2022-ci ildə 815 azyaşlı hamilə qeydiyyata alınıb, azyaşlıların doğuş göstəricisi isə 434-ə çatır. Bu barədə Gürcüstanın Xalq Müdafiəçisinin 2022-ci ilə aid hesabatında yazılıb. Hesabatı oktyabrın 20-də Ombudsman Levan İoseliani parlamentə təqdim edib.

 

Xalq Müdafiəçisi yazır ki, erkən yaşda nikahdan sonra qızların təhsili dayandırması yenə də problem olaraq qalır və o, Gürcüstanın Təhsil və Elm Nazirliyinə tövsiyə ilə müraciət edib.

 

“Erkən və uşaq yaşlarında nikahın mənfi təcrübəsi yenidən mühüm problem olaraq qalır. Gürcüstanın İşğal Edilmiş Ərazilərindən Qaçqınlar, Əmək, Sağlamlıq və Sosial Müdafiə Nazirliyinin məlumatına görə, 2022-ci ildə 815 azyaşlı hamilə qeydiyyata alınıb, azyaşlıların doğuş göstəricisi isə 434-ə çatır. Gürcüstanın Daxili İşlər Nazirliyində erkən yaşda nikahla əlaqədar 171 faktla bağlı istintaq başladılıb. 2022-ci ildə Trefikinq Qurbanları və Zərəçəkmişlərə Dövlət Qayğı və Yardım Agentliyi tərəfindən araşdırılmış erkən yaşda nikah hallarının sayı (400 fakt) ötən illərə nisbətən çoxdur. Həmçinin erkən nikaha görə azyaşlı qızların təhsili tərk etməsi də problem olaraq qalır”, – Levan İoselianinin hesabatında qeyd edilib.

 

Sənədə əsasən, Xalq Müdafiəçisi Aparatı tərəfindən araşdırılmış işlərdə erkən yaşda mümkün nikah və ya nişanlandırılma faktları ilə bağlı inzibati icraata başlamaq problemli idi. Azyaşlıların nişanlandırılması faktları ilə bağlı Xalq Müdafiəçisi Aparatına müraciətlərin sayı artıb. Tədqiq olunan hallarda səlahiyyətli orqanlar iddia edilən məcburi nikahı müəyyən edə bilməyiblər. Onlar həmçinin cinayət təşkil etməyən uşaq nikahları hallarına reaksiya verməkdə çətinlik çəkirlər. Araşdırılmış işlər çərçivəsində aidiyyəti qurumlar arasında səmərəli əlaqələndirmə, o cümlədən göndərişlərə cavabdeh olan subyektlər tərəfindən qanunvericiliklə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsi problemli idi.

 

“Erkən yaşda nikahla yanaşı cinayətlərlə bağlı yaranmış təcrübə nəticəsində cinayətkarlara şərti cəzalar tətbiq edilib ki, bu da qeyd olunan cinayətlərə adekvat reaksiyanı təmin etmir”, – Xalq Müdafiəçisi yazır.

 

Levan İoseliani Gürcüstan Təhsil və Elm Nazirliyinə belə tövsiyələr verib:

 

• Azyaşlı nikah hallarının aşkar edilməsi, effektiv cavablandırılması və yönləndirilməsi ilə bağlı məktəb rəhbərliyinin nümayəndələrinə vahid əməliyyat prosedurları üçün təlimatlar hazırlansın;

 

• Məktəb rəhbərliyi əməkdaşları, o cümlədən məktəb direktorları və müəllimlər erkən nikah məsələləri, həmçinin təhsil sistemində çalışanlar üçün prosedurlar, qanuni öhdəliklərlə bağlı sistemli şəkildə hazırlansınlar.

 

Mənbə: edu.aris.ge