Gürcüstan Təhsil və Elm Nazirliyi müəllimlərin 2024-cü ilin 1 iyulundan qüvvəyə minəcək yeni əməkhaqqı siyasəti üzərində işləyir.

 

Təhsil naziri Giorgi Amilaxvarinin sözlərinə görə, yeni əməkhaqqı siyasətinə əsasən, tam dərs yükü olan müəllimlərin əməkhaqqı təxminən 500 lari və daha çox artırılacaq.

 

Təhsil üzrə tədqiqatçı Şalva Tabatadzenin qiymətləndirməsinə görə, nazirliyin təşəbbüsü pedaqoqların əməkhaqlarının keçirilən dərslərin sayından asılı olmadığı halda əvəzsiz ola bilər.

 

“Müəllimlərin 52 %-i tam dərs yükü ilə işləmir. Eyni zamanda sistemimizə görə, baş, aparıcı, mentor müəllimlərin öz kompetensiyası və fəaliyyəti baxımından da müxtəlif funksiyaları var. Əməkhaqqı isə yalnız keçirilən dərslərə bağlıdır.

 

Bu dəyişiklik əməkhaqqının saata görə, yəni keçirilən dərs sayına görə deyil, ümumi həftəlik yükə əsasən nəzərə alınması halında inqilabi və yenilik olardı. Ola bilsin, müəllimin həftədə 40 saat dərsi var, amma vəzifəsindən dolayı hansı funksiyaları həyata keçirirsə ona əsasən əməkhaqqı verilsin”, – Ş.Tabatadze bildirib.

 

Müəllimlərin əməkhaqqının artırılması vacibdir, lakin təhsil mütəxəssisi hesab edir ki, təkcə əməkhaqqının artırılması təhsilin keyfiyyətinin yüksələcəyi anlamına gəlmir.

 

“Yalnız əməkhaqqının artırılması çox şeyi dəyişmir. Ümumilikdə götürsək, 2015-ci ildən bəri əməkhaqqının artırılması dinamik xarakter daşıyırdı (baza deyil, əlavələr, müəllimlərin statusa görə əlavə alması). 2015-ci ildən bu günə qədər əlavələr iki dəfə artıb, məsələn, baş müəllim 160 lari idisə 795 lari olub, yəni digər kateqoriyalar üzrə 5 dəfə çox olub, ancaq bu, təhsilin keyfiyyətinin yaxşılaşması demək deyil.

 

Bunun ardınca hələ də formal olaraq fəaliyyət göstərən, lakin real nəticəsi olmayan bütün sistem gəlməlidir. Demək istədiyim odur ki, müəllimlər kompetensiya sübut etməlidirlər, sonra həm məktəb səviyyəsində, həm də məktəbdən kənarda bilgilər davamlı inkişaf etdirilməlidir.

 

Bu bilik və bacarıqların təkmilləşmiş təcrübəyə çevrilib-çevrilməməsi daim məktəb səviyyəsində yoxlanılmalıdır və ən əsası bu təkmilləşdirilmiş təcrübə şagirdlərin akademik nailiyyətlərini inkişaf etdirməlidir”, – təhsil üzrə ekspert qeyd edib.

 

Mənbə: bm.ge