Bəzi insanlar həyat yolundakı səyahətimizin bir parçasıdırlar, amma çatacağımız nöqtə deyillər. Şokolad dadlıdır, amma şokoladı yeməyə qatsaq xoşagəlməz dadı olar, həyatımızdakı bəzi insanlar kimi. Kimsə özünə görə mükəmməl bir insan ola bilər, amma sizin həyatınızda bir rol tapa bilməz. Müəyyən müddət sonra həyatımıza yeni transfer edirik. Yeni transfer olunmuş bu şəxsə 1 nömrəli sıranı veririk və o, həyatımızda bir çox dəyişiklik edir.

 

Uşaq vaxtı biz yerə yıxılanda, dizimiz daşa dəyəndə və ya hansısa bir yerimizə nəsə olanda ağlayardıq. Bizə ancaq fiziki yaraların zərər verə biləcəyini düşünərdik. Sözlərin bizə fiziki təsir göstərib zərər verə biləcəyini anlamazdıq. Sonra böyükdükcə fiziki yaraların bir müddət sonra tamam sağaldığını, ancaq mənfi sözlərin insanda ömürlük yara olaraq qala biləcəyini anladıq. Valideynlərimizin, böyüklərimizin, müəllimlərimizin, qohum-əqrabalarımızın nəsə bir səhv etdikdə dediyi sözlər artıq bir şillə ağrısından belə təsirli olmağa başladı.

 

Bəzilərimiz o yaranı almamaq üçün səhvlərimizdən qaçmağı seçirik. İnsanlar ancaq ona müsbət şərhlər bildirsin deyə onların xoşuna gələn nə varsa etməyə çalışır. Bəzilərimiz isə bunu bacara bilmir, hər zaman “xalxın” uşağına bax, bir də mənimkinə” cümləsi ilə üzbəüz qalır.

 

Biz insanlar pozitiv, yaxşı sözlərlə müqayisədə mənfi, xoşagəlməz sözləri daha uzun müddət yadda saxlıyırıq. Bunun səbəbi mənfi emosiyaların bizə müsbət emosiyalardan daha çox təsir etməsidir.

 

Dostunuz, sinif yoldaşınız, qohumunuz, qonşunuz yaxşı bir insan ola bilərlər. Ancaq bu o demek deyil ki, bu insanın sizin həyatınızda da yaxşı rolu olmalıdır. Bəzən bunu həyat özü çətinləşdirir. Başqasının həyatında müsbət rolu olan şəxsin sizin həyatınızda mənfi rol oynaması normal bir şeydir. Onlardan uzaqlaşmağın səni dəyər bilməz və ya pis bir insan etməz. Bu sənin həyatındır, həyatına qatacaqlarına da sən qərar verə bilərsən. Həyatında səni anlamayan insanlar varsa, onların səni başa düşmədiklərini bilməyinə rəğmən yenə də özünü yoraraq açıqlamağa çalışmaqdan əl çəkməlisən. Bəlkə bu, yalnızlıqdı, bəlkə bu, ətrafında daha az insan deməkdir, amma ən azından doğru etdiyini bilmək sənə hüzur və sakitlik verəcək. Hüzurlu bir həyata sahib olmaq ətrafınızda yarım olan insanların olmasından daha çox qiymətlidir.

 

Sizi olduğunuz kimi qəbul etməyən insanlara, haqqınızda yaxşı düşüncələri olmayan insanlara özünüzü qəbul etdirmək əvəzinə özünüz özünüzü olduğunuz kimi qəbul edin. Gecə saatlarına qədər onların lazım olmayan, gərəksiz dediyi sözləri özünüzə dərd edib fikirdən yata bilməməyin əvəzinə daha faydalı məlumatlarla maraqlansanız, hamını razı etmək əvəzinə özünüzü razı etməyə çalışsanız, duyğularınızı, hisslərinizi basdırmaq əvəzinə onları ifadə etməyə başlasanız, xətalarınıza görə özünüzü günahlandırmaq əvəzinə onlardan dərs çıxartsanız daha xoşbəxt ola bilərsiniz...

 

İnsanların əksəriyyəti bircə onların özlərinin yox, dünyada olan digər hər şeyin dəyişəcəyini gözləyər.

 

Həyatda kiməsə görə dəyişmək olar. Amma o insanın kimliyi əsasdır. Sevdiyimiz birinə görə pis xasiyyətimizi dəyişə bilərik. Başqa heç vaxt...

 

Çalışmalıyıq ki, cəmiyyətdə də bizi olduğumuz kimi sevsinlər. Əsas odur ki, insanlığımız dəyişməsin. Çox pozitiv, şən bir insan qəddar, ağır, həyatla arasında bir həyəcanı olmayan bir insana çevrilməsin.

 

Müəllif: Aytən Fətullayeva