Həzrət Peyğəmbərin peyğəmbərliyi kainatın ən əhəmiyyətli hadisəsi və onun gətirdiyi İslam dini ilə yaşanan dəyişmə insanlıq tarixinin ən böyük inqilabıdır. Onun peyğəmbərliyi ilə gərək ürək və könüllərdə, gərəksə fərdi və ictimai həyatda meydana gələn gözəl inkişaflar saymaqla bitməz. Onun sayəsində zülm və cəhalətin hakim olduğu qaranlıq çağlar elm və ədalətin hakim olduğu səadət əsrinə döndü. Dünyanın ən bədəvi və ən pis qövmləri dünyanın ən fəzilətli cəmiyyətləri halına gəldi. Mədəniyyətdə bütün insanlığa ustad və rəhbər oldular. Otuz il kimi qısa bir zamanda bütün böyük dövlətlərə və millətlərə qələbə çaldılar. Dünyanın ən parlaq mədəniyyətini qurdular.
Qüvvətdən başqa dəyər tanınmayan, güclü olanın hər cür haqqa sahib olduğu, döyüş və zülmlərin bütün dünyanı əhatə etdiyi, qan və gözyaşının hakim olduğu çağımızda barış, hüzur, güvən və ədalətin təsisi üçün insanlıq Hz. Məhəmməd (s.ə.s)-in gətirdiyi iman və İslamiyyət nuruna və Quran həqiqətlərinə hər zamankından daha çox möhtacdır.
Onun fərdi və ictimai həyata qazandırdığı gözəllikləri, əlbəttə, saymaqla bitirə bilmərik. Ancaq insanlığın Hz. Peyğəmbərə olan vəfa borcunu ifadə qabilində ictimai həyata qazandırdığı bəzi dəyərlərdən qısaca bəhs etmək istəyirik:
1. İnsanlar arasına bərabərlik gətirdi:
Hz. Peyğəmbərin risalətindən əvvəl yer üzündə insanlar arasında bərabərlik yox idi. Bərabərlik anlayışı bilinmir, tələffüz belə edilmirdi.
Yəhudilər özlərini üstün millət və Allahın oğulları, başqa millətləri isə yəhudilərə xidmət etmək üçün yaradılmış qulluqçular olaraq qəbul edirdilər. Xristianlıqda isə ruhanilər sinfi meydana çıxmış, bir havas/üst təbəqə dini halına gəlmiş, ictimai siniflər arasındakı sosioekonomik və hüquqi fərqliliklər, uçurumlar olduqca böyümüşdür. Uzaq şərq ölkələrində isə “qəsd” sistemi vardı. Yəni uşaq daha doğuşdan müəyyən bir ictimai sinifdə dünyaya gəlir və ölənə qədər mənsubu olduğu ictimai sinfin üzərindəki bir sinfə yüksələ bilməzdi.
Rəsulu Əkrəm (s.ə.s) bütün insanların bərabər olduğunu, Allah qatında qulluq cəhətiylə kölə ilə padşah arasında bir fərq olmadığını, yaradılışdan heç kimin üstün və ya aşağı olmadığını, bütün insanların İslam fitrəti üzərinə yaradıldığını, hüquq qarşısında hər kəsin bərabər olduğunu… “üstünlüyün ancaq təqva, yəni Allahın əmrlərini/fərzləri yerinə gətirmə və qadağanlardan/günahlardan qaçınma” ilə olacağını elan etmişdir.
Bu insanlıq tarixinin ən böyük qazancından biridir.
2. Sosial həyatdakı əlaqələrdə təyinedici faktor “Qüvvət” yerinə “Haqq” oldu:
Hz. Peyğəmbərin risalətindən əvvəl ictimai həyatda təyinedici faktor qüvvət idi. Qüvvətli olan sahib olduğu gücə güvənərək istədiyini edir, özündən daha zəif olanların canını, malını, namusunu digər haqlarını zorla qəsb edə bilirdi. Lakin Hz. Məhəmməd (s.ə.s)-in gəlişindən sonra zülmlərə, haqsızlıqlara və zorbalıqlara son verildi. İctimai həyatda insanlar və qruplar arasındakı əlaqələrdə təsirli və təyinedici faktor qüvvət yerinə “haqq” oldu. Hz. Peyğəmbərin gətirmiş olduğu həyat anlayışı və hüquq sistemində haqqın qorunması, haqqın haqq sahibinə təslim edilməsi və haqlının hüququnun qorunaraq güclü qılınması əsası gətirilmişdir. Ayrıca “qul haqqı”, “qonşu haqqı”, “dul və yetim haqqı” kimi digər insanları maraqlandıran haqlar, mütləq qorunması lazım olan, əks halda mənəvi məsuliyyəti çox olan haqlar olaraq öyrədilmiş, hər vəsilə ilə başqa insanların hüququna hörmət göstərilməsi dərsi verilmişdir.
