ALEKSANDRE ORBELİANİ

 

(əvvəli)

 

Müharibədən qayıdan Ağa Məhəmməd şah Qacar elə həmin axşam ehtiyatını gördü ki, o biri gün, yəni çərşənbə axşamı, iki günlük müharibədən sonra yığışıb İrana getsin. Müşahidəçidən çar İrakliyə bu xəbər gəldi (Azərbaycan xanları İraklinin yanına xəlvəti adam göndərirdilər. Bu dövrlərdə, Gəncə xanından başqa, onların əlaqəsi var idi. Belə ki, onun özü Ağa Məhəmməd şah Qacarı Gürcüstanın üzərinə gətirdi). Yoxsa, elə həmin gecə qoşunu ilə topların yanına qayıtmaq və şəhərin ətrafını möhkəmləndirmək istəyirdi. Elə buna görə orada qaldı, yenə xəbər gözləyirdi, oradan yaxın idi. Bu səbəbdən öz nəvəsi çar Solomanı məhəbbətlə qucaqladı və onu öz döyüşçüləri ilə birlikdə böyük minnətdarlıqla yola saldı.

 

– “Mənim Solomanım! Nə ki, sən və sənin imerelilərin şücaət göstərdiniz, bundan sonra igidlik olmayacaq. Düzdür, xeyli imerelini itirdik, amma adları əsrlik qaldı. İndi, mənim Solomanım, sən də yorulmusan, imerelilərinlə şəhərə get. Bu gecə daha lazım deyilsiniz, imerelilərinlə bu axşam şəhərdə yaxşı dincəlin. Xalan oğlu Estade Sisişvilini, Osepa Qorğanaşvilini və İoseb Şağbataşvilini özünlə apar” (Estate Sisişvili Tiflis şəhərinin mouravisi idi, Osepa Qorğanaşviliyə çariçalığın təhkimçiləri – yurdları həvalə edilmişdir və o, çar İraklinin xəzinədarı, milaxvarisi idi (Milaxvari – XVIII əsrin Gürcüstanında təsərrüfat sahəsinin məmuru – Tərcüməçi). İoseb Şağbataşvili isə saray adamı idi ki, milaxvari Osepa və bu da çar İraklinin, bəli, yaxın adamları idilər, lakin ikisi də çar İraklinin xəyanətkarı və Gürcüstanın süqutuna cəhd edənlər idi. Milaxvari Osepa sonralar vəfasızlıq etdi ki, sərdar David Canbakur Orbeliani onu möhkəm əzişdirdi. Nə vaxtsa onun təsviri də olacaq. Gedin, bütün bizim xəbərləri şəhər camaatına və nənəniz çariçaya söyləyin, amma mənim getməyimi soruşmaları üçün deyin ki, sizə bunu deyəcəyəm, yenə daha yaxşıdır ki, şəhər tərk olunsun və çariça Darecanın özü də şəhəri tərk etsin. Nə bilim, bir bədbəxtlik baş verməsin, nəsə pis əhvali-ruhiyyəyə düşərəm, bizim qoşunumuz olmadığına görə və nə də varımızdır, demək olar ki, o da yarıya endi. Ancaq mənə xəbər gəldi: Ağa Məhəmməd şah Qacar sabah yığışıb getmək istəyir. Lakin bu cür tələsik mən onlara inanmıram. Onlardan çox təcrübəm var. Buna görə, şəksiz, ehtiyatlı olmalıyıq. İndi aydın görürəm mənə qarşı olan çox xəyanətləri və mən bilmirəm o xəyanət haradan olmalıdır, daha gizli bir şey var, onu başa düşə bilmirəm (Dərindən fikirləşdikdən sonra): Əgər Allah həqiqətən istəsə və Ağa Məhəmməd şah Qacar yığışıb getsə, yenə bizim yığışıb getmişləri tezcə şəhərə qaytaracağam və əgər müharibə etməli olsaq və bir şey edə bilməsək, Kaxetiyə doğru gedəcəyəm. Oradan beş, ya altı günə on iki min yaxşı atlı igid gətirəcəyəm və Sınıq körpü Ağa Məhəmməd şah Qacarın üzünə bağlanacaq. Onda mən sənin özünə göstərəcəyəm, mənim Solomanım, nə lazımdırsa onu edəcəyəm... Qoy, indi camaatsız şəhəri alsın, heç nə, haya görə, səhər tezdən sənə nə əmrim gəlsə, elə hərəkət et, hazır ol, amma o topun yanında sənin min adamın ki durur, aparma, necə dururlarsa, eləcə dursunlar”. Bu sözlərlə çıxış edib getdi. Amma Araçnurti Osepa Arğutov tərəfindən öyrədilmiş Rusiyadan Artem Araratski çar İraklini və Gürcüstanı məhv etmək üçün peyda olmuşdu. O Artemdən bizi yıxmaq barədə çoxlu əhvalatlar var və indi isə bu əhvalatlar arasında onun bir işini danışacağam ki, onun bizə etdiyi dəhşətli əməli gözə görünsün. Ermənicə belə adlandırılan bir hərəkəti onu tanış etmək üçün kifayətdir: Arutin Araratsian rusca Artem Araratski oldu. Vaxtı gələndə onun Ağa Məhəmməd şah Qacarın Gürcüstana gətirilməsi üçün ilk dəfə necə hərəkət etməsi barədə də məlumat olacaq.

