Uşaq bağçalarında əməkhaqqı 125 lari artırılacaq. Bu barədə maliyyə naziri Laşa Xutsişvili parlamentdə 2025-ci ilin büdcəsini təqdim edən zaman bildirib.
Onun sözlərinə görə, dövlət işçilərinin əməkhaqqı planlaşdırıldığı kimi, hər il 10 % artırılmalıdır. Ancaq bəzi sahələr var ki, əməkhaqqı çox aşağıdır və 10 %-lik artım kifayət deyil.
“Bağça heyəti ilə bağlı fərqli yanaşmamız var. Başa düşürük ki, əməkhaqqı aşağıdır və yalnız 10 %-lik artım uyğun olmayacaq. Bu istiqamətdə necə tənzimlənməli olduğu ilə bağlı baxışımız da var. 2025-ci il ərzində 125 larilik artım olacaq. Bu, indiki mərhələdə, bugünkü mövcud reallıqdan irəli gələrək təxminən 20 %-lik artımdır. Bu, ümumi götürdükdə ictimai sektorda olan artımdan daha çoxdur və növbəti illərdə də bu sahədə artım davam etdiriləcək ki, əməkhaqlarının uyğun səviyyəyə çatdırılmasına daha tez nail olunsun”, – deyə maliyyə naziri bildirib.
Mənbə: etaloni.ge