2023-cü ildə Gürcüstanda 56 uşaq övladlığa götürülüb, onlardan 4-ü fərqli ehtiyacı olan uşaqlardır. Trefikinq Qurbanlarına, Zərərçəkmişlərə Yardım Dövlət Agentliyinin statistik məlumatlarına əsasən, 2023-cü ilin göstəricilərinə görə, övladlığa götürülə biləcək uşaqların sayı 146 olub, həmçinin fərqli ehtiyacı olan uşaqların sayı 113 təşkil edib. Ötən il 1975 nəfər övladlığa uşaq götürmək üçün müraciət edib.
2022-ci ildə isə ölkədə övladlığa veriləcək uşaq statusu olan 154 uşaq olub ki, onlardan 109-u fərqli ehtiyacı olan uşaqlar olub. Həmin uşaqlardan 60-ı övladlığa götürülüb, onlardan da 2 nəfəri fərqli ehtiyacı olan uşaq olub. Övladlığa uşaq götürmək istəyənlərin sayı isə 2239 nəfər təşkil edib.
2020-2023-cü illərin göstəricilərinə nəzər saldıqda aydın olur ki, övladlığa uşaq götürənlərin və övladlığa veriləcək uşaqların sayı 2020-ci ildə daha çox olub. Belə ki, 2020-ci ildə 2555 nəfər övladlığa uşaq götürmək üçün müraciət edib, uşaqların sayı isə 196 nəfər təşkil edib. Onlardan 140-ı fərqli ehtiyacı olan uşaqlar olub. 2020-ci ildə 34 uşaq övladlığa götürülüb.
Mənbə: etaloni.ge