İctimai məktəb müəllimlərinin əməkhaqqının minimal miqdarı və şərtləri qaydasında dəyişiklik edilib. Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkelinin imzaladığı sərəncam 2023-cü ilin 1 yanvarından qüvvəyə minib.

 

Dəyişikliklərə əsasən, statusu olan müəllimlərin və xüsusi müəllimlərin əməkhaqqı artırılır:

a) Baş müəllimlər üçün 795 lari;

b) Aparıcı müəllimlər üçün 1 175 lari;

c) Mentor statusu olan müəllimlər üçün 1 475 lari müəyyən edilib.

 

Xüsusi müəllim statusu olanlar üçün tam əlavənin miqdarı:

Xüsusi baş müəllimlər üçün 795 lari;

Xüsusi aparıcı müəllimlər üçün 1 175 lari əlavə müəyyən edilib.

 

Xüsusi baş müəllimlər üçün sxemlə müəyyən edilmiş əlavə:

a) Xüsusi təhsilə ehtiyacı olan 1 şagirdin olduğu halda 595 lari;

b) Xüsusi təhsilə ehtiyacı olan 2 şagirdin olduğu halda 645 lari;

c) Xüsusi təhsilə ehtiyacı olan 3 şagirdin olduğu halda 695 lari;

ç) Xüsusi təhsilə ehtiyacı olan 4 şagirdin olduğu halda 745 lari;

d) Xüsusi təhsilə ehtiyacı olan 5 və daha artıq şagirdin olduğu halda 795 lari.

 

Xüsusi aparıcı müəllimlər üçün sxemlə müəyyən edilmiş əlavə:

a) Xüsusi təhsilə ehtiyacı olan 1 şagirdin olduğu halda 775 lari;

b) Xüsusi təhsilə ehtiyacı olan 2 şagirdin olduğu halda 875 lari;

c) Xüsusi təhsilə ehtiyacı olan 3 şagirdin olduğu halda 975 lari;

ç) Xüsusi təhsilə ehtiyacı olan 4 şagirdin olduğu halda 1 075 lari;

d) Xüsusi təhsilə ehtiyacı olan 5 və daha artıq şagirdin olduğu halda 1 175 lari.

Mənbə: etaloni.ge