Bu gün Qardabani Gənclər Mərkəzinin (QGM) ofisində 26 May Gürcüstanın Müstəqillik Günü və 28 May Azərbaycanın Respublika Günü qeyd olunub.
"Yeni Yol" xəbər verir ki, QGM-nin icraçı direktoru Hacı Bəkiroğlu qonaqları salamlayaraq müstəqillik günü münasibətilə hər iki ölkənin vətəndaşlarını təbrik edib: "1918-ci ildə elan olunan Gürcüstan Demokratik Respublikası və Azərbaycan Demokratik Cümhuriyyəti çox qısa bir ömür sürsə də bu azadlıq hər zaman iki ölkə xalqlarının qəlbində bir ümid işığı olmuşdur. Sovet İttafaqı içərisində yaşadıqları zaman bu xalqlar öz müstəqillikləri uğrunda çalışmış və nəhayət bu arzuya yetişmişdilər. Ozamankı liderlərə və hökumətə hörmət əlaməti olaraq bu günü tarixi bir dəyər kimi qorumuşdular. Bu dəyərləri bundan sonra qorumaq bizlərə də bir borcdur”.
Sonra Azərbaycan Respublikasının Gürcüstandakı səfirinin müşaviri Sərxan İsmayılov çıxış edərək Gürcüstanla Azərbaycan arasındakı sıx dostluq əlaqələrindən və hər iki ölkənin bənzər taleyindən danışıb.
Daha sonra Gürcüstan Azərbaycanlılarının Ağsaqqallar Şurasının sədr müavini Mayak Nemətov, ziyalılardan Zabit Hüseynov, Muradxan Eminov və gənc siyasi şərhçi Aybəy İsayev çıxış ediblər.
Tədbirdə elm xadimləri ilə birlikdə ictimaiyyət nümayəndələri də iştirak ediblər.