Uşaq evləri və qocalar üçün sığınacaqların sakinləri, məktəbəqədər tədris müəssisələrində xidmət göstərən heyət – bunlar ilk növbədə qrip əleyhinə peyvənd ediləcək yüksək risk qrupuna daxil olan insanlardır.

 

Yoluxucu Xəstəliklər Departameninin rəhbəri Xatuna Zaxaşvili ən yüksək risk qruplarını qeyd edib və bildirib ki, ilkin mərhələdə 25 min doza peyvənd vurulacaq.

 

Onun sözlərinə görə, ilkin mərhələdə ən yüksək risk qrupuna daxil olanlar, daha sonra isə digər risk qruplarına daxil olanlar peyvənd olunacaq: “Bu qruplar beynəlxalq tövsiyələr əsasında müəyyən edilib. İlk 25 min doza hamilələr, dialez xəstələri və onlara xidmət edən heyət, HİV infeksiyasına yoluxmuş xəstələr, C hepatitdən müalicə olunan xəstələr, uşaq evləri və qocalar evinin sakinləri, uşaq bağçalarında xidmət göstərən heyət üçün istifadə olunacaq. Sonra isə başqa risk qruplarına da dövlət tərəfindən verilmiş qrip əleyhinə peyvənd vurulacaq”.

 

X.Zaxaşvili yuxarıda qeyd olunan risk qruplarına daxil olan insanları müvafiq məntəqələrə müraciət etməyə və qrip əleyhinə peyvənd olunmağa çağırıb.

 

Qeyd edək ki, risk qruplarına daxil olan insanlar üçün peyvən pulsuzdur.

 

Mənbə: etaloni.ge