“Galt&Taggart” Gürcüstanın səhiyyə sektoru barədə məlumat yayımlayıb. Məlumat səhiyyə sektorunun həcminə, dövlət və vətəndaşların səhiyyə xərclərinə aiddir.
Sənədə əsasən, Gürcüstanda cəmi 265 xəstəxana qeydiyyatdan keçib, həmin xəstəxanalarda isə ümumilikdə 17 500 çarpayı var. Belə ki, ölkədə orta hesabla bir xəstəxanada 66 çarpayı var.
Hesabata əsasən, hər 1000 vətəndaşa 4,7 çarpayı düşür. Müqayisə üçün qeyd edək ki, regionun digər ölkələrində hər 1000 nəfərə xəstəxanada çarpayı yerləri bu cürdür: Rusiya – 7,1 çarpayı; Türkiyə – 2,9 çarpayı.
Hesabatdan aydın olur ki, Gürcüstanın hospital sektorunda ən böyük oyunçu “Gürcüstanın Səhiyyə Qrupu”dur (GHG), xəstələrin 17 %-i bu qrupun öhdəliyinə düşür. İkinci yerdə “Aversi” klinikalarıdır, xəstələrin 8 %-i onların payına düşür; “Geo Hospitals” 6 %; “Vivo Medical Group” 2 %, “Quduşauri klinikası” 2 %, “New Hospitals” 2 % xəstə qəbul edir. “Galt&Taggart”a əsasən, 62 % digər səhiyyə müəssisələrinin payına düşür.
Ölkə miqyasında 2019-cu ildə xəstəxanaların orta hesabla gündəlik işləmə səviyyəsi 49 % idi. Müvafiq olaraq 17,500 çarpayıdan təxminən 8750 çarpayı gündəlik şəkildə istifadədədir. Region ölkələrinin xəstəxanalarının iş səviyyəsi əsasən 70 %-i aşır, Ukrayna, Rusiya və Qazaxıstanda isə 80 %-dən də yüksəkdir.
Statistikaya əsasən, 2019-cu ildə ölkədə 551 min xəstə klinikalara yerləşdirilib, bir xəstənin klinikada keçirdiyi günlərin ortalama müddəti 4,9 gün olub. Müqayisə üçün qeyd edək ki, Rusiyada xəstəxanada qalmanın orta müddəti 10 günü, Ukraynada 11 günü ötür, Ermənistanda isə bu göstərici 8 gün təşkil edir.
Gürcüstanda xəstəxanaya yerləşdirilmə səbəbləri isə belə bölünür:
Tənəffüs sistemi xəstəlikləri – 22 %;
Qan-damar sistemi xəstəlikləri – 19 %;
Hamiləlik, doğuşdan əvvəlki dövr – 10 %;
Həzm sistemi xəstəlikləri – 8 %;
Travmalar, zəhələnmələr – 7 %;
İnfeksiya xəstəlikləri – 6 %;
Digər – 29 %.
Hesabata görə, Gürcüstanda 30 mindən artıq həkim və 18 mindən artıq tibb baçısı işləyir. Hər həkimə 0,6 tibb bacısı düşür. Hər 1000 nəfərə isə 8,5 həkim düşür.
Mənbə:bm.ge