Gürcüstanın Milli Statistika İdarəsinin hesabatına əsasən, 2009-cu ildən Türkiyə Gürcüstanın ən böyük ticarət tərəfdaşıdır.

 

Sənədə görə, 2022-ci ildə Gürcüstan ilə Türkiyə arasında ticarət dövriyyəsi 2,8 milyard ABŞ dollarını keçib. Burada idxal 2,4 milyard, ixrac isə 435,4 milyon ABŞ dolları təşkil edib.

 

Ötən il Türkiyənin Gürcüstanla ümumi ticarət dövriyyəsindəki payı təxminən 14,6 % olub. 2023-cü ildə də vəziyyət dəyişməyib və birinci rübdə Türkiyə ilə ən yüksək ticarət dövriyyəsi 673,7 milyon ABŞ dolları olub. Türkiyənin bu il ümumi idxalda payı isə 14,1 % təşkil edib.

 

Birbaşa xarici investisiyalara gəldikdə isə, 2022-ci ilə qədər türk investorları Gürcüstana 106,5 milyon ABŞ dolları sərmayə qoyublar.

 

Statistika İdarəsinin məlumatına əsasən, 2022-ci ildə Türkiyədən Gürcüstana 925 561 ziyarətçi daxil olub, bu, Rusiyadan sonra ikinci ən yüksək göstəricidir.

 

Türkiyədən Gürcüstana pul köçürmələrinə gəldikdə isə, 2022-ci ildə Türkiyə 101 milyon ABŞ dolları ilə digər ölkələr arasında onuncu yerdə qərarlaşıb. Ötən il Gürcüstandan Türkiyəyə isə 72,9 milyon ABŞ dolları köçürülüb.