Gürcütanın Maliyyə Nazirliyinin göstəricilərinə əsasən, Tbilisi bələdiyyəsinin büdcə gəlirləri 2024-cü ilin ilk üç ayında 367348 lari təşkil edib. Buradan 32,9 %-dən artıq – 120913 lari qrantdır. Bu, demək olar ki, gəlirlərdən əldə olunan fayda – 156716 lari qədərdir. Qrantlar olmasaydı xərclər bələdiyyənin gəlirlərini xeyli üstələyərdi və 1322 lari mənfi saldo yaranardı.
Batumi bələdiyyəsinin büdcəsində də qrantların hissəsi kifayət qədər yüksəkdir. 2024-cü ilin ilk rübündə bələdiyyə vergilərdən 15223 lari, qrant olaraq isə 13315 lari əldə edib. Ötən il bu baxımdan Batumi üçün xüsusi il olub. Bələdiyyə qrantlar vasitəsilə 12 ayda 134000 lari toplayıb. Bu, 2022-ci ilin analoji göstəricisindən 53,4 % (87327 lari) çoxdur.
Qrantlar Kutaisi bələdiyyəsinin gəlirlərinin 24,4 %-ni təşkil edib. İlin ilk üç ayında bələdiyyə 23653 larilik gəlir əldə edib, buradan 5767 lari qrantların payına düşür. Qrantlar olmasaydı Kutaisi bələdiyyəsinin xərclərində 2899 lari mənfi saldo olardı.
Böyük şəhərlərdən qrantlardan ən az asılı olan Rustavi olub. Yanvar-fevral-mart aylarında Rustavi bələdiyyəsinin gəlirləri ümumilikdə 16607 lari təşkil edib. Buradan 16 %, yəni 2657 lari qrantların payına düşür. Digərlərindən fərqli olaraq Rustavi bələdiyyəsi böyük qrantlar almasa da xərclərində 5044 lari mənfi saldo yaranıb.
Mənbə: bpn.ge