(əvvəli burada)
Xoca Nəsrəddinin lətifələrində qazilər və rəsmi islamın yararsız xidmətçiləri heç də az məsxərəyə qoyulmur: Vəd edilmiş hədiyyənin müqabilində ədalətsiz hökm verən hakimə peyin göndərir. Belə hakimlər başqasının inəyinə həyasızcasına yanaşır, hətta sahibini də mühakimə edir. Səfeh eşşəkləri idarə başçısı və hakim təyin edənləri məzəmmət edir. Hakimin məlumatsızlığı, anlaşılmazlığı, hökm çıxara bilməməsi insanı şoka salır. Çox az deyil ki, belə vəziyyətə düşənlər öz bəsirəti ilə ədalətli qərar verən mollaya üz tuturlar. Amma o da əlamətdardır ki, hakim təyin olunan Xoca Nəsrəddin bəzən öz axmaqlığını göstərir. Belə kontekstdə təqdim olunan yumor ümumən bütün faniləri səciyyələndirən insan zəifliyini tərənnüm edir, daha doğrusu, ümumən insanların ədalətinə inanmadığı ədalət institutu məhv olur.
Elə burada özümü saxlaya bilmirəm və Xoca Nəsrəddinin bu gün ölkəmizdə hökm sürən məhkəmə sistemi və bu quruma hücum edən, heç vaxt “doğru qanun” mövqeyində dayanmayan bəzi əyri, ədalətsiz hakimlər haqqındakı mənfi mövqeyini, zəhərli kinayəsini bölüşə bilmirəm. Göründüyü kimi, bu qurumda hökm sürən eybəcərlik lap qədimdən mövcud idi. O, özünü Xoca Nəsrəddindən əvvəl göstərirdi və indi də özünü göstərir, bu gün də çiçəklənir.
Xocanın istehzasının obyekti də açıq-aşkar amansız mübarizə elan etdiyi dərvişdir. Məlum olduğu kimi, dərvişlik institutu müxtəlifliyinə baxmayaraq, Orta əsrlərdə Yaxın Şərqin ictimai həyatında, xüsusən də türk və Azərbaycan xalqlarının dini və ictimai həyatında böyük rol oynayırdı. Dərvişin cəmiyyətdə müxtəlif forma və situasiyalarda göründüyü hamıya məlumdur: gah yoxsul dilənçi, gah da ictimai üsyanın rəhbəri, gah dindar övliya, gah riyakar şarlatan, gah da qüdrətli insan olub. Tənhalıqda duran zahid və bəzən Allahın xeyir-dua verdiyi müqəddəs abdalı, nə qədər fərqli olsa da, təhqir etməyə icazə verilmirdi. Xalqın ümumi fikrini dilə gətirən, özünün əsl simasını müxtəlif üsullarla, əsasən də amansız istehza ilə çəkməyə çalışan Xoca Nəsrəddini qıcıqlandıran da məhz bu “layiq olmayan” səlahiyyətdir. Hətta Xoca ilə Dərvişin mübahisəsinin danışıldığı bu lətifə də bundan bəhs edir. Sonuncu Məhəmmədin qohumluğu ilə fəxr edirdi və dəfələrlə dördüncü səmaya qalxırdı. Bundan əsəbiləşən Xoca birdən bu sırtıqdan soruşdu: “Qalxdığınız zaman dodaqlarınıza yumşaq bir şeyin toxunduğunu hiss etdinizmi?” Həyəcanlı dərviş qürurla cavab verdi: “Bəli, doğrudan da!” Sonra Xoca onun sözünü kəsdi: “Bu mənim eşşəyimin quyruğu idi!” Əlamətdar odur ki, burada təkcə Dərviş məsxərəyə qoyulmur, Xoca onu peyğəmbərlə qohumluqda ittiham edən hər kəsi ələ salır. Ən əsası, dördüncü göyə yüksəlmə möcüzəsini və səmavi görüntünü israr etdi. Aydındır ki, Orta əsrlərin mömin cəmiyyəti bunu müsbət qəbul edə bilməzdi. Ümumiyyətlə, demək lazımdır ki, Xoca, başqa sözlə desək, dindar müsəlmanın heç bir təəssüratını yaratmır: oruc tutmur, dəstəmaz almır (elə götürək, çimən