 

Birinci gecə çar Soloman şəhəri dolaşanda birbaş saraya yollandı və nənəsi çariçanı ziyarət etdi ki, burada da böyük şadyanalıq və o qədər qələbəyə görə böyük sevinc var idi. Onu orada çariça Darecanın oğlu, Solomanın dayısı katolikoz Anton qarşıladı, anam da orada idi. Çar İraklinin niyyətini bildirəndə və çar Soloman incəliklə danışanda nədən davam edim: Biz elə şən idik və sonra başımıza belə bir kədər gəldi ki, hamımız birlikdə çox narahat olduq və xeyli vaxt özümüzə gələ bilmədik. Bunu anam tez-tez deyərdi. Buna görə əmin idi ki, gələn düşmən çar İrakliyə heç nə edə bilməyəcək və bunu sübut etmək üçün çar İraklinin sarayı və xəzinəsi daşınmaz idi; O qədər sarayın sərvəti və yaxud xəzinəsi bütövlükdə elə qaldı ki, bir yotta dəyərini (Yotta – ingilis sözüdür, nəyinsə cüzi miqdarı və ya ölçüsüdür – Tərcüməçi) də çalmamışdılar. Çar İrakliyə belə ümid bəsləyirdilər, ona görə də İraklinin qələbə çalan taleyi əbədiyyətin önündə idi!

 

– “Tərəddüd etmənin daha lazım gəlmədiyi buyurulduğundan – tezcə tərpənib getməliyik”. Dərhal çox çətinliklə iki taxt-rəvan hazırladılar. Birinə acı göz yaşlarında boğulan çariça Darecanı oturtdular. Yan-yörəsinə qiymətli əşyaları yerləşdirdilər, yəni pul qoyuldusa, onu da boxçaya qoyub ağzını bağladılar. İkinci taxt-rəvanda tərdən xəstə olan şahzadə Aleksandreni yatağa uzatdılar, anam ata mindi, tərbiyəçi və qulluqçu qadınlar, eləcə də tavad-aznaurlar və atla onların önündə katalikoz Anton Mtiuletiyə yola düşdülər. Gənc oğlan, aznaur Nikoloz Eliozaşvili (Bunun adı sonda da olacaq, bu katolikoz Antonun naziri idi) (Nazir sözü ərəbcədir,  XVII-XVIII əsrlərdə Gürcüstanda təsərrüfat-maliyyə sahəsində məmur. Xəzinə naziri, karxana və yaxud anbar naziri və sair – Tərcüməçi), bir başçı, eləcə də xidmətçilər piyada gediblər, atları çıxara bilməyiblər, tələsik gediblər.

 

Suyun darvazasının qapısına yaxınlaşanda və onun böyük kilidini açana kimi, bu zaman erməni əsilli dul qadın özünü yetirdi və narahatlıqla çığırdı: “Çariça, yiyəsizəm, ərsiz, oğul-uşaqsızam və qohum-əqrəbasızam. Sizin mərhəmətinizlə ucalıram. İndi sizin yığışıb getməyinizi eşitdim. Dəli kimi özümü sizə yetirdim. Allah uzun ömür versin sizə, burada məni atmayın və məni qızılbaşların əlinə salmayın, necə olur olsun, məni də özünüzlə aparın”. Əşyalarla dolu boxça çox yer tuturdu, ona görə də taxt-rəvanda yer qalmamışdı. Onun bu sözlərindən çariça çox narahat oldu və sonra xidmətçiləri çağırıb dedi: “Bu boxçanı buradan götürün, o qadını onun yerinə oturdun”. Birinci tərbiyəçi sakitcə fərəhlə ərk edərək ona bildirdi: “Nə ki qiymətli daş-qaşın,  əşyaların və ya pulun var, tamamilə itəcəkdir”. – “Mənə nə söyləyirsiniz, stəkanları saxlamaqdan insanı xilas etmək üstün deyilmi? Alın, əgər Allaha inanırsınızsa, orada divarın dibində harasa qoyun, əgər siz apara bilmirsinizsə, kim aparmalıdır”. Katolikoz dərhal o boxçanı açdırdı, əşyaları və pulları ora-bura bölüşdürdü, sonra o qadını taxt-rəvana oturtdular, yola düzəldilər. O qadının adı Matua imiş.

