"Yeni Yol" xəbər verir ki, Gürcüstan hökuməti Feysbuk səhifəsində özünütəcridin kimin üçün vacib olduğu və özünütəcrid müddətinin nə qədər olduğu haqda izahat yayımlanıb.
İzahata əsasən, əgər şəxsdə koronavirus aşkarlanıbsa və əlamətlər varsa, ən azı 10 gün və simptomsuz əlavə 3 gün təcriddə olmalıdır.
Əgər şəxs koronavirusa yoluxubsa, ancaq əlamətləri yoxdursa, bu halda 10 gün özünütəcriddə olmalıdır.
Virusa yoluxmuş şəxslə təmasda olan zaman 12 gün ərzində özünütəcriddə qalmaq vacibdir.
Xaricdən Gürcüstana qayıdan zaman isə təcrid müddəti 8 gündən ibarətdir.