zaman suyun onun ev ayaqqabısını apardığı və buna görə Tanrıya qarşı onun məzəmmət etdiyi lətifəni xatırlayaq), dəyərləndirmir və ümumən müsəlmanlığa riayət etmir (Erməni qadının oğlunun müsəlman olmasının matəmini saxlamasını və onu Nəsrəddinin necə sakitləşdirdiyini xatırlayaq). Səsini eşşəyin anqırtısına bənzətdiyi müəzzini ələ salır, üstəlik köhnə, sarğılı ayaqqabılarını vacib dini kitab kimi qəbul edir, məsciddə hamının Quran oxuyarkən yuxuya getdiyini əlahiddə qeyd edir, ikinci gəliş haqqında ironiya ilə danışır və ən əsası da tam anlamadığı Allahı məzəmmət etməsi tez-tez eşidilir, Xocanın yalvarışlarına heç məhəl qoymur, ona kömək etmək əvəzinə, əksinə edir. Buna görə də ondan Allahın gözü varmı deyə soruşduqda o, belə cavab verdi: “Onun bir gözü var, o da qıyıqdır. Beləliklə, yerə baxanda insanları görmür. Əlini uzadıb kiməsə toxunduqda onu qaldırıb yoxlayır. Kişinin xoşuna gəlsə, ondan həzz alır və ləzzət alır, xoşuna gəlmirsə, yerə atır və o, yenidən kəlləmayallaq yer üzünə tərəf uçur”. Beləcə və bu cür, mollanın düşüncəsinə görə, “birgözlü Tanrı” hər şeyi bilən ola bilməz və buna görə də dünyada, aləmdə mövcud olanları qeyri-bərabər paylayır. Belə bir nöqteyi-nəzər onsuz da yumor və zarafat yox, küfr idi. Amma həqiqəti etiraf edək: bu küfr düşüncəsi məzlum xalqın qəlbində yuva salırdı və bu gün də şoğərib quyruqlunu fırladır (Quyruqlular gürcülərin mifoloji təmsilçisi və folklorunda quyruğu olan insan, əksəriyyəti qadındır, lakin onun mövcudluğu başqa insanlardan gizlidir. Əgər bu aşkar olsa, onun quyruqluluğunun qüvvəsi itir - Tərcüməçi). Elə isə mollanı qurban verməyək və anlayaq ki, bu, mollanın ağzı ilə demiş camaatın fikridir!
Bir sözlə, Xoca Nəsrəddinin gülüşü dünyəvilikdən insanların həyatının bütün sahələrinə, bütün təbəqələrini: tacirləri, zənginləri, ortodoksal islamın müdafiəçilərini, istərsə də ezoterik sufiləri, dini təlim mürəbbilərini, fəlsəfi risalələrin müəlliflərini, alimləri, şairləri, ailə üzvlərini, dostlarını gözü qarşısında qoyarsa, onları layiqincə qiymətləndirir. Eyni zamanda mürəbbi, küfr edən, alim, şair, filosof və ya sadə ailə başçısı rolunda görünür, gülüşün iti qılıncını əldən buraxmır, yararsız başları amansızcasına kəsir. Bir sözlə, o, eşşəyə minmiş, yel dəyirmanları ilə nəinki vuruşan, eləcə də əsrlər boyu insanı narahat edən, əzablandıran o qüsur və pisliklərin kökünü kəsib qazmağa qalxan Don Kixotdur. Təəssüf ki, bütün dünya zaman və dövrdə bu ölkənin zamana uyğunlaşdırılmış güclülərini unudurlar!
Nəsrəddinin gülüşünü əgər ümumi səviyyədə götürsəm, bu, camaatın ümumxalq gülüşüdür. Bunu daha da ümumiləşdirsəm, bu, bəşəriyyətin gülüşüdür, üstəlik, insanın nöqsanını və Tanrının verdiyi ləyaqəti tanıya bilməməsini, özünü dünyanın hökmdarı hesab etməsini və mənəvi axtarışlarını apara bilməməsini ələ salan kosmik istehzadır.
(davamı burada)
Müəllif: Elizbar CAVELİDZE
Gürcü dilindən tərcümə etdi:
Mirzə MƏMMƏDOĞLU