz sektorunda çalışanlar üçün nəzərdə tutulub və kitabı hələlik “Amazon”, “e-bay” və s. internet satış portallarından əldə etmək olar.
Qeyd edək ki, Aygül İsayeva Qardabani rayonunun Kosalı kəndində anadan olub. O, Beynəlxalq Qafqaz Universitetinin Assosativ Professorudur.