Peşə təhsili proqramlarına qeydiyyat 2025-ci il aprelin 28-də başlayıb və mayın 20-nə kimi davam edəcək.
Qeydiyyat onlayn olaraq vet.emis.ge veb-səhifəsində həyata keçiriləcək.
Peşə təhsili proqramlarına qəbulla bağlı qüvvədə olan qayda peşə təhsilinə əlçatanlığın artırılmasını və maraqlanan bütün şəxslərin peşə təhsilinə qoşulmasını təmin edir, eləcə də peşə təhsili proqramlarında təhsilini davam etdirmək istəyənlərin fərdi ehtiyaclarını nəzərə alır.
2025-ci ildə inteqrasiya edilmiş proqramlara da qəbul həyata keçiriləcək. Bu, baza təhsili olan şəxslərə peşə təhsili ilə yanaşı ümumi təhsil almaq imkanı da yaradır. Qeyd olunan proqramlarda təhsilini bitirənlərə ümumi təhsil attestatına bərabər olan peşə diplomu veriləcək.
Peşə təhsili ilə maraqlanan şəxslərə həmçinin real iş mühitində ikili (dual) yanaşma ilə həyata keçirilən proqramlar təklif olunacaq. İkili yanaşma real iş mühitində – təhsil müəssisəsində proqram tərəfindən verilən təlim nəticələrinin 50 %-dən çoxuna nail olmağı nəzərdə tutur.
2025-ci ildə təklif olunacaq peşə təhsili müəssisələri və proqramların tam siyahısı, qeydiyyat üçün təlimat 28 apreldən vet.emis.ge veb-səhifəsində yerləşdirilib.
Peşə təhsili proqramlarına qəbul olmaq üçün aplikantların seçim müddəti 2025-ci il mayın 21-dən iyunun 20-dək müəyyən edilib.
Peşə təhsili proqramına aplikantların seçilməsi məqsədilə təhsil müəssisəsi tərəfindən istifadə olunmuş seçim metodu/metodları haqqında məlumat proqramın izahında yerləşdiriləcək.
2025-ci ildə ali peşə təhsili və seçim üsulu kimi Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəz tərəfindən təşkil olunan testlərlə müəyyən edilən orta ixtisas təhsili proqramlarında testlərin tarixləri aşağıdakı kimi müəyyən edilmişdir:
• Təbiətşünaslıq elmləri (kimya komponenti və ya fizika komponenti, yaxud biologiya komponenti) – 2025-ci il 31 may;
• Savadlılıq və kəmiyyət savadlılığı – 2025-ci il 1 yanvar;
• Aplikantlar tərəfindən sistemdə yekun seçimi qeyd etmək üçün vaxt 30 iyun – 2 iyul müəyyən edilib.
Qeydiyyatla bağlı məsləhət almaq üçün qaynar xəttə – (+99532) 2 200 220 – nömrəsinə zəng vura, yaxud info@emis.ge elektron poçtuna yaza bilərsiniz.
Mənbə: edu.aris.ge