Gürcüstanda ümumi əhalinin 13,7 %-i yaşayış minimumu alır, bu isə o deməkdir ki, ölkədə hər 7-ci adam kasıblıq içində yaşayır.
Ən çox ehtiyac içində yaşayanlar Raça-Leçxumi və Kvemo Svaneti bölgələrindədir. Bu bölgələrdə əhalinin demək olar ki, yarısı (43 %) yardım alır. Kasıb əhalinin ən az yaşadığı bölgə isə Samtsxe-Cavaxetidir. Bölgə əhalisinin 8,3 %-i yardım alır.
2020-ci ilin oktyabr ayına olan vəziyyətə görə, Gürcüstan miqyasında 510 343 nəfər (142 870 ailə) yardım alır. Bu isə ümumi əhalinin 13,7 %-ni təşkil edir.
Statistika İdarəsinin məlumatına əsasən, Gürcüstanda 3 716 858 nəfər yaşayır.
Milli Statistika İdarəsinin metodologiyası və Sosial Xidmət Agentliyinin məlumatına əsasən, Gürcüstanın bölgələrində həddindən artıq kasıb yaşayan əhalinin faiz göstəriciləri hesablanıb və ən kasıb bölgə Raça-Leçxumi və Kvemo Svanetidir. Bu bölgədə 29 080 nəfər yaşayır, onlardan 13 673 nəfəri yardım alır. Bu isə əhalinin 43 %-i deməkdir.
Statistik göstəricilərə əsasən, Raça-Leçxumi və Kvemo Svanetidən sonra Sameqrelo-Zemo Svaneti gəlir. Burada 311 113 nəfər yaşayır, onlardan 64 168 nəfəri (19,4 %) yardım alır.
Yardım alanların sayına görə daha sonra Quriya gəlir. Burada əhali sayı 108 099 nəfər təşkil edir. Onlardan 21 548 nəfəri (19,1%) sosial yardım alır.
Şida Kartlidə 255 124 nəfər yaşayır. Onlardan 47 359 nəfəri sosial yardım alır. Bu, bölgə əhalisinin 17,9 %-dir.
Şida Kartlidən sonra ən çox yardım alan Mtsxeta-Mtianetidə yaşayır. Bölgədə 93 343 nəfər yaşayır və 16,5 %-i (15 595 nəfər) yardım alır.
Kaxeti bölgəsi Mtsxeta-Mtianetidən bir az geri qalır. Kaxetidə sosial yardım alanların sayı 16,3 %-dir. Regionda 310 051 nəfər yaşayır, onlardan 52 071 nəfəri yardım alır.
Acarıstanda 351 892 nəfər yaşayır. Onlardan 15,1 %-i sosial yardım alır (50 732 nəfər).
Kvemo Kartlidə isə 434 241 nəfər yaşayır, onlardan 13,6 %-i (57 647 nəfər) sosial yardım alır.
Sosial yardım alanların sayına görə Kvemo Kartlidən sonra İmereti gəlir. İmeretidə 486 983 nəfər yaşayır. Onlardan 12,4 %-i (66 317 nəfər) ağır kasıblıq şəraitindədir.
Samtsxe-Cavaxeti və Tbilisidə isə sosial yardım alanların sayı əhalinin 10 %-dən azdır.
Faiz baxımından ən az sosial yardım alanlar Samtsxe-Cavaxetidədir. Bu bölgədə 152 114 nəfərdən 13 256 nəfər yardım alır. Bu isə bölgə əhalsinin 8,3 %-dir.
Paytaxt Tbilisidə isə 1 184 818 nəfər yaşayır ki, onlardan 107 977 nəfəri sosial yardım alır. Bu, Tbilisi əhalisinin 9,7 %-ni təşkil edir.
Mənbə: bpn.ge