2025-ci ildə 7248 şagirdin statusu dayandırılıb, 1366 şagirdin statusu isə ləğv olunub – Xalq Müdafiəçisinin hesabatında qeyd olunub. Hesabat Gürcüstanda insan hüquq və azadlıqlarının qorunma vəziyyəti haqqındadır. Hesabatda qeyd olunub ki, 2025-ci ildə də şagirdlərin böyük qisminin statusunun dayandırılmasına/ləğv olunmasına səbəb ailəsi ilə birlikdə xaricə getmək olub. 2025-ci ildə bu səbəblə 3669 şagird, 2024-cü ildə isə 3900 şagird məktəbi tərk edib.
Ümumi təhsilin davamlılığı baxımından yenidən problemli tendensiyalar ortaya çıxır. 2025-ci ildə 7248 şagirdin statusu dayandırılıb, 1366 şagirdin isə statusu ləğv edilib.
Hesabatda yazılanlara görə, statusun dayandırılması və ləğv edilməsi əksər hallarda yenidən “ailə ilə xaricə getmək”, “valideynin/qanuni nümayəndənin/şagirdin ərizəsi”, 45 gün ərzində şagirdin dərsə gəlməməsi və “peşə kollecində təhsilini davam etdirməsi” əsası ilə olur.
“Beləliklə, ən yüksək göstərici ötən ildə olduğu kimi, yenə də Tbilisidə (3434), Kvemo Kartlidə (1371), Acarada (1050) qeydə alınıb.
Gürcüstan Xalq Müdafiəçisi uzun illərdir ki, şagirdlərin statusunun dayandırılması/ləğv edilməsinin vahid statistikasının qaydaya salınmasının vacibliyini qeyd edir. Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyi tərəfindən həyata keçirilmiş işlərə baxmayaraq, proses hələ də başa çatdırılmayıb. Müvafiq olaraq, statistikanın toplanması üçün mövcud forma və təhsili tərk etmənin əsasları yenidən dəqiqləşdirilməlidir” – hesabatda qeyd olunur.
Mənbə: etaloni.ge