Kütləvi peyvənd və peyvəndə çağırmalar ictimaiyyətin bir qismində narazılığa səbəb olub. Peyvənd vurdurmaq istəməyənlər deyir ki, belə çağırışlarla onların hüququ pozulur. Bu məsələni ictimai sağlamlıq barədə Gürcüstan qanunu tənzimləyir. Qanundan hissəni sizlərə təqdim edirik:
Başlıq II. İctimai sağlamlıq sahəsində əhali və hüquqi şəxslərin hüquq-öhdəlikləri (maddə 5):
1. Gürcüstan ərazisində olan bütün insanlar məcburdur:
• Yoluxucu və yoluxucu olmayan xəstəliklərin yayılması təhlükəsi yaradan, sağlamlıqla bağlı risklər yaradacaq işlər həyata keçirməsin;
• Yoluxucu xəstəliklərin aşkarlanması və yayılması təhlükəsi olduğu halda səlahiyyətli qurumların tələbilə başqa şəxsin sağlamlığı ilə bağlı təhlükəni aradan qaldırmaq üçün bütün tibbi prosedurları keçsin;
• İctimai sağlamlığa təhlükə yaradan fəaliyyəti dayandırsın;
• Sanitar və epidemioloji normalara riayət etsin;
• İctimai sağlamlıq xidmətinə istehsal və texnoloji proseslərdə sanitar normaları pozma nəticəsində yaranmış fövqəladə vəziyyət barədə məlumat versin;
• Tibbi əks təsirlərin olmaması halında yoluxucu xəstəliklərin geniş yayılması, ya da epidemiyanın başlaması təhlükəsi zamanı peyvənd vurdursun;
• Əgər onun işi yoluxucu xəstəliklərin yayılmasının yüksək riski ilə əlaqədardırsa profilaktik peyvənd olunsun;
• Gürcüstan qanunvericiliyi ilə tətbiq edilmiş qaydada və tətbiq edilmiş çərçivədə profilaktik peyvəndlərin milli təqviminə riayət etsin.
2. Gürcütsan ərazisində olan bütün insanların hüququdur:
• Tibbi xidmət göstərən müəssisədə yoluxucu xəstəliklərdən müdafiə olunsun;
• Məsələ epidemiya, yaxud pandemiyaya aid deyilsə profilaktik tədbirlərin aparılmasından imtina etsin; Fəaliyyəti yoluxucu xəstəliklərin yüksək riski ilə əlaqəli olan şəxslərin profilaktik tədbirlərdən imtina etmək hüququ yoxdur.
• Sağlamlıq üçün təhlükəsiz şəraitdə yaşasın.
• Profilaktik peyvəndin əsası və əhəmiyyəti, gözlənilən kliniki çıxış yolu, peyvəndə aid risklərlə bağlı vaxtında və peyvənddən imtina etdiyi halda mümkün olacaq nəticələr barədə məlumat alsın.
Bu maddənin tələblərinin icra edilməməsi Gürcüstan qanunvericiliyi ilə cəzalandırılır.
Həmin qanunda pandemiya zamanı Fövqəladə Vəziyyətin İdarəsi Xidməti və Nazirliyin hüquq-öhdəlikləri də yazılıb:
Maddə 12. İctimai səhiyyə üçün xüsusilə təhlükəli olan epidemiya və pandemiya zamanı fövqəladə vəziyyətin idarə edilməsi:
İctimai sağlamlıq üçün xüsusilə təhlükəli olan epidemiya və pandemiya fövqəladə vəziyyətə aid edilir və onun idarə edilməsi “mülki təhlükəsizlik barədə” Gürcüstan qanununa uyğun olaraq həyata keçirilir.
İctimai sağlamlıq üçün xüsusilə təhlükəli olan epidemiya və pandemiya zamanı Fövqəladə Vəziyyətin İdarəsi Xidmətinin və Nazirliyin hüquq-öhdəlikləri bunlardır:
a) İctimai sağlamlıq üçün xüsusilə təhlükəli olan epidemiya və pandemiyadan yaranmış vəziyyətin idarə edilmə koordinasiyası;
b) Müvafiq dövlət orqanları ilə koordinasiya nəticəsində epidemioloji mənbələrin sərhəddinin dəyişdirilməsi ilə bağlı qərar qəbul etmək;
c) Epidemioloji mənbədə olan hər hansı fiziki şəxsin tibbi yoxlayışdan keçməsi tələbi;
ç) Epidemioloji mənbədə olan hər bir şəxs üçün müvafiq xidmət vasitəsi ilə karantin tədbirlərinin aparılmasını təmin etmək;
d) Lazım olan halda epidmeioloji əhatədə olan şəxsin köçürülməsini təmin etmək;
e) Epidemiya zamanı epidemioloji mənbəyə fiziki şəxslərin daxil olması və həmin mənbədən onların çıxarılmasına nəzarətin təmin edilməsi;
ə) Epidemioloji mənbəyə nəqliyyatın daxil olması və həmin mənbədən onun çıxmasına nəzarətin təmin edilməsi;
f) Hər hansı yükün, mal və poçt göndərişinin yoxlayışını təmin etmək;
g) Müvafiq epidemiyaya qarşı tədbirlərin aparılması məqsədilə maddi resursların və nəqliyyatın səfərbər edilməsi;
h) Epidemiya zamanı ictimaiyyətin media vasitəsilə məlumatlandırılmasını təmin etmək;
x) Xəstələrin xəstəxanaya yerləşdirilməsi və təcridini təşkil etmək;
i) Xəstələrlə təmasda olmuş şəxslərə qarşı karantin tədbirlərinin aparılmasının təmin edilməsi;
j) Ərzaq istehsalı, çatdırılması və daşınmasına nəzarətin təmin edilməsi;
k) Əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi və çirkli suyun təmizlənməsi işlərinin təşkil edilməsi;
q) Aparılacaq tədbirlər barədə əhalinin məlumatlandırılmasının təmin edilməsi;
l) Bələdiyyə orqanları ilə birlikdə fövqəladə vəziyyət zonasından çıxan bütün marşrutlara nəzarət məntəqəsinin fəaliyyətini təmin etmək.
Həmçinin qanunun 35-ci maddəsinə görə, ictimai sağlamlığın müdafiəsi məqsədilə Səhiyyə Nazirliyi və Gürcüstanın Təhsil və Elm Nazirliyi təhsil-tərbiyə müəssisələri üçün birlikdə sanitar və gigiyenik normalar tətbiq edir.
Mənbə: etaloni.ge