Elizbar CAVELİDZE

(əvvəli burada)

 

Artıq qeyd etdiyim kimi, əsərin süjet inkişafı kəsiyində diqqət çəkəsi yer tutan “Koroğlu”nun qoşqularına  gəldikdə artıq tamamilə formalaşmış forma və ritmin səviyyəsi vardır; beytin cədvəl bünyəsi şeirin təbiətinə, ona qarşı irəli sürülən tələblərə tamamilə uyğun gəlir.

 

Qoşqunun mikrosistemində mühüm yer tutan və bu gün də onun “ayrılmaz hissəsini” təşkil edən, onun nəsrə qədər buraxılmasına əsaslı şəkildə zidd çıxan ritm ilə başlayaq. Ümumiyyətlə, ədəbiyyatşünaslıqda ritmin müəyyən edilməsi zamanı fərqli baxış mövcuddur və bu günə kimi ritmin “universal müəyyən edilməsinə” nail olunmamışdır. Lakin bu dəfə Yaxın Şərq və ələlxüsus türkdilli şair aləmində necə müzakirə olunması  məni daha çox maraqlandırır.

 

Hər şeydən öncə qeyd etməliyəm ki, türk-Azərbaycan ədəbiyyatşünaslığında ritmi anlamaq və izah etmək  fərqlidir: o, klassik, divan ədəbiyyatında başqa cür başa düşülür və o, folkloru başqa cür dərk edir. Birinci halda ritm kəskin kanonik çərçivəyə salınmışdır, folklorda isə kanonik qaydalardan və ehkamlardan nisbətən  azaddır, bu da tamamilə təbiidir. Elə burada vurğulayıram ki, bu iki baxış dairəsi arasında orta istiqamət,  xalq ədəbiyyatından qoparmağa cəhd edən aşiq-dərviş cərəyanı vardır. Lakin müəyyən baxış dairəsinə görə, klassik və yaxud divan ədəbiyyatında hökm sürən tənzimləmə nəzərə alınmalıdır.

 

Elə burada onu da vurğulamalıyam ki, divan ədəbiyyatında ritmin mikrostrukturunun müəyyən edilməsi ərəb və sonra farsın ritm nəzəriyyəsinə, konsepsiyasına bütövlüklə uyğun gəlir. Bu nəzəriyyələr barədə müzakirə aparmaq niyyətində deyiləm, çünki o, mənim axtarış sahəmdə daha çox genişliyi, konkretliyi bizdən uzaqlaşdırar. Divan şairlərinin və aşıqların şeir yazan zaman müraciət etdiyi yalnız adi qaydaları qeyd edəcəyəm:

 

a) Divan ədəbiyyatı ritmin əsasən ritm sözünün əsasına məxsus olan hərfi vahidi hesab edirdi, sonra isə affikslərin, sözlərin təkrarlanmasını rədif kimi dərk edirdilər və eləcə də adlandırırdılar.

 

b) Ritm sözləri “qrammatik qohumluğa” uyğun olaraq seçilməli idi ki, bu da növbəti cür əks olunmalı idi: isim, istərsə ritm adı bütün növbəti beytdə isim olmalı idi; əgər feil idisə hər yerdə feil olmalı idi və sair.

 

c) Ritmləşdirmə zamanı akustikaya və hərflərin bənzərliyinə deyil, cədvəl təsvirinə diqqət yetirilirdi.

 

ç) Ritm hərflərinin miqdarına diqqət yetirilirdi. Müvafiq olaraq, əgər ritm vahidi bir hərf idisə – rəvi, adi ritm adlandırırdılar. Əgər başqa hərflər də uyğun gəlirdisə onu nizama salınmış ritm adlandırırdılar.

 

Sonra türkdilli şairliyində ritm üç növ olaraq təqdim edilir:

 

a) Yarım ritm: yalnız bir samitli ritm ünsürü;

 

b) Tam ritm: bir saitli və bir samitli və yaxud da ərəb və farsın uzun saiti ilə ritmləşdirilmiş vahid;

 

c) Zəngin ritm: ritm sözü birdən artıq saiti və samiti, ya da ərəb-farsın uzun sait və samitini əhatə edir.

 

Eləcə də ritmik sözlər yazılı və qrafik şəkildə bir-birinə uyğun gəldiyi cinaslı ritm yayılmışdır, lakin fikir olaraq bir-birindən fərqlənir.

 

Elə burada mütləq ritm pozisiyalarında mövcud sözün kökündən sonra bir və həmin affikslərin, sözlərin  və ya sözlər qrupunun təkrarlanması, bilavasitə ritm konstruksiyası ilə əlaqədar olan rədif qeyd edilməlidir. Qısası, rədif ritm ünsürünün avazlılığını gücləndirir və fikrin vurğulandırılmasını həyata keçirir. Elə burada qeyd etməyim yerinə düşər: ritm strukturunun nəzəri hissəsi şeiri söyləyən zaman, ola bilər, müəyyən mənada  şairin boynuna düşsün, lakin oxucunu, dinləyicini ritm ünsürünün əsası hərfin olub-olmaması tamamilə maraqlandırmır və rədiflə gücləndirilmiş ritm ünsürləri konstruksiyasını bir bütöv not olaraq dərk edir ki, ekstrakontekst səviyyəsində güclü emosiyalı dalğanı əmələ gətirir.

 

Ritmin mikrostrukturunu müzakirə edəndə həmçinin bu və ya digər qoşqunun genetik mənşəyinə diqqət ediləsidir. Daha doğrusu, anlamalıyıq ki, bu əsər divana və yaxud klassik ədəbiyyata məxsusdur, yoxsa o, aşıq-dərviş və ya xalq folklorunun bədii düşüncəsinin nəticəsidir. Bunu ona görə qeyd edirəm ki, təhlil olunan əsərin bütün şeirləri aşıq ədəbiyyatına məxsusdur, bu da, artıq qeyd etdiyim kimi, klassik, divan ədəbiyyatından, eləcə də xalq yaradıcılığından fərqlənir. Qısası, əgər belə demək mümkünsə, onun kökləri  folklor ağuşundan qidalanıb, lakin onun bəhrəsi bir növ klassik estetik baxış dairəsi ilə və təbiəti ilə şəklini dəyişmişdir. Belə ki bu qəhrəmanlıq eposunda təqdim olunan qoşquların mikrosistemi heç də az olmayaraq  divan ədəbiyyatının ritm konsepsiyasını bizə xatırladır. Lakin bu sonuncu çox hallarda heçə sayılmışdır və mövcud kanonik qaydaların çərçivəsi də pozulmuşdur, bu da əsasən mahnı üçün yaradılan aşıq qoşqusu üçün tamamilə təbiidir.

 

Bu məsələnin müzakirəsi zamanı söz uzanar, buna görə də kəsə deyəcəyəm, qarşıdakı eposun qoşqusunun ritmik konstruksiyası dolğundur və yuxarıda xatırlanan ritmin hər üç növünə uyğun gəlir. Bir neçə nümunə üzərində dayanacağam. Götürək elə üç bənddən ibarət olan ilk qoşqunu:

 

Məndən salam olsun əcəm oğluna,

Meydana girəndə, meydan mənimdi!

Qıratım köhləndi, özüm qəhrəman,

Çalaram qılıncı, düşman mənimdi!

 

Meydana girəndə meydan tanıyan,

Haqqın vergisinə mən də qanıyam;

Bir igidəm, igidlərin xanıyam,

Bu ətrafda bütün hər yan mənimdi!

 

Adımı soruşsan, bil, Rövşən olu,

Atadan, babadan cinsim Koroğlu;

Mənəm bu yerlərdə bir dəli, dolu,

Gündoğandan ta günbatan mənimdi! (Bax: “Koroğlu”, səh. 30; “ქოროღლი”, səh. 36).

 

Üç bənddən ibarət bu şeirin ritm konstruksiyası belədir: 1) bənd: ØbØb ; 2) bənd: fffb; 3) bənd: qqqb. Ritm vahidi: 1) II, IV sətrin – an və rədifi – mənimdi. 2. bəndin – t-anıyam, q-anıyam, x-anıyam; sətrin – y-an mənimdi; 3. olu-oğlu, d-olu; IV. günbatan mənimdi. Gətirilən çıxarışdan aydındır: 1) beytin II və IV sətirlərində verilən növbəti beytlərin dördüncü sətrində təkrar olunan ritm vahidi an+mənimdi, bu verilən qoşqunun strukturunun düzüb-qoşanı və əsas fikrin ötürücüsüdür. Bütün bu qəhrəmanlar meydanı,  gündoğandan ta günbatan mənimdi, – deyir Koroğlu; 2) bəndin ilk üç sətrində ritm tam olaraq verilib – anıyam; 3) bəndin birinci üç sətri zəngin, lakin nisbətən az səslənən ritmlə təqdim olunub. Ritmin mikrokonstruksiyası üçüncü bənddə yalnız bircə dəfə pozulub – oğlu-olu.

 

Bu cür akustik cüzi yana dönmələr aşıq üçün yad deyildir, əvəzində ritm konstruksiyası kəskin şəkildə tənzim olunmuşdur ki, bu barədə də aşağıda danışmalı olacağıq. Lakin bu dəfə bu şeirin üfüqi və şaquli  məhvərlərində bənzər fonemlərin bir-birlərinə münasibətlə zəngin musiqili harmonik məkanını yaradan evfonik səviyyəsinə toxunmaq istəyirik. Məsələn, üfqi olaraq: I sətir bizə bu cür fonoqrama verir: 1) ən>ən, əm-əm; II. meydana>meydan, ən>ən; III. qı=koh=qəh; IV. düş-man=mənimdi. 2) bəndin I. meydan//meydan, gir-ən-an-na-an; II. ın-ın-nı; III igidəm igid, ir-ir; IV. bu-bu, ətr-ər. 3) bəndin I soruşsan-Röv-şən. II. Ata-dan-Baba-dan. III. er-lər; IV gün-gün do-ğandan, gün-batan.

 

Şaquli məhvər isə belə bir mənzərə təklif edir: 1) Mə-mə-mə, ən-ən, Qır-kır-qıl. 2) Məy-mey, qır-qır, əra-qırat. 3) Ad-at, kor-röv, her-yer, bir-bir, lər-lər, də-ta-da... Bir sözlə, bu sözlərin, hecaların, istərsə də şeirin sətirləri arasında yedəklənən və sığınan fonem bənzərliyi, istərsə də eyniliyi göz üçün çətin nəzərə çarpır. Lakin qulaqların dinləməsinə uyğun gəlir, musiqili fon yaradır və ritm-ritm konstruksiyası ilə birlikdə dinləyiciyə təsir göstərir, onun təsəvvür qabiliyyətini gücləndirir, poetik obrazı hərflər və çalarları, yaxud  musiqi və rəngkarlığı bir bütöv ölçüdə əmələ gətirir. Başlıcası isə odur ki, aşıq şeiri, bir qayda olaraq mahnı üçün yazılır və müvafiq olaraq onun mətni də hərflərin uyğunlaşmasına daha böyük əhəmiyyət verir. Belə ki, bir fakt mənə tamamilə təbii görünür: təhlil olunan eposda istənilən şeir strukturunun əsas ünsürü ritmdir ki, buna da aşıq böyük canfəşanlıqla yanaşır. Buna arqument olaraq təhlil olunan eposda istənilən şeir yararlıdır. Lakin indi yalnız səkkiz hecalı şeir üzərində dayanacağıq: (Bax: “Koroğlu”, səh. 31-32; “ქოროღლი” , səh. 38). 1) bənd I Ø, II q-ataram, III Ø IV b-ataram. 2) bənd I öyə, I s-öyə, III g-öyə, IV tu-taram. 3) bənd I kü-sür kimi, II ə-sir kimi, III y-esir kimi, IV çataram. 4) I meyd-anı, II q-anı, III x-anı, IV qataram. 5) I k-arında, II il-q-arında, III baz-arında, IV sataram.

 

Gətirilən şeirin strukturunun birləşdirici və bağlayıcı ritmi birinci bəndin II və IV sətrində verilən və növbəti bəndlərin IV sətrində təkrar olunan ataram sözüdür. Eləcə də növbəti bəndlərin ilk üç sətri də tam ritmlərlə düzəlmişdir ki, onların mikrostrukturunu qaydaya salır. İndi fonemlərin qarşılıqlı münasibətinə diqqət yetirsək 1) bəndin fonemlər qamması belədir: çıq-qı-ki, la-əl, ba-ba-ba, 2) bənd na-nə, öz-öy, mey-dan-da, çı-xar, kə-mənd, ib-ib, ar-ar. 3) nə-an, ar-ne, sür-sir-sır, in-ni, la-dal-da. 4) qır-ıb, am-an, da-tə-ib, qırət-qatar-am. 5) Qoç-Kor-oğlu, ilqar-Qırat, ıb-Həl-əb-ba, seni-seni, ib bar-zar...

 

Bu fonem səviyyəsində və hərflərin qarşılıqlı münasibəti ilə toxunan torun təhlili, xüsusi tədqiqata lüzum gəlsə, bizi uzağa aparar. Bu dəfə bu hərflərə münasibətlər mənzərəsini ona görə təqdim etdim ki, oxucu işimizin necə bir zəngin evfoniya ilə olduğunu dərk etsin. Halbuki bu şeirin mahnısı, istərsə də deklamasiyası zamanı bunu yalnız kar və eşitmə əngəlli dinləyici hiss edə bilməz. Mən isə yekun olaraq sizə bildirəcəyəm ki, Koroğlunun aşıq qoşqularının ritm-evfoniya səviyyəsi yüksək səviyyədə qurulub və əgər ağzıgöyçəklər cızmaqara edib buna şübhə ilə yanaşarsa, bu qəhrəmanlıq eposunu vərəqləsin və istənilən şeirin mikrostrukturunu böyük diqqətlə çözsün. 

 

 (davamı burada)

Gürcü dilindən tərcümə edən:

Mirzə Məmmədoğlu