 

Bu zaman yanında iki qulluqçu və üç oğlan bir amazonka gözəl qadın atların belində çariçaya yaxınlaşdı. O gözəl qadın çariçaya dedi: “Mənim hökmdarım, çariçam, sizin köçdüyünüzü eşitdim. Mən sizdən necə əl çəkə bilərəm. Mən ayrılmadan sizinlə olacağam”.

 

Çariça həmin andaca onu səsindən tanıdı və dedi: “Nabat xanım, sənsənmi, mənim əziz Nabat xanımım. Gəl birlikdə olaq və çətinliyə birgə qatlaşaq”. Həmin olaylarda onlar daim bir yerdə olmuşdular. Bu qadın Allahverdi bəy Yadigaraşvilinin arvadı, qalalı, ən yaxşı “tatar” ailəsindən olan qadın idi. Sonra çariça ondan soruşdu:

 

– “Mənim əzizim Nabat xanım. Sənin ərin Allahverdi hardadır?”

 

– “Mənim ərim və bizim tayfanın bütün kişilərinin hamısı çar İrakli ilə birlikdə Soğanlıq düzündə vətən uğrunda öz qanlarını tökürlər”...

 

Çariça ağladı, katolikoz Anton da ağladı. Həmin Allahverdinin əhvalatı aşağıda olacaq. Çar İraklinin əhvalatı ki, yadınızdadır. Müşahidəçidən xəbər ki gəldi: Ağa Məhəmməd şah Qacar sabah yığışıb getmək istəyir. Məhz belə də oldu.

 

Çərşənbə axşamı səhər açılanda özünün ön qarovullarından xəbər gəldi: “Ağa Məhəmməd şah Qacar yığışdı və sürətlə gedir”. O, dərhal bir müjdəçi göndərdi və şəhərdə qalanları bu xəbər sevindirdi, lakin yuxarıda dedik ki, budur, həmin Artem (Arutin) Araratski, o səfiri bazar ertəsi gecəsi qaçıran, özünün ələ alınmış erməni kişiləri ilə səfiri müşayiət etdi və əksinə, Teletiyə doğru o elə həmin gecə Kocorinin aşağısında alçaq  dağlara apardı. Belə ki, bəli, o, yerləri bəlli şəkildə bilirdi və sonra yenə Tiflisə doğru qayıtdı – indi başqa şeytanlıq və hiyləgərliyə görə. Çar İrakli Tiflis şəhərinə məlik Darçiya Bebutaşvilinin yanına səfiri göndərəndə həm də ismarladı: “Çox ehtiyatlı ol, qaçmasın”. Məlik də şəhəri qoruyan adamlara tapşırdı və özü arvad-uşağı ilə yığışdı. Belə ki, cümə günü şəhərin yarısı yığışıb gedəndə, o da şəhərdən çıxdı. Əlbəttə, o da satqın idi. Sonralar ona şeir də qoşdular.

 

“Haydı, mənim Melikim piniyalıq başla (Piniya – kiçik həyət iti –Tərcüməçi), Qarnını Baqrationların qanı ilə doldur” və sair...

 

Onun və başqalarının əhvalatları vaxtında olacaq. Katolikoz Anton öz anası çariça ilə yığışıb gedəndə çar Soloman kişiləri şəhərə apardı və qalan şəhərlilərin yığışıb getməsini bəyan etdi: Çar İraklinin əmridir. Şəhərlilər qulaq da asmadılar: Yenə bizi aldadırlar; Çar İrakli tək özü sağ olsun, yoxsa şəhərin fikrini çəkmir.

 (davamı)

 

Gürcü dilindən tərcümə edən:

Mirzə MƏMMƏDOĞLU