(əvvəli burada)
Demək olar ki, hər bir xalqda, hər bir cəmiyyətdə hər çağda ortaya çıxan ədalətsizlik fikir adamlarının və sadə insanların əsas qınaq obyekti olmuşdur. Dəfələrlə qeyd etdiyim kimi, ədalətsizliyin xroniki və etnik çərçivəsi yoxdur. Buna görə də onun ifşası həmişə və hər yerdə ümumi xarakter daşımışdır. Budur, türk xalq poeziyası ədaləti və onu icra edən məhkəməni bizə necə təsvir edir:
“Mahkeme meclisi icat olduğu
Çeşme-i rüşvetin akmaklığından.
Kaza belâ ile âlem dolduğu
Kazların kadıya uçmaklığından.” (Elə orada, səh. 121).
Yaxşı, bir anlığa fikirləş, ey oxucu, insanlar bu dörd sətri indiki məhkəməyə həsr etsələr, nəsə səhv olar, yoxsa vəsvəsə?! Məncə – yox, çünki indiki məhkəmə də rüşvət yuvasına çevrilib və bizə daha çox “qazları” hakim təyin edirlər.
Ancaq gəlin elə birinci sözə keçək. İndi gəlin Türkiyə reallığına qayıdaq.
Türk şifahi ədəbiyyatına görə, hakimin əsas fəaliyyəti sərmayə toplamaqdır ki, bunu da yetimlərin malını alver etməklə əldə edirlər. Rüşvət almağa meyl onların “saleh” qəlblərinin insafsızlığı ilə şərtləndirilib (Elə orada, səh. 123).
Nəhayət, bu sırtıqlığı, hakimlərin cilovsuzluğunu əmələ gətirən mənbə olaraq hakimiyyət hesab olunur, ona görə də Rəbb onu axırda sorğu-sual edəcək.
“Bu nasıl hükümet, bu nasıl gidiş?
Yarım kıl bütünü soracak Allah.
Semaya çekildi insaf, adalet
Bir dahi hükümet kuracak Allah.” (Elə orada, səh. 123).
Bəzən belə də olur, bir qayda olaraq, insanlar ölkədəki iyrəncliyi hakimiyyətin cinayəti hesab edirlər, çünki onların həyat təcrübəsi onları inandırır ki, əgər kanala çirkli su gəlirsə, bu çirk mənbədən gəlir. Türk xalqı da ədalətsizliyi və Tanrı tərəfindən nizama salınan qaydaların pozulmasını, eləcə də bu dünyanın hökmdarlarının bir-birinə bənzəməməsi ilə izah edir, əks halda, onların baxışlarına görə bütün bu iyrəncliklərin yaradıcısı Allah ola bilməz! Ona görə də o, acı istehza ilə oxuyur:
“Böyle mi gönderdi hükm-ü Kur’an’ı?
Böyle mi indirdi emr-ü fermanı?
Böyle mi severler dini, imanı?
Ne yüz ile sana verecek Allah?” (Elə orada, səh. 124).
İnsanları o təəccübləndirir ki, bu dövlətin günahkar valiləri aləmi yaradan Rəbbi bir dəfə də olsun xatırlamırlar, bir dəfə də olsun günahlarından tövbə etməyə cəhd etmirlər, onlar fani olduqlarını və “Allahın bu mərhəmət edilmiş ruhu geriyə alacağını” unudurlar (Elə orada, səh. 124). Ona görə yadlarına düşmür ki, onların bioloji nəfs mərkəzi məişət-həyatını tamamilə yönləndirdi, onları tamamilə gümüşə, pula qul etdi və Allah ədalətli hökmünü verəcəyi zaman tezliklə qiyamətə çıxarılacaqlarını unudurlar (Elə orada, səh. 124).
İnsanlar çıxılmaz vəziyyətə düşəndə Allah yenə onların ümididir. Onlar Allahın ədalətsizliyə və zülmə son qoyacağına inanırlar. O, ədalətli hakim kimi hamını qıl körpüdən keçirəcək, ədalət isə zəfər çalacaq. Buna görə də ümid dolu istehzalı təbəssümlə hakimiyyətə bir daha xəbərdarlıq edir.
“Haram helal demez seçmezdin yerdin
Elbet kalır sandın mekânın, yurdun
Zulmile bu kadar devlete erdin
Hak mizan terazi kuracak Allah.” (Elə orada, səh. 124).
Və həyat bataqlığında boğulan, maddi sərvətdən məhrum olan dövlət məmurlarının ünvanına belə hədələr kəsilməyəndə dünyanın fani olması, ölümün qaçılmaz gəlişi haqqında məzəmmət eşidilir ki, ardınca az qala bütün yer kurəsində yayılan nəsihət gəlir: ölüm tezcə sənə yaxınlaşır və kədərlənmə, bu dünyadan kəfəndən başqa heç nə apara bilməyəcəksən:
“Hele fikret nere varacak halin?
Gün be gün dolmakta yakın zevalin
Bir top bezden fazla var mıdır malın?
Yarattığın rızkın verecek Allah.” (Elə orada, səh. 124).
Xalqın “Dövrün hökmdarlarına qarşı şikayətnamə” (şikayət dəftəri) adlandırdığı, xalqın səmimi kədəri və bu kədəri dəf etmək üçün böyük istəyin yarandığı, böyük gözyaşardıcı kinayə ilə dolu elegiya kimi qəbul etdiyimiz bu uzun şeir bu beyt ilə bitir. Eyni zamanda, onun içində dərin şəkildə sərgilənən sarkazm sadə estetik incəliyi və səmimi duyğusu ilə dinləyicini və ya oxucunu məftun etməməsi mümkün deyil!
Bir sözlə, yuxarıdakı qısa icmaldan belə inandırıcı olur ki, türkdilli xalqlar adətən onların məğlubiyyəti ilə nəticələnən zorakılıq və ədalətsizliklə mübarizədənsə, ürəkaçan gülüş və qaranlıq istehzaya üstünlük verirdilər, bu da onlara imkan daxilində mənəvi üstünlük verirdi. Yuxarıda artıq qeyd etdim, mənəvi uğursuzluğa və yıxılmağa dözmək fiziki məğlubiyyətdən və təhqir olunmaqdan daha çətindir. Ona görə də türk xalqı iti gülüş qılıncı ilə cəmiyyətin bütün təbəqələrini – istər yurdun qəddar və amansız fatehi olsun, istərsə də yoxsul, qərib bir dərviş olsun – tozlayan Xoca Nəsrəddini yenilməz bir qəhrəmana çevirib. Və bununla da ona (xalqa) bir növ şücaət, dözüm, sağlamlıq və mənəvi rahatlıq verirdi. Elə burada onu da xatırlayaq ki, gülüş, ümumiyyətlə, insana sağlamlıq və mənəvi güc verir. Belə ki, hədəflənmiş gülüş xalqın yaralı orqanizmi üçün dərdə əlac kimi münasibdir. O ki qaldı əsas məqsədi bu və ya digər şəxsi və ya hadisəni kökündən qoparmaq və yerlə-yeksan etmək olan “Taşlama”nın gizli sarkazmı maskalanmış mesajı ilə seçilir. İyrənc gülüş üzərində qurulsa da, Xoca Nəsrəddin lətifələrini səciyyələndirən gülüş təsirini yaratmağa çalışmır, bu və ya digər qüsurlu hadisəni, şəxsi hər hansı bir şəkildə daşqalaq edib basdırmağa cəhd göstərir. Hər iki halda məqsəd və nəticə eynidir: mənəvi üstünlüyü aşılamaq, amma müxtəlif üsullarla. Bu yanda gülüşdür, o yanda qəzəb və amansızlıqdır. Və hər halda, ən əsası, bu üsulların hər ikisi emosiya oyadır – bu halda onun müsbət və ya mənfi olmasının fərqi yoxdur, çünki sonda onların hər ikisi estetik qavrayış spektrində transformasiya olunur və estetik kateqoriya kimi görünür.
Təbii ki, türkdilli xalqın estetik baxışı bu tematik qövslə məhdudlaşmır və başqa, daha geniş sahələri də əhatə edir ki, buna da aşağıda toxunmalıyıq.
(son)
Müəllif: Elizbar CAVELİDZE
Gürcü dilindən tərcümə etdi:
Mirzə MƏMMƏDOĞLU