Gürcüstanın MDB ölkələri ilə ticarət dövriyyəsi son 10 ilin (9 aylıq dövr) tarixi maksimumuna çatıb. Gürcüstan Statistika Xidmətinin məlumatlarına əsasən, 2024-cü ilin yanvar-sentyabr aylarında ticarət dövriyyəsi 5,68 milyard dolları keçib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 %, 2014-cü ilin eyni dövrü ilə müqayisədə isə 117 % artım deməkdir.
Bununla yanaşı, cari ilin 9 ayında Gürcüstana MDB-dən 2,359 milyard dollar dəyərində məhsul idxal olunub ki, bu da son 10 il ərzində yalnız 2022-2023-cü illərin göstəricilərindən aşağıdır.
Bu il MDB ölkələrindən idxal olunan 5 əsas məhsul bunlardır:
• Neft və neft məhsulları – 591,8 milyon ABŞ dolları;
• Neft qazları və qaz halında olan karbohidrogenlər – 275 milyon ABŞ dolları;
• Karbonlu polad borular – 77,3 milyon ABŞ dolları;
• Buğda və meslin – 52,19 milyon ABŞ dolları;
• Qutular və butulkalar – 49,39 milyon ABŞ dolları.
Bundan əlavə, məlumatlar göstərir ki, MDB ölkələri ilə ixrac son 10 ilin tarixi maksimum səviyyəsindədir. Məsələn, cari ilin yanvar-sentyabr aylarında 3,32 milyard ABŞ dolları dəyərində məhsul ixrac olunub ki, bu da illik 8,9 % artım deməkdir.
Hesabat dövründə Gürcüstandan MDB ölkələrinə aşağıdakı 5 əsas məhsulun reeksportu həyata keçirilib:
• Minik avtomobilləri – 1,73 milyard ABŞ dolları;
• Etanol spirti, 80 %-dən az spirt konsentrasiyası, spirtli içkilər – 105 milyon ABŞ dolları;
• Dərman vasitələri – 67,2 milyon ABŞ dolları;
• Tütün məmulatları – 45,8 milyon ABŞ dolları;
• Yük avtomobilləri – 42,7 milyon ABŞ dolları.
Baxmayaraq ki, Gürcüstan məhsullarının ixracı da tarixi maksimuma çatıb, cari il ixracın payı cəmi 24,6 % olub, qalanı isə reeksporta aiddir. 2024-cü ildə MDB ölkələrinə 818 milyon dollar dəyərində gürcü məhsulunun ixracı həyata keçirilib.
Gürcüstanın MDB ölkələrinə ixrac etdiyi 5 əsas məhsul isə bunlardır:
• Təbii üzüm şərabları – 170 milyon ABŞ dolları;
• Mineral və təmiz sular – 113 milyon ABŞ dolları;
• Mineral və qazlı sular da daxil olmaqla, şəkər əlavə tərkibli sular – 101 milyon ABŞ dolları;
• Etanol spirti, 80 %-dən az spirt konsentrasiyası, spirtli içkilər – 79 milyon ABŞ dolları;
• Ərik, albalı, gilas, şaftalı, gavalı və bağ göyəmi – 33 milyon ABŞ dolları.
Mənbə: bpn.ge