2023-cü ilin ilk 6 ayında Gürcüstanda 10 366 nikah və 6 828 boşanma qeydə alınıb. Bu barədə Gürcüstanın Statistika Xidməti məlumat yayıb.

 

“Yeni Yol” “bpn.ge” saytına istinadən bildirir ki, Tbilisi, İmereti və Kvemo Kartli bölgələri evlənənlərin sayına görə öndədir. Belə ki, cari ilin ilk 6 ayı ərzində paytaxt Tbilisidə 3 057, İmeretidə 1 614, Kvemo Kartlidə isə 1 304 nikah qeydə alınıb.

 

Boşanmaya gəldikdə isə ən yüksək göstərici 2 332 halla yenə Tbilisinin payına düşür. İmeretidə 1 182, Sameqrelo və Zemo Svanetidə 754, Kvemo Kartlidə 651, Acara Muxtar Respublikasında 541 boşanma halı qeydə alınıb.

 

Həmçinin 2023-cü ilin yanvar-iyun aylarında doğulan uşaqların sayı 19 431 təşkil edib. Həmin dövrdə ölkədə 21 944 nəfər dünyasını dəyişib. 2023-cü ilin birinci yarısında təbii artım (sağlam doğulanlar və ölənlərin sayı arasında fərq) 2 513 nəfər müəyyən edilib. Təbii artımla bağlı müsbət göstərici Tbilisidə 340, Acara Muxtar Respublikasında 870 və Kvemo Kartlidə 145 nəfər qeydə alınıb.