3. Mənfəətə dayanan əlaqələr yerinə Allahın razılığını qazana bilmə məqsədinə istiqamətli fəzilət duyğuları mənimsəndi:
Hz. Peyğəmbər (s.ə.s)-dən əvvəl insanların həyatda ən çox istədikləri mal, mülk, pul, sərvət, güc, etibar, şan, şöhrət, mövqe sahibi olmaq idi. Onun üçün özlərinə zənginlik və etibar qazandıracaq hər yolu mübah görürdülər. İnsanların ən böyük arzusu mövcud dünya süfrəsindən daha çox pay götürə bilmək idi. Daha çox mənfəət əldə edə bilmək arzusu isə bitmək bilməyən döyüşlərə, mübarizələrə, təcavüz və zorbalıqlara gətirib çıxarırdı.
Hz. Peyğəmbərin gətirdiyi inancın ən böyük məqsədi Allahın razılığını qazana bilmək arzusu oldu. Onun üçün insanlar Cənabı Haqqın razılığını qazana biləcəkləri gözəl işlər etməyə, Allahın məmnun olmayacağı işlərdən qaçınmağa çalışdılar.
4. “Həyat mübarizədir” zehniyyətinin yerinə “həyat köməkləşməkdir” anlayışı gətirildi:
İslamiyyətdən əvvəl insanlar həyatın mərhəmətsiz olduğunu və davamlı mübarizələrdən meydana gəldiyini sanırdılar. Böyük balıq kiçik balığı udar, qüvvətli olan zəif olana hökm edər və əlində olanları qəsb edər, onun üçün mütləq güclü olacaqsan və əzilməyib əzəcəksən deyilirdi.
Rəsulu Əkrəmin gəlişiylə həyatın mahiyyəti dəyişdi. Kainatda yardımlaşma və həmrəylik adlanan ilahi bir nizamın var olduğu aydın oldu. Xüsusilə insan üçün saysız nemətlərin verildiyi kainatdakı hər şeyin insanın istifadəsinə təqdim edildiyi və insanın kömək və imdadına göndərildiyi fərq edildi.
5. Sosial həyatda cəmiyyəti bir-birinə bağlayan ictimai bağlar olaraq qəbiləçilik və irqçilik yerinə vətən sevgisi və din qardaşlığı gətirildi:
Hz. Peyğəmbərin gəlişindən əvvəl insanlar arasında ictimai bağ olaraq qəbiləçilik və irqçilik əsas alınırdı. Hz. Peyğəmbərin gəlişindən sonra bu anlayış qəti bir şəkildə qadağan olundu. Heç bir millətin başqa bir millətdən üstün olmadığı, üstünlüyün ancaq Allahın əmrlərini yerinə yetirmə və qadağan etdiyi şeylərdən qaçınma ilə əldə edilə biləcəyi və bütün inananların qardaş olduğu elan edildi.
6. Sosial həyatı korlayan və hüzuru pozan pis vərdişlər yox edilərək cəmiyyətə hüzur, dinclik və güvən təmin edən gözəl əxlaq yayıldı.
7. Kizb (Yalan) tərk edildi, yerinə sədaqət (düzgünlük) gəldi:
İnsanlar hər vəsilə ilə yalan danışmaqdan və başqalarını aldatmaqdan çəkinmir. Hz. Peyğəmbərin risalətindən sonra “kizb”, yəni yalanın hər cürü ağır şəkildə qadağan edildi. Yalanın azalması və sədaqətin artması bir çox ictimai çətinliyi və xəstəlikləri müalicə etdi. İctimai həyatda hüzur və güvən çoxaldı.
8. Hüquq dövləti sistemi gətirildi:
Cahiliyyə dövründə ölkələr diktatorlar tərəfindən idarə olunur və qüvvətdən başqa nüfuz tanınmazdı. Hz. Peyğəmbərin gəlişindən sonra Quran və sünnə hökmləri hər kəs üçün bağlayıcı və etibarlı oldu. Əfəndi ilə kölə, zəngin ilə kasıb, qadın, kişi, gənc, qoca, zənci və ya ağ… hər kəs eyni hökmlərə/qaydalara tabe oldu. Və qaydaları pozan kim olursa olsun eyni hökmlə qarşılaşdı. Yəni hər kəs hüquqa uyğun davranmaqla öhdəçilikli tutuldu.
Hacı BƏKİROĞLU