Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin 25 avqustda yayımladığı məlumata görə, peşə təhsili proqramlarına qeydiyyat 2025-ci ilin 1 sentyabrında başlayıb və 25 sentyabra qədər davam edəcək.

 

Qeydiyyat onlayn olaraq “vet.emis.ge” veb-səhifəsində, eləcə də Gürcüstan miqyasında fəaliyyət göstərən peşə təhsili proqramlarını həyata keçirən müəssisələrdə mümkündür.

 

2025-ci il qəbulunda bütün Gürcüstan miqyasında peşə təhsili proqramlarını həyata keçirən dövlət və özəl müəssisələr tələbələri rəngarəng peşə təhsili proqramlarına qəbul edəcəklər.

 

Nazirliyin məlumatına görə, 2025-ci ildə inteqrə olunmuş proqramların sayı artıb. Bu da baza təhsili olan şəxslərə peşə təhsili ilə yanaşı ümumi təhsil almağa da imkan yaradır. Qeyd olunan proqramların başa çatması nəticəsində peşə diplomu və ümumi təhsili təsdiq edən sənəd – attestat verilir. Məzunların istəkləri olduğu halda ali təhsil pilləsində təhsillərini davam etdirmək imkanları da var.

 

Həmçinin işə əsaslanan tədris forması ilə həyata keçirilən proqramlara da qeydiyyat həyata keçirilir. Qeyd olunan yanaşma təhsil müəssisəsi və şirkət arasında öhdəliyin bölünməsini nəzərdə tutur. Proqramla nəzərdə tutulmuş təhsil nəticələrinin bir qisminə iş mühitində, eləcə də konkret şirkətdə nail olunur.

 

2025-ci ildə təklif olunan peşə təhsili müəssisələri və proqramların tam siyahısı, qeydiyyatla bağlı təlimatla “vet.emis.ge” portalında daha ətraflı tanış ola bilərsiniz.

 

Peşə proqramları ilə əlaqədar məsləhət almaq üçün (+995 32) 2200 220 nömrəsi ilə əlaqə saxlaya, yaxud info@emis.ge elektron ünvanına yaza bilərsiniz.

 

 

Mənbə: edu.aris.ge