İyunun 9-da İnklüziv Təhsil İdarəsinin bərpası tələbi ilə Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirilib. Aksiyada fiziki imkanları məhdud şəxslər, onların ailə üzvləri və hüquq müdafiəçiləri iştirak ediblər. Buna cavab olaraq təhsil naziri Aleksandre Tsuladze jurnalistlərə açıqlamasında bildirib ki, İnklüziv Təhsil İdarəsinin Strateji Planlaşdırma İdarəsi ilə birləşdirilməsinin məqsədi strukturun optimizasiyasına, effektivliyinin artırılmasına xidmət göstərir.

 

Aleksandre Tsuladze onu da qeyd edib ki, məlumata əsasən, bir neçə günə inklüziv təhsilin yeni ikiillik fəaliyyət planı da təsdiqlənəcək.

 

“Ucadan qeyd etmək istəyirəm ki, Gürcüstanda inklüziv təhsil heç bir təhlükə qarşısında deyil. Bizim nazirliyin struktur optimizasiyası məqsədilə həyata keçirdiyi bu dəyişikliklərlə yalnız və yalnız funksiyalar əvəz olunacaq. Layihələrin həyata keçirilməsi baxımından isə heç bir dəyişiklik olmayacaq. Bu gün inklüziv təhsil istiqamətində həyata keçirilən tədbirlər daha çox dəstəklə davam etdiriləcək”, – deyə təhsil naziri bildirib.

 

Qeyd edək ki, Təhsil Nazirliyinin tərkibində olan İnklüziv Təhsil İdarəsi bundan sonra müstəqil struktur vahidi kimi fəaliyyət göstərməyəcək. İdarə Strateji Planlaşdırma İdarəsi ilə birləşdiriləcək.

 

Mənbə: etaloni.ge