2021-ci ildə hökumət əməkhaqqı fondunu 60 milyon lari artırır, bununla yanaşı büdcə təşkilatlarında işlə təmin olunanların sayı da artır.
Belə ki, 2021-ci ilin büdcə layihəsinə əsasən, işçilərin sayı 112 570 nəfər olacaq (2020-ci ildə 112 214 nəfər idi), maaş fondu isə 1,556 milyard laridən 1,614 milyard lariyə qədər artır.
Ölkənin əsas maliyyə sənədinə görə, İnfrastruktur Nazirliyində işləyənlərin sayı azalır, ancaq əməkhaqqı fondu olduğu kimi qalır; Ədliyyə Nazirliyində isə əməkdaşların sayı azalır, əməkhaqqı fondu isə artır. Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin əməkhaqqı fondu demək olar ki, 6 milyon lari artır, ancaq müəssisədə gələn il də eyni sayda işçi çalışacaq.
Yenilənmiş büdcə layihəsinə əsasən, nazirliklərin əməkhaqqı fondu və işçilərinin sayı aşağıdakı kimi bölüşdürülmüşdür:
• Hökumət Administrasiyası - əməkhaqqı fondu – 7,2 milyon lari (2020-ci ildə 7,2 milyon lari), işçilərin sayı – 227 nəfər (2020-ci ildə 227 nəfər);
• Maliyyə Nazirliyi - əməkhaqqı fondu– 46,605 milyon lari (2020-ci ildə 45,990 milyon lari), işçilərin sayı – 337 nəfər (2020-ci ildə 337 nəfər);
• İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi - əməkhaqqı fondu – 12,315 milyon lari (2020-ci ildə 14,625 milyon lari), işçilərin sayı – 540 nəfər (2020-ci ildə 740 nəfər);
• Regional İnkişaf və İnfrastruktur Nazirliyi - əməkhaqqı fondu – 8,980 milyon lari (2020-ci ildə 8,980 milyon lari), işçilərin sayı – 324 nəfər (2020-ci ildə 339 nəfər);
• Ədliyyə Nazirliyi - əməkhaqqı fondu – 79,984 milyon lari (2020-ci ildə 79,519 milyon lari), işçilərin sayı – 5 069 nəfər (2020-ci ildə 5 075 nəfər);
• Gürcüstanın İşğal Olunmuş Ərazilərindən Məcburi köçkünlərin işləri, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi – əməkhaqqı fondu – 41,099 milyon lari (2020-ci ildə 34,174 milyon lari), işçilərin sayı – 2 887 nəfər (2020-ci ildə 2 439 nəfər);
• Xarici İşlər Nazirliyi – əməkhaqqı fondu – 9,415 milyon lari (2020-ci ildə 9,415 milyon lari), işçilərin sayı – 784 nəfər (2020-ci ildə 784 nəfər);
• Müdafiə Nazirliyi – əməkhaqqı fondu – 408,122 milyon lari (2020-ci ildə 395,389 milyon lari), işçilərin sayı – 40 646 nəfər (2020-ci ildə 40 646 nəfər);
• Daxili İşlər Nazirliyi – əməkhaqqı fondu – 525,2 milyon lari (2020-ci ildə 498 milyon lari), işçilərin sayı – 30 500 nəfər (2020-ci ildə 34 418 nəfər);
• Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi – əməkhaqqı fondu – 48,240 milyon lari (2020-ci ildə 42,383 milyon lari), işçilərin sayı – 3 539 nəfər (2020-ci ildə 3 539 nəfər);
• Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi - əməkhaqqı fondu – 86,283 milyon lari (2020-ci ildə 84, 758 milyon lari), işçilərin sayı – 8 369 nəfər (2020-ci ildə 8 369 nəfər);
Qeyd etmək lazımdır ki, büdcənin üçüncü dəfə işlənmiş layihəsinə əsasən, 2021-ci ildə hökumət 18,384 milyard lari xərcləməyi planlaşdırır. Bu isə cari illə müqayisədə 2,4 milyard lari çoxdur. 2020-ci ilin büdcə planına görə, xərclər 15,923 milyard lari təşkil edir.
Mənbə: businesspressnews.ge