Öncəliklə bütün İslam aləmini Həzrət Peyğəmbərin mübarək mövludu səbəbi ilə təbrik edirəm. İnsanlığı cəhalətdən qurtarıb nura, aydınlığa və mədəni bir həyata qovuşduran bir Peyğəmbərin ümməti olduğumuz üçün Allaha nə qədər şükr etsək də azdır. Ümməti üçün nə qədər zülmlərə, əzablara dözən bir Peyğəmbərin ümmətiyik biz. Bunun üçün qürur duymaqdan başqa yolumuz varmı görəsən? Əsrlər öncə yaşamasına baxmayaraq bu gün də insanların qəlbində taxt quran yeganə insandır Həbibullah. Bəli, o, gəlmiş və gələcək insanlar içərisində Allahın sevgilim deyərək xitab etdiyi yeganə insandır.
Uca Allahın “(Ey Peyğəmbər!) Biz səni yalnız aləmlərə rəhmət olaraq göndərdik!” (Ənbiya, 107) ayəsindən də göründüyü kimi, o, bu dünyaya bir rəhmət, bir qurtarıcı olaraq göndərilmişdir.
Bütün İslam aləmi bu gözəl günü, mübarək mövludu qeyd etməyə hazırlaşarkən Fransanın prezidenti Makron yenə də etdi öz fransızlığını. Makronun etdiyi bu hərəkət İslam dünyası üçün bir təhqir, bir alçaltma olaraq dəyərləndirilməlidir. Hər zaman insan haqlarından, ədalətdən və hüquqdan danışan Avropa isə bu hadisə qarşısında bu gün lal olub, kar olub, kor olub.
Fransa prezidenti Emmanuel Makron ölkəsinin Yvelines bölgəsindəki Les Mureauks kommunasında “separatizm” mövzusunda bir toplantıya qatılıb. Burada İslamı hədəf alan Makron “Fransadakı İslamı xarici təsirlərdən qurtarmağımız lazımdır. İslam bu gün dünyanın hər yerində böhran yaşayan bir dindir” ifadələrini işlədib. Fransadakı imamlar üçün “islahat” ediləcəyini söyləyən fransız lider Türkiyənin, Fasın və Əlcəzairin fransalı imamları öyrətməsinə son verəcəyini dilə gətirib. İmamların təhsili üçün yeni bir sistemin qurulacağını ifadə edən Makron, ibadətxanaların və dərnəklərin necə maliyyələşməsini daha möhkəm bir şəkildə nəzarət ediləcəyini söyləyib. Bununla yetinməyən Makron daha sonra Həzrət Peyğəmbərin karikaturasını şəhərin müxtəlif yerlərindən asdırıb. Bu səbəblə də bu gün bütün İslam aləmində Fransaya və fransız məhsullarına qarşı boykot elan edilib.
Bu hadisə isə Türkiyə rəhbərliyinin Azərbaycanın Qarabağ uğrundakı haqlı savaşındakı dəstəyindən sonra baş verdi. İlk öncə Makron, Fransanın Minsk Qrupunun üzvü olmasına və bu müharibədə bitərəf qalmasının lazımlılığına baxmayaraq Ermənistana olan dəstəyini açıqca ifadə etməsi üzərinə Azərbaycan və Türkiyə rəhbərliyindən aldığı sərt qarşılıq nəticəsində həm İslam dünyasını, həm də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir edib.
Bu səbəblə bu gün İslam dünyası bir yumruğa dönməli və ona qarşı çıxanları lazımı səviyyədə susdurmalıdır.
İslam dini Makron kimi fransıza hamam mədəniyyətini öyrədən bir mədəniyyətdir. Onun qurucusu Allahdır və bu dini bəşəriyyətə gətirən Həzrət Məhəmmədi (s.ə.s) Allah ucaltmışdır. Başqasının xanımına göz dikən Makron kimi ədəbsizlərin söz söyləməsiylə o zirvədən bir şey əskilməz.
Digər tərəfdən, söz söyləyəsi olsaq, cənab Makron, sən kimsən ki, İslam dinində islahatlar aparırsan. Sən öncəliklə öz ədəbin və ərkanında islahat apar, sonra müsəlmanlara söz söyləməyə haqqın olsun. Necə deyərlər, sözə yox, o sözü söyləyənə bax.