Milli Statistika Xidmətinin yaydığı məlumata əsasən, 2023-cü ildə Gürcüstanda doğulan uşaqların sayı 40214 təşkil edib, bu, 2022-ci ilin göstəricisindən 5 % azdır. 2023-cü ildə doğulan uşaqlardan 21010-u oğlan, 19204-ü isə qızdır.
Statistikaya görə, 2023-cü ildə doğulan uşaqlar ən çox paytaxt Tbilisinin payına düşür (13697 uşaq), ən az uşaq isə Raça-Leçxumi və Kvemo Svaneti regionunda dünyaya gəlib (226 uşaq).
Doğum göstəricisi ötən il 2022-ci illə müqayisədə Kvemo Kartlidə də azalıb. Regionda 2022-ci ildə 5074 uşaq, 2023-cü ildə isə 4878 uşaq dünyaya gəlib.
Statistikaya əsasən, Kvemo Kartlidə ölüm halları da azalıb. 2022-ci ildə regionda 4528 nəfər, 2023-cü ildə isə 4159 nəfər dünyasını dəyişib.
2023-cü ildə Kvemo Kartlidə evlənmə sayında da azalma var. 2022-ci ildə 3216 evlənmə, 2023-cü ildə isə 2748 evlənmə qeydə alınıb.
Kvemo Kartlidə boşananların sayı isə çoxalıb. Belə ki, 2022-ci ildə 1283 boşanma halı qeydə alınmışdırsa, 2023-cü ildə bu rəqəm 1331 təşkil edib.
Bildirilir ki, 2023-cü ildə Gürcüstanda ümumi olaraq 22275 nikah qeydə alınıb, bu da əvvəlki ilin müvafiq göstəricisindən 14,5 faiz azdır. İlk nikah yaşı qadınlar üçün orta hesabla 29,7 yaş, kişilər üçün isə 32,1 yaşdır. 2023-cü ildə qeydə alınmış boşanmaların ümumi sayı isə 13664 təşkil edib, bu da əvvəlki ilin müvafiq göstəricisindən 3,1 faiz azdır.