Cari ilin ilk üç ayında Gürcüstanda yol-nəqliyyat hadisələri nəticəsində 92 nəfər həlak olub, 989 nəfər isə yaralanıb.

 

Daxili İşlər Nazirliyinin rəsmi statistikasına əsasən, Cinayət Məcəlləsinə uyğun olaraq 664 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə azalıb. Belə ki, 2025-ci ilin yanvar-mart aylarında 1360 hadisə nəticəsində 112 nəfər həlak olmuş, 1763 nəfər isə yaralanmışdı.

 

Ölümlə nəticələnən halların əksəriyyəti sürət həddinin aşılması, manevr qaydalarının pozulması və əks yola çıxma və ya ötmə qaydalarının pozulması ilə bağlıdır.

 

Məlumat üçün bildirək ki, 2026-cı ilin yanvar-mart aylarında Gürcüstanda İnzibati Xətalar Məcəlləsinə əsasən 14174 yol-nəqliyyat hadisəsi baş verib.

Mənbə: bm.ge