Gürcüstan Milli Statistika Xidməti əməkhaqqının ən yüksək olduğu fəaliyyət istiqamətlərinin və sahələrinin siyahısını dərc edib.
“Yeni Yol” “etaloni.ge”-yə istinadən xəbər verir ki, Gürcüstanda fəaliyyət növlərinə görə nisbətən yüksək əməkhaqqı aşağıdakı sahələrdə qeydə alınıb:
• Maliyyə və sığorta fəaliyyəti – 5952.5 lari (ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz artıb);
• İnformasiya və rabitə – 4290.7 lari (3,1 faiz artıb);
• Dağ-mədən sənayesi və karyerlərin işlənilməsi – 3230.4 lari (11,8 faiz artıb);
• Peşəkar, elmi və texniki fəaliyyətlər – 3186.0 lari (7,1 faiz